Məzmuna keç

Bəhram Bağırzadə

Bəhram Bağırzadə
Doğum tarixi 4 sentyabr 1972
Doğum yeri Bakı
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Bəhram Arif oğlu Bağırzadə (4 sentyabr 1972, Bakı, Azərbaycan SSR) — Azərbaycanlı aktyor, şoumen, naşir, Azərbaycanın əməkdar artisti (2015).



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bakıda kitab dükanları varsa, deməli kitaba tələbat var, insanlar kitab oxuyur..[1]
  • Biz gərək passionar millət olaq, qarşımıza ən yüksək məqsədlər qoyaq. Necə ki, vaxtilə Üzeyir Hacıbəyov Şərqdə ilk operanı yazmağı qarşısına məqsəd qoymuşdu.[1]
  • Böyükağa Hacıyev Napoleondursa, Qurban Qurbanov Teymurləngdir.[2]
  • Bütün mənəviyyatsızlıqlar Allahsızlıqdan irəli gəlir.[1]
  • Çoxları köynəkdə doğulur, mən isə kepkada.[3]
  • Əgər Mikayıl Cabbarov müəllimlərin maaşlarını 200 manatdan 2 min manata qaldıra bilsəydi, problemlərimiz olmazdı.[1]
  • İki hacı müqəddəs Ramazan ayında bilyard oynayırlar. Biri o birisindən soruşur ki “bəs nədən oynayacağıq?”. İkinci cavab verir: “İftardan”.[3]
  • Keçmiş Sovet İttifaqında gürcülər kimi düzgün geyinən ikinci millət tanımıram. Ucuz geyinsələr də, düzgün geyinirlər.[1]
  • Mən hərdən sual verirəm ki, məgər Allah-Təala azərbaycanlılar üçün yalnız qara rəng fikirləşib? Milyon rəng var. Məktəblərdə uşaqlar ən azı həftədə 2 dəfə şəkil çəksələr, onlar gələcəkdə rəngarəng geyinəcək, zövqlü olacaqlar.[1]
  • Şəhəri şəhər edən insanlardır, memarlıq deyil.[1]

Həmçinin bax

[redaktə]

Vikianbarda Bəhram Bağırzadə ilə əlaqəli mediafayllar var.

Vikipediyada Bəhram Bağırzadə haqqında məqalə var.

İstinadlar

[redaktə]