Məzmuna keç

Bəxtiyar Vahabzadə

Bəxtiyar Vahabzadə
Tam adı Vahabzadə Bəxtiyar Mahmud oğlu
Doğum tarixi 16 avqust 1925
Doğum yeri Nuxa(Şəki)
Vəfat tarixi 13 fevral 2009 (83 yaşında)
Vəfat yeri Bakı
Dəfn yeri Fəxri Xiyaban
Vikipediya məqaləsi

Vahabzadə Bəxtiyar Mahmud oğlu (16 avqust, 1925 – 13 fevral, 2009) — Azərbaycanlı şair, dramaturq, ədəbiyyatşünas.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Babək söy köküylə bizdən deyilmiş,
    Xətai islamı ikiyə bölmüş,
    Fətəli Allahsız, Vaqif baz idi,
    Filankəs azacıq qumarbaz idi,
    Gecəli gündüzlü Hadi dəm idi,
    O əyyaş, bu fərsiz, o bigam idi,
    Biri qərəzkardır, biri xəsisdir,
    Bu ondan yaxşıdır, o bundan pisdir,
    Natəvan beləydi, Həcər eləydi,
    Böyüklər önündə o bir köləydi,
    Rəhmət demirik amma bir kərə,
    Milləti ucaldan rəhmətlilərə
    Bir deyən yoxmudur, pəki SƏN KİMSƏN?!
    Danış, bu Millətə nə gətirmisən?!
    Sən böhtan atdığın bu böyüklərin,
    Yüzdə biri qədər nə iş görmüsən?!
  • Baxışdan söz götür, söz anla sözdən.
  • Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır.[1]
  • Bir zaman rusca idi bütün reklamlar,
    İndi ingiliscə dürtülür gözə.
    İtin də dilinə hörmətimiz var,
    Təkcə öz dilimiz yaramır bizə.
  • Cavanın sərvəti - hələ öndədir,
    Qocanın nəyi var - keçmişindədir.
  • Əslimi, nəslimi tanıyıram mən,
    Qarışıq deyiləm, özümdən hürkəm.
    Sən kimsən, sən nəsən, özün bilərsən,
    Mən ilk qaynağımdan türk oğlu türkəm.
  • Göydə buludlar da qoşalaşmasa,
    Nə ildırım çaxar, nə yağış yağar.[1]
  • Həmişə öyrədib, öyrədir zaman,
    Kökdən gəlməyəni yox etmək asan!
  • Həyat səni güldürəndə gülmüsən, hünərin var, ağladanda gül görüm.
  • Keçmişinə daş atanın gələcəyinə güllə atarlar.
  • Kim ki, zəhmətinə “həyatım” dedi,
    Bu gecə fərəhdən aşıb-daşdı, o.
    Yaşının üstünə bir yaş gəlmədi,
    Deyərdim bir yaş da cavanlaşdı o.
  • Kolların dibində tək bitdiyindən,
    Boynu bükük olur bənövşənin də.
  • ...Qatil gülləsinə qurban gedirkən,
    Gözünü sabaha dikdi şəhidlər!
    Üçrəngli bayrağı öz qanlarıyla,
    Vətən göylərinə çəkdi şəhidlər.
  • Qorxuram dünyada bir zaman gələ,
    İnsanlar yaşaya, insanlıq ölə
  • O qədər saldı məni həsrət amandan - amana,
    Könlüm axırda mənim düşdü gümandan - gümana. [2]
  • Od vurmasa qabda su daşa bilməz,
    Quş da tək qanadla dağ aşa bilməz.
    Kösöyün ikisi çöldə də yanar,
    Biri ocaqda da alışa bilməz.
  • Şairin sözü insan qüvvəsinin sərkərdəsidir.[1]
  • Üstünün qaşıyla tanınar üzük.
  • Vətən borclu deyil, biz borcluyuq vətənə. [3]
  • Yaşamaq yanmaqdır yanasan gərək,

Şam əgər yanmırsa, yaşamır demək

İstinadlar

[redaktə]
  1. 1,0 1,1 1,2 Bəxtiyar Vahabzadə yaradıcılığında hikmətli kəlamlar və aforizmlər
  2. Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, “Elm-təhsil” nəşriyyatı, 2012,
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 495.

Xarici keçidlər

[redaktə]

Vikianbarda Bəxtiyar Vahabzadə ilə əlaqəli mediafayllar var.