Bencamin Franklin
Görünüş
Bencamin Franklin | |||
Doğum tarixi | 17 yanvar 1706 | ||
Doğum yeri | Boston | ||
Vəfat tarixi | 17 aprel 1790 | ||
Vəfat yeri | Filadelfiya | ||
Dəfn yeri | Christ Church Burial Ground | ||
|
Bencamin Franklin (17 yanvar 1705 – 17 yanvar 1790) — dövlət xadimi, alim-marifçi, azadlıq uğrunda Müharibənin iştirakçısı, ABŞ-ın azadlıq Deklarasiyasının (1776) müəlliflərindən biri və ABŞ Konstitusiyasının (1787) müəlliflərindən biri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər
- Aşiq minilməmiş atda da çapa bilər.
B
[redaktə]- Balçılar və ziyarətçilər 3 gündən sonra iylənir.
- Barış belə, böyük ödənişlərlə satın alınar.
- Bədənlər qocalsa belə bütün xəstəliklər qətiliklə qarşısı alına bilər ya da müalicə edilə bilər. Nəticədə də həyat müddətimiz yüksək standartlarda uzadıla bilər.
- Bilgiyə edilən investisiya ən yüksək xeyir gətirər.
- Bir bu gün iki sabaha dəyər!
- Bir qızın qüsurlarını öyrənmək üçün onu bir qız yoldaşına tərifləyin.
- Bir qoyunum və bir inəyim olduğundan bəri hamı mənə salam verir.
- Bir ölkədə oxumağa qarşı istək artmazsa, qəflət və ondan yaranacaq fəlakətlər azalmaz.
- Biz adət-ənənələri bizimkindən fərqli olanlara barbar deyirik.
- Borc verənlərin yaddaşı borc alanların yaddaşından qat-qat yaxşı olur.
- Boş bir çuvalın ayaqda qalması çətindir.
- Boş zamanın hər saniyəsindən yararlanmağa çalış; itirilmiş zamanı pul gücünə belə qaytara bilməzsən.
- Böyük dünyəvi hadisələr, inqilablar və s. siyasi partiyalar tərəfindən həyata keçirilir… Partiya ümumi məqsədləri həyata keçirdiyi halda, partiyadan kənarda olanlar öz xüsusi, şəxsi mənafelərini güdürlər… Partiya öz əsas məqsədinə çatan kimi onun hər bir üzvü də öz şəxsi mənafeyi qeydinə qalmağa başlayır, bununla da o, öz həmkarları ilə ziddiyyətə girmiş olur və partiyada parçalanma baş verir, bu da daha böyük hərc-mərcliyə səbəb olur… İctimai fəaliyyətlə məşğul olanların çox az hissəsi yalnız öz ölkəsinin mənafeyi haqqında düşünür.
- Böyük imperiya — böyük piroq kimidir. Qıraqlardan yemək daha asandır!
- Bu günü görmək, gələcəyi görməkdən daha asandır.
- Burax bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanımasın. İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər.
C
[redaktə]- Cəsarəti olmayan insan, iti kənarı olmayan bıçağa bənzər.
D
[redaktə]- Demokratiya, iki qurdla bir quzunun günorta yeməyinə nə yeyəcəyini seçməsidir. Azadlıq isə tam təchizatlı bir quzunun səs verməyə qarşı çıxmasıdır.
- Deyirlər ki: Qadın istəyəni Tanrıda istəyər" amma əslində demək lazımdır ki, Tək Tanrı bilər Qadın nə istər?
- Dəlilik eyni şeyi təkrar — təkrar etmək və fərqli nəticə gözləməkdir.
- Döyüşün yaxşısı, sülhün pisi yoxdur.
- Dünyada ölüm və vergi qədər real bir şey yoxdur.
- Dünyada üç şeyin üzərində işləmək çətindir: almaz, polad və insan ruhu.
- Düşmənlərinə həm də dost kimi bax, çünki bir çox səhvlərini yalnız ondan öyrənə bilərsən.
- Düşmənlərinizi sevin, çünki, qüsurlarınızı tək onlar açıqca söyləyə bilər.
E
[redaktə]- Evlənməzdən qabaq gözlərinizi dörd açın, amma evləndikdən sonra yumun.
Ə
[redaktə]- Əxlaqdan məhrum siyasətdə qanunlar nə iş görə bilər ki?
- Əxlaqsızlıq zənginliklə səhər yeməyini yeyir, kasıbçılıqla nahar edir, yoxsulluqla şam edib, rüsvayçılıqla yatağa gedir.
- Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə.
- Əgər istəyirsənsə, işin düzəlsin, özün get.
- Əgər qızın qüsurlarını bilmək istəyirsinizsə, onu rəfiqələrinin yanında tərifləyin.
- Əgər pulun dəyərini bilmək istəyirsənsə, get birindən borc istə.
- Əgər rahat yatmaq istəyirsənsə, yatağına özünlə təmiz vicdan apar.
- Əlcək geyinmiş pişik siçan tuta bilməz.
- Əlinə tikan batmadan qızılgül toplaya bilməzsən.
- Əmək xoşbəxtliyin atasıdır,
- Ən çox acı çəkənlər avara kəslərdir.
- Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir,
- Ən yaxşı həkim əksər dərmanların kömək edə bilmədiyini bilən həkimdir,
- Əsarətdə yaşamaqdansa, azadlıqda ölmək yaxşıdır.
- Əsas məsələ pul qazanmaqda deyil, onu xərcləməkdədir.
F
[redaktə]- Fikir və arzuları üst-üstə düşən ər-arvadın həyatı qədər gözəl həyat ola bilməz.
- Fırıldaq və xəyanət namusla yaşamağa ağlı çatmayan axmaqların əməlləridir.
- Fırıldaqçılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər qazanc xatirinə düzgün insan olardılar!
- Fotoşəkilimin pulun üstünə qoyulmasına sevinmişdim. Amma bircə onu arxa ciblərinə qoymayalar.
X
[redaktə]- Xeyirxah insan, ona pislik edilsə də, başlıca vəzifəsinin yaxşılıq etmək olduğunu unutmamalıdır.
- Xəstəliklərin çoxu mənasız həzz və nəşələrdən törəyir.
- Xətaları gizlətmək onları düzəltməkdən daha çox əzab verir.
- Xoş xasiyyətsizliksiz gözəllik tələb olunmamış ölür.
- Xoşbəxt olmanın iki yolu vardır: ya arzularımızı azaltmaq, ya da imkanlarımızı çoxaltmaq.
G
[redaktə]- Görmək asandır, əvvəldən görmək çətindir.
- Görmək istədiyin işlə bağlı fikirləşərək qərar qəbul et və verdiyin qərarın üstündə möhkəm dur.
H
[redaktə]- Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq insan hər zaman rahatlıq və narahatlıq tapır!
- Harda ki sevgisiz kəbin var, kəbinsiz sevgi olacaq.
- Hazırlığa laqeyd yanaşmaqla, siz məğlubiyyətə hazırlaşırsınız.
- Heç kimə möhtac olmamaq üçün işləmək lazımdır.
- Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir.
- Həyatı sevirsənsə, vaxtını boşa vermə — çünki həyat vaxtdan ibarətdir.
- Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.
- Hikmət qapıları heç vaxt bağlanmır.
İ
[redaktə]- İqlim üçün cənnətə, şirkət üçün isə cəhənnəmə gedin.
- İlk arzunu yenmək onu təqib edən digərlərini qane etməkdən daha asandır.[1]
- İnsan iki dəqiqə havasız, iki həftə susuz, üç həftə yeməksiz, bütün ömrü boyu səfalət içində yaşaya bilər, amma bir an belə düşünmədən yaşaya bilməz.[2]
- İnsan yediyinin hesabına yox, həzm etdiyinin hesabına yaşayır. Bu qayda həm ağıla, həm də bədənə aiddir.
- İnsanın özünün cahil olduğunu dərk etdiyi an, elmə doğru atdığı ilk addımdır.
- İnsanın məqsədi insanlıqdır.
- İnsanın üç sadiq yoldaşı vardır: Yaşlı arvadı, Yaşlı iti və Hazır pulu.
- İnsanlar həmişə qəhrəman ola bilməzlər, amma həmişə insan ola bilərlər.
- İntiqam hissi ilə yaşayanların yaraları həmişə təzədir.
- İstifadə olunan açar gümüş kimi parlayır: istifadə etmədikdə, pasla örtülür. Eyni şey anlayışla da olur.
K
[redaktə]- Kasıbın arzusu qarnını doyurmaq, varlının isə mümkün qədər çox pul qazanmaqdır.
- Keçici təhlükəsizlik üçün azadlığını fəda edənlər nə azadlığı hakeder nə də təhlükəsizliyi.
- Kefinlə məsləhətləşməmişdən əvvəl öz pul kisənlə məsləhətləş.
- Kiçik xərclərdən qaçmayın; bəzən kiçik bir dəlik böyük gəmini batırır.
- Kiçik işlərlə məşğul olanlar çox vaxt böyük işlər görə bilmirlər.
- Kim müdrikdir? Hər kəsdən öyrənən. Kim güclüdür? Ehtiraslarını idarə edən. Kim zəngindir? O, razıdır. O kimdir? Heç kim.
- Kim səni özündən daha çox aldatdı?
- Kişi və qadınlar iki səbəbdən darıxırlar: Uzunmüddətli görüşməzsələr və uzunmüddət görüşərlərsə.
Q
[redaktə]- Qadının çatışmayan cəhətlərini bilmək istəyirsənsə, onun rəfiqələrinin yanında onu təriflə.
- Qadınla kişi arasında sevgidən savayı başqa bir şey yoxdursa, bunun sonu yoxdur.
- Qanunlar hörümçək toruna bənzər, ancaq kiçik ağcaqanadları tutar. Böyük ağcaqanadlar, gözünün qarşısında onu deşib keçər.
- Qardaş dost olmaya bilər — amma dost həmişə qardaş olmalıdır.
- Qənaət iksir kimidir, nəyə sürtsən qızıl olar.
- Qətllər heç vaxt dünya tarixinin gedişatını dəyişdirə bilməyib.
- Qəzəbin həmişə bir səbəbi vardır, lakin səbəbləri heç vaxt yaxşı olmur.
- Qəzəblənmək üçün hər zaman əsas var, lakin səbəb çox azdır.
- Qoy bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanıması…İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər.
- Qürürlu insan həmişə qürürlu insana nifrət edir!
M
[redaktə]- Mən sülh içində yaşamaq və "yaxşı yaşamaq üçün görünmədən yaşamalısan" devizi altında başladığım həyatı davam etdirmək istəyirəm.
- Mənə deyin və unuduram. Mənə öyrət və xatırlayıram. Məni cəlb edin və öyrənirəm.
- Müdrik bir insan, ədalətli bir şəkildə qazana biləcəyindən, sadə bir şəkildə istifadə edəcəyindən, sevinclə dağıda biləcəyindən və rahatlıqla geridə buraxa biləcəyindən daha çoxunu istəməz.
- Müharibənin yaxşısı, sülhün də pisi yoxdur.
- Müvəqqəti rahatlığı üçün azadlığın fəda edənlər, nə azadlığı nə də rahatlığı qazanar.
N
[redaktə]- Nə yaxşı bir müharibə var, nə də pis bir sülh.
Ö
[redaktə]- Öldükdən sonra unudulmaq istəmirsinizsə, ya oxunmağa layiq kitab yazın, ya da yazılmağa layiq bir iş görün.
- Öz dişlərimin arasında olmasına baxmayaraq öz dilimə hakim ola bilmirsəm, başqalarının dilinə necə hakim ola bilərəm…
- Öz vəzifələrini bilməyən qız idarə olunmayan həyat yoldaşı olur.
- Öz vəziyyətindən razı qalmaq üçün onu daha pis vəziyyətlə müqayisə etmək lazımdır.
- Özün üçün, ailən üçün, ölkən üçün deyiləsi çox şey olduğu halda, boş-boşluğundan utan.
- Özünü sevənin rəqibi olmaz.
P
[redaktə]- Pambığı oddan, cavanları icki və qumardan uzaq saxlayın.
- Pis poladdan yaxşı qılınc olmaz.
- "Pul hər şeydir" deyən adam pul üçün hər şeyə gedər.
- Pul insanı heç vaxt xoşbəxt etməyib və etməyəcək də. İnsan nə qədər çox qazanırsa, bir o qədər acgöz olur.
- Pul və insan arasındakı qarşılıqlı əlaqəsi belədir: İnsan pulun saxtasını edər, pul da insanın.
- Pulun alacağından deyil, pulun alacağı insanlardan qorxun!
- Pulun dəyərini öyrənmək istəsəniz, borc almağa çalışın.
R
[redaktə]- Rahat yatmaq istəyirsənsə, yatağa təmiz vicdanla uzan.
S
[redaktə]- Savadsız xalq savadsıza alqış deyir, azca savadı olana heyrət edir, savadlını isə tanımaq belə istəmir.
- Səbr etməyi bacaran adam istədiyi hər şeyə nail ola bilər.
- Səfehin ürəyi dilindədir, müdrikin dili ürəyində.
- Səhvləri gizlətmək, onları düzəltməkdəm daha çox əzab verir.
- Sən həyatı sevmirsənmi? Elə isə zamanını boşa keçirmə, çünki həyat zamandan ibarətdir.[3]
- Siz beyninizi böyük xəyallarla doldurun. Beyniniz sonra cibinizi pul ilə dolduracaqdır.[4]
- Sözlər bir adamın zəkasını göstərə bilər, lakin məqsədini göstərən davranışlarıdır.
- Subay kəbin ittifaqında malik olacağı dəyərləri təsəvvür etmir. O, qayçının yarısına oxşar olaraq mükəmməl olmayan varlıqdır.
- Susqunluq hər zaman dahiliyin əlaməti deyildir, amma boşboğazlıq daima axmaqlığın əlamətidir.
- Sülh belə, böyük pulla alınır.
Ş
[redaktə]- Şahmat oyunu sadəcə boş bir əyləncə deyil; insan həyatında faydalı olan bir neçə çox qiymətli zehni keyfiyyətlər onun vasitəsilə əldə edilməli və gücləndirilməlidir ki, bütün hallarda hazır olan vərdişlərə çevrilsin, çünki həyat bir növ Şahmatdır və bizim tez-tez rastlaşacağımız məqamlar, mübarizə aparacağımız rəqiblər, çoxlu sayda yaxşı və pis hadisələr var. Biz onlarla qarşılaşmaq üçün hazır və ehtiyatlı olmalıyıq. Şahmat oynayaraq, biz nə öyrənə bilərik: 1-ci — bir az gələcəyə baxan və baş verə biləcək nəticələri nəzərə alan Uzaqgörmə… 2-ci — Şahmat taxtasını və ya hərəkət səhnəsini tədqiq edən Ehtiyatlılıq:— bir neçə Parçanın (variantın) əlaqəsi və onların vəziyyətləri; … 3-cü, Diqqət: hərəkətlərimizi çox tələsik etməməyək…
- Şərabda müdriklik, pivədə azadlıq, suda isə bakteriya var…
- Şüşə, farfor və reputasiya — bunları sındırmaq çox asan, yenidən əvvəlki vəziyyətinə qaytarmaq isə çox çətindir!
T
[redaktə]- Tamahkarlıqla xoşbəxtliyin bir-birini tanımadığına təəccüblənməyin, çünki onlar heç vaxt rastlaşmayıblar.[5]
- Tanrı, özlərinə kömək edənlərə kömək edər.
- Tez-tez istifadə olunan açar parıldayar.
- Tez yatıb taz qalxmaq, insanı sağlam, varlıqlı və ağıllı edər.
- Təcrübə məktəbə bənzəyir: bu məktəbdə yetişənlərin qiyməti çox yüksəkdir.
- Təcrübə, məktəblərin ən inkişaf etmişidir, o məktəbdə axmaqlar belə bir şeylər öyrənər.
- Tənbəllik o qədər yavaş hərəkət edir ki, yoxsulluq çox keçmədən gəlib ona çatır.
- Tənbəllik hər şeyi çətinləşdirir.
- Tənbəlliyi bəzən səbrlə dəyişik salırlar.
U
[redaktə]- Uşaqlarına susmağı öyrət, danışmağı onlar özləri də öyrənə bilərlər.
- Uşağına dilini saxlamağı öyrət. Bax gör danımağı necə də tez öyrənir.
Ü
[redaktə]- Üç adam bir sirri saxlaya bilər əgər ikisi ölübsə.
- Ümidini itirmə. Cibindəki son açar, bəlkə də kilidi açacaqdır.
Y
[redaktə]- Ya dəyərli bir şey yaz, ya da yazmağa dəyər bir şey et.
- Yaxşı bəhanələr tapmağı bacaranların, başqa şeylər bacara bildiyi çox nadir olaraq görülür.
- Yaxşı bir reputasiya yaratmaq üçün çoxlu yaxşı əməllər lazımdır, onu itirmək üçün isə yalnız bir pislik lazımdır.
- Yeni Konstitusiyamız artıq təsbit olunub və daimilik vəd edən görkəmə malikdir; lakin bu dünyada ölüm və vergilərdən başqa heç bir şeyin qəti olduğunu söyləmək olmaz.
V
[redaktə]- Vaxt qiymətlidir, amma həqiqət zamandan daha qiymətlidir.
- Varlanmaq üçün iki şey lazımdır: işləmək və qənaət etmək.
- Varlı olmaq deyil, qənaətcil olmaq əhəmiyyətlidir.
Z
[redaktə]- Zaman böyük bir müəllimdir, amma çox təəssüf ki, bütün şagirdlərini öldürür.
- Zamanı gəldiyini düşündüyündə oğlunu evləndir, qızını isə ilk fürsətdə.
- Zəngin olmaq istəyirsənsə, qazanmağı düşündüyün qədər, yığmağı da düşün.
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər, Bakı, 2005.
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014