Məzmuna keç

Camal Sürəya

Camal Sürəya
Doğum tarixi 1931
Doğum yeri Ərzincan
Vəfat tarixi 9 yanvar 1990
Vəfat yeri İstanbul
Dəfn yeri Kulaksız qəbiristanlığı
Vikipediya məqaləsi

Camal Sürəya (1931, Ərzincan, Türkiyə – 9 yanvar 1990, İstanbul, Türkiyə) — atası Kürd ve anası Zazaəsilli türk şair və yazıçı.

Sənə "Səni sevirəm" dediyim qədər anama "baş üstə anacan" desəydim, indi cənnətdə yerim hazır idi.
Yaşayanlar sevən sevənlə, biz isə ölənlərlə qaldıq.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Anası döydüyü halda, yenə "ana" deyə ağlayan bir uşaqdır eşq.
  • Aramızdakı müharibə necə izah olunsun? Onun ürəyi Fələstindi, mənsə oraya yerləşməyə çalışan qərbli.
  • Artıq ağlıma belə gəlmirsən. O qədər qəlbimdəsən ki.
  • Artıq xəyallarım suya düşəcək deyə narahat olmuram. Çünki, onlar düşə-düşə üzməyi öyrəniblər…
  • Bəlkə o hər şeyə dəyəcək qədər qiymətlidir sənin üçün; Amma sən də, onun üçün özünü heç edəcək qədər dəyərsiz deyilsən.
  • Bəsdi, ağılından çıxart artıq onu deyir kimiləri. Siz də ağılınızla deyil də, ürəyinizlə sevsəydiniz anlardınız məni.
  • Bəzən deyirəm ki, nə olacaq denən getsin.. Sonra deyirəm; deyəndə nə olacaq, sus bitsin.
  • Bəzən elə yorar ki eşq insanı, bezdirər həyatdan.. Və bağlayanda gözlərini bir daha açmaq istəməz insan.
  • Bəziləri "bəsdi artıq çıxart onu ağlından" deyirlər. Siz də ağlınızla deyil, qəlbinizlə sevsəydiniz anlayardınız məni.
  • Bilirəm sənə gedən bütün yollar bağlıdı.
  • Bir-bir, sevə-sevə çıxdığım eşq pillələrini; On-on, söyə-söyə düşürəm indi…
  • Bir daha məni sevdiyini demə! Niyə bilirsən? Çünki yenə inanaram.
  • Bir kağıza "sənsizlik" yazdım və bu sözü yenə də çox bəyənirəm… Çünki "sənsizlik" sözü belə "sən"lə başlayır.
  • Birtərəfli sevgi insanı necə axmaq edir, başqasını sevdiyini unutmuşam…
  • Bütün analar həmişə tanımadıqlarına güvənmə deyir, yoxsa pis olar sonu. Düşünürəm də tanışlarımıza güvəndik də nə oldu!
  • Cavab verirəm "zamanla hər şey keçər" deyən ağıllılara; Keçən tək şey zamandır.. Anlayan, izah etsin anlamayanlara.
  • Çox su verəndə ölərmiş ya çiçəklər, birini də çox sevəndə buraxıb gedirmiş məgər..
  • Deyirəm ki, şeir hər şeyi ifadə etmək azadlığından istifadə etməlidir. Bu, fərdiyyətçi şairə də, sosialist şairə də aiddir.
  • Deyirlər eşq iki nəfərlikdi. Yalandı! Eşq dəlilikdi! Bir də "Həyat müştərəkdir" – deyirlər. Bu da yalandı. Çünki eşqin yarası bir nəfərlikdi.
  • Dənizə ilk dəfə girən uşaq saflığı ilə sevirəm səni. Boğulacağammış kimi.
  • Dünən və dünəndəkilərlə mübarizə aparmağı burax artıq. Yanında olanlarla sabaha baxmağı da sına.
  • "Düşənin dostu olmaz" deyir bəziləri. Sanki ayaqda olanın dostu çoxmuş kimi.
  • Evdə bir qadın dolaşsın, ona ANA deyim.
  • Evliliyin mütləq sevgini öldürdüyü qənaətindəyəm… Bunu öz təcrübəm üçün deyirəm: Sevgi qanuni bir şey ola bilməz. Şeir kimi qanuni olanda ölür. Eşq də, şeir də barışdırıcı olanda ölür. Sənət ümumiyyətlə belədir… Çoban şahzadə ilə görüşəndə ​​nağıllar bitmirmi?
  • Əvvəl sevdiyiniz tərk edər sizi, arxasından yuxunuz… Sonra nə sevdiyiniz gələr geri, nə də yuxunuz.
  • Gözəlsən sevgilim, amma çox yaxından.
  • Heç bir eşqin ardından "keçmiş olsun" deyilməz. Çünki həqiqətən eşqsə zatən keçməz.
  • Heç kəs mənimlə oynamır deyə ağlayan uşaq, sən hələ bir böyü, gör səninlə nə oyunlar oynayacaqlar.
  • Heç kimi günahlandırma, günahlandırılacaq biri varsa o da sənsən. O sənə kiçik bir ümid verdi, sən isə ona hər şeyini verdin.
  • Hər gecə onu düşünməkdən saatım irəliləməz oldu. Kim soruşsa saat neçədi deyə, cavabım həmişə eynidir; Ona doğru.
  • Həyatda göz yaşlarımı haqq edəcək bir insan görmədim. Ya mənim göz yaşlarım lazımsızdır, ya da uğruna gözyaşı tökdüyüm insanlar dəyərsizdir.
  • Həyatımda ilk dəfə biri mənə "Özünə yaxşı bax" – dedi. Hər halda anlayıb ki, onun ürəyini gəzdirirəm.
  • Xoşbəxt olmağın yolunu, qarşıdakını xoşbəxt etmək sanırdıq. Yanıldıq! Çünki nə qədər xoşbəxt etdiksə, o qədər tək qaldıq.
İki şey: sevgi və şeir bədbəxtlikdən qidalanır və biri digərinə çevrilir.
  • İki şey: sevgi və şeir bədbəxtlikdən qidalanır və biri digərinə çevrilir.
  • İnana biləcəyiniz, sizə arxa duracaq yeganə bir insan var. Bu ananınızın əridir.
  • İnsan okeanda ölməz, gedib bir qaşıq sevdada boğular.
  • Kaş ki belə etsəydim bəlkə sevərdi demə. O sənin üçün nə etdi də sevdin sanki? Ağıl işi deyil, könül sevdimi gerisi bəhanə.
  • Kaş ki, birini itirməzdən əvvəl ona olan bütün sevgimizi anlada bilsək.
  • Kaş uşaq olsam yenidən… Bir tək düşdüyüm üçün ağrısa içim… Və ürəyim; çox qaçdığım zaman döyünsə sadəcə.
  • "Kədərlənmə, dəyməz" sözünü eşitməkdən sıxıldım. Dəyməyənlərə onsuz da kədərlənmərəm. Kədərləndiyim şey; dəyməyənlərə ürəyimin dəymiş olmağıdır.
  • Kiçikkən anama qəbiristanlıqdan qorxuram deyəndə "ölüdən yox, diridən qorx" demişdi. Zamanla anladım ki; anam yenə haqlıydı.
  • Kim deyir ki, eşq uğruna ölmək çətindir? Uğruna ölünəcək eşq tapmaq çətindir.
  • Kim xoşbəxt olmaq istəmir ki? Amma bədbəxtlikdə də yanımdasan?
  • Kölgənə bax, məni anlamaq istəyirsənsə; O qədər yaxın, amma sənə əsla toxuna bilməyən.
  • Qadınlar susaraq gedər. Əgər bir qadın şikayət edirsə, kişi bilməlidir ki, hələ də qadının bir ümidi var. Nə vaxt ki, ümidini kəsdisə, demək sevgisi də yaralanıb. Bir qadının qışqırıqlarından, dava salmağından qorxmaq lazım deyil. Çünki bir qadının gedişi səssizdir.
  • Madam ki, sevmirsən o zaman gözlərinə sahib çıx. Hərlənib fırlanıb gözlərimə dəyməsinlər.
  • Məni heç kim sevmir" deyə qışqırdım… Anam dedi: "Hələ ölməmişəm".
  • Münasibətimizə "bir müddət ara verək" cümləsinin mənası; səndən yaxşısını tapsam əla, tapa bilməsəm sənə geri dönəcəm.
  • Necə bilirdiniz? sualına, tanıya bilməmişəm deyib keçdim…
  • Nə olur ki hər fürsətdə özümlə danışıramsa? Baxma sən səhv deyib köhnələr, öz-özünə danışana dəli deyil, tək deyərlər.
  • Niyə yorğunsan sualına cavab axtarmaqdan və bunu soruşmasınlar deyə gülümsəməkdən yoruldum.
  • Növbəti gün sənə qovuşmayacağımı bildiyim üçün yatmadığım gecələrim var .
  • Okeanda ölməz də insan, gedər bir qaşıq sevdada boğular…
  • Peşman deyiləm, inciyəm bir az, amma kədərlənmirəm. Çünki gedəndə yeni bir şey öyrəndim: Artıq hər sevirəm deyənə inanmıram.
  • Saat 12-dən sonra hər içki şərabdır.
  • Sabahısı gün sənə qovuşmayacağım üçün, yatmadığım gecələrim var mənim.
  • Sevgi də qayğı tələb edir, öyrənə bilmədin, getdi…
  • Sevmək cütləşmək deyil təkləşməkdir.
  • Sevmək gözəl peşədir, amma çətindir. Can dözür dözməyinə, amma ürək getdi gedəcək.
  • Sən indi qalxıb gedirsən, get. Gözlərin dayanarmı onlar da gedirlər; getsinlər. Halbuki mən gözlərinsiz gedə bilmərəm bilərsən…
  • Sənə "Səni sevirəm" dediyim qədər anama "baş üstə anacan" desəydim, indi cənnətdə yerim hazır idi.
  • "Səni sevirəm" dən daha özəl bir cümlə var. "Sənə güvənirəm". Çünki hər kəs hamını sevə bilir, amma hamıya güvənə bilmir.
  • Səni soruşurlar… Öldümü deyim yoxsa dönəcəkmi? İkisi də qeyri-mümkün deyilmi? Çünki bilirəm; Əsla geri dönməzsən və bilirsən; Sən mənim üçün əsla ölməzsən!
  • Səni yuxudaykən xəyal edirəmsə, bağışlayıram….
  • Şeirdə əsas şey hekayə danışmaq deyil, sözlər arasında "poetik yük" yaratmaqdır.
  • Tam unutduğunu sanarsan, qarşına çıxar təbəssüm edər və yenə bağlar səni özünə.. Yenə inanarsan yalan olduğunu bilsən belə.
  • Vaxt lazımdır sadəcə, unudacaqsan! Necə unutdunsa uşaqlığını, qırılan oyuncaqlarını. Qırılan ürəyini də elə unudacaqsan.
  • Uçmaq üçün quş olmaq lazım deyil, kiçik sevinclər kifayətdir.
  • Unudarsan məni demisən, bu mənə qeyri-mümkün gəlir. Çünki unutmam üçün əvvəl səni xatırlamalıyam.
  • Unutduğunu düşünəndə biri çıxır qarşına, gülümsəyir, bağlayır səni özünə. Yalan olduğunu bilirsən, amma yenə inanırsan.
  • Uşaq olsam yenidən.. Bir tək düşdüyüm üçün ağrısa içim, və ürəyim; Çox qaçdığım vaxt döyünsə sadəcə.
  • Uşaq vaxtı anama qəbirstanlıqdan qorxuram deyəndə, "ölüdən deyil, diridən qorx"- demişdi. Zamanla anladım ki, anam yenə haqlı imış.
  • Üşüyürsənmi? Kədərlənmə! Gəl yanıma.. O qədər yandırdın ki, canımı; İstilənərsən. Üşüməzsən bir daha.
  • "Üzülmə, dəyməz" sözlərini eşitməkdən bezdim. Onsuz da buna dəyməyənlərə üzülmürəm. Üzüldüyüm şey; buna dəyməyənlərə ürəyimin dəymiş olması.
  • Yaşayanlar sevən sevənlə, biz isə ölənlərlə qaldıq.
  • Yolu keçdiyin kimi sev məni; əvvəl mənə, sonra mənə, sonra yenə mənə bax.
  • "Zamanla hər şey keçər" deyən ağıllılara cavab vermirəm. "Keçən tək şey zamandır"-anlayan anlatsın anlamayanlara.

İstinadlar

[redaktə]