Məzmuna keç

Lui Paster

Lui Paster
Doğum tarixi 27 dekabr 1822
Doğum yeri Dole
Vəfat tarixi 28 sentyabr 1895
Vəfat yeri Castle of Villeneuve-l'Étang
Dəfn yeri Pasteur Institute, Paris Notr-Dam kilsəsi
Vikipediya məqaləsi

Lui Paster (27 dekabr 1822 – 28 sentyabr 1895) — fransız bioloq və əczaçı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı insanlar özlərini həddən artıq tərifləyənlərə nifrət edirlər.
  • Baytarların işi daha asandır. Ən azından xəstələrinin fikirlərinə aldanmırlar.
  • Bir az elm Allahdan uzaqlaşdırar. Çox elm Ona ​​tərəf qaytarır.
  • Bir şüşə şərabda dünyadakı bütün kitablardan daha çox fəlsəfə var.
  • Canlı canlıdan doğur!
  • Daim yuxarıya bax, bilmədiyin şeyləri öyrən və hər gün yüksəlməyə çalış.
  • Elm insanı Allaha yaxınlaşdırır.
  • Elm və sülhün gec-tez cəhalət və müharibəni məğlub edəcəyinə inanıram.
  • Elm vətənin ən uca təcəssümü olmalıdır, çünki bütün xalqlar arasında düşüncə və zehni fəaliyyət sahəsində həmişə birincisi digərlərindən üstün olacaqdır.
  • Elmin milli sərhədləri olmasa da, alimlərin öz vətəni var.
  • Elmin ölkəsi yoxdur.
  • Elmin sərhədləri yoxdur, çünki bilik bütün bəşəriyyətə məxsusdur və dünyanı işıqlandıran məşəldir.
  • Elmin tərəqqisi alimlərin əsərləri və kəşfləri ilə müəyyən olunur.
  • Elmin vətəni yoxdur, amma vətənsiz elm adamı yoxdur və dünyanın alimin yaradıcılığına verdiyi önəm onun vətəninə də verilir.
  • Əgər yer səthindən mikroorqanizmlər yoxa çıxsaydı, yerin səthi müxtəlif növ ölü orqanizmlər və cəsədlərlə dolu olardı.
  • Fürsət yalnız hazır düşüncəli olanlara üstünlük verir.
  • Həqiqi sirdaşlıq evlilikdə ortaya çıxır.
  • İnsanların dahiliyi və şərəfləri xalqa xidmət etmələri ilə bağlıdır.
  • Lüğətdə ən vacib üç söz iradə, işləmək və gözləməkdir. Mən uğur piramidamı bu üç təməl daşı üzərində quracağam.
  • Mənim yeganə gücüm səbrimdir.
  • Nəzəriyyə praktikanın anasıdır.
  • Övladlarınıza həyatın çətinliklərini əsirgəməyin, əksinə onlara onların öhdəsindən gəlməyi öyrədin.
  • Sadəcə işləməyə alışmalısan və onsuz yaşaya bilməyəcəksən.
  • Şərab içkilər arasında ən sağlam və ən gigiyenik hesab edilə bilər.
  • Tətbiqi elmlər yoxdur, mövcud olan elmlərin tətbiqləridir.
  • Uğurlu bir iş gördüyünüz zaman şöhrətdən həzz almağı gözləməyin, yerinə yetirilməsi lazım olanı edin.
  • Yunanlar hər şeyin gizli tərəfinin sirli gücünü başa düşürdülər. Onlar bizə dilimizdəki ən gözəl sözlərdən birini – " entuziazm " sözünü – en theos [Εν Θεος] – içimizdəki tanrını vəsiyyət etdilər. İnsan hərəkətlərinin əzəməti onların hansı ilhamdan qaynaqlandığı ilə ölçülür.
  • Yüksəlmək həyatın sirrini öyrənməklə mümkündür.

İstinadlar

[redaktə]