Rene Dekart
Görünüş
Rene Dekart | |||
Doğum tarixi | 31 mart 1596 | ||
Doğum yeri | Dekart | ||
Vəfat tarixi | 11 fevral 1650 | ||
Vəfat yeri | Stokholm | ||
Dəfn yeri | Sen-Jermen-de-Pre | ||
|
Dekart Rene (1596-1650) - Fransız filosofu, riyaziyyatçısı və alimi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Abır-həya, məzəmmət qorxusundan yaranan, özünə sevgiyə əsaslanan kədərin bir növüdür.
- Adətən, layiq olmayanlara yaxşılıq və pislik edənlərə hiddətlənirlər. Belə hallarda hər hansı bir fayda götürənə isə həsəd aparırlar.
- Adi insan daha çox şikayət edənə acıyır. Çünki, o elə hesab edir ki, şikayət edənin kədəri çox böyükdür. Böyük insanların bu cür insanların kədərinə şərik olmasının əsas səbəbi isə şikayət edənlərin zəifliyidir.
- Ağıl, alovlanıb soyuq qalan yandırıcı şüşədir.
- Ağıllı olmaq bir şey deyil, mühüm olan ağıldan istifadə etməkdir.
- Ağılı kamilləşdirmək üçün öyrənməkdən çox, düşünmək lazımdır.
- Ağlın nəsihət etdiyi hər şeyi ehtirasa qapılmadan yerinə yetirmək üçün möhkəm bir dayanıqlılıq lazımdır.
- Ağlınızın düzgün işləməsini istəyirsinizsə, bədəninizi müşahidə edin.
B
[redaktə]- Başqa əsrlərin yazıçıları ilə söhbət etmək, səyahət etməyə bərabərdir.
- Başqalarına hörmət etmək özünə hörmət etməyə zəmin yaradır.
- Başqalarını pisləmək üçün edilən qeybətdən alınan zövq başqalarını alçaltdığımız ölçüdə özünüzü ucaltdığımızı sanmaqdır.
- Böyük insanlar belə hesab edirlər ki, qüsurlara, bu qüsuru daşıyanlara nifrət edib və onlara acıyan, amma fəlakətə mətinliklə dözə bilməyənlərin qorxaqlığından pis şey yoxdur.
D
[redaktə]- Dəyərli kitabları oxuyan dəyərli insanlarla görüşmüş kimi olur.
- Dünyada ən ədalətli yayılmış şeylərdən biri sağlam düşüncədir. Hər kəs özünü o dərəcədə sağlam düşüncəli hesab edir ki, malik olduqları sağlam düşüncədən artıq düşüncəyə malik olmağa can atmırlar.
- Düşünürəm, demək yaşayıram.
E
[redaktə]- Ehtiram- bu, ruhun hörmət predmetinin hörmətini qazanmaq meyilliyi yox, eyni zamanda məlum həyəcanla ona tabe olma, onun iltifatını qazanmaq istəyidir.
- Ehtiraslarla daha çox maraqlananlar həyatdan daha çox həzz alırlar.
- Elə bir şey yoxdur ki, əldə edilməsi, elə bir sirr yoxdur ki, açılması mümkün olmasın.
- Elmi məşğələlərin məqsədi ağılı elə bir istiqamətə yönəltməkdir ki, o, rast gəlinən bütün şeylər barəsində möhkəm və həqiqi mülahizələrə malik olsun.
Ə
[redaktə]- Əhəmiyyətli olan ağıllı olmaq deyil, ağılı yerində və zamanında istifadə etməkdir.
- Əksər kitabların bir neçə sətirini oxuyub bir neçə də şəklinə baxıb kitab haqqında hər şeyi bilirsən. Ona görə də digər sətirlər səhifənin boş qalmaması üçün yerləşdirilib.
- Əksər mübahisələrdə belə bir səhvi müşahidə etmək olar: həqiqət iki müdafiə olunan nöqteyi-nəzər arasında olur. Hər nöqteyi-nəzər nə qədər qızğın mübahisə edirsə, bir o qədər həqiqətdən uzaqlaşır.
- Əksər səslər həqiqətin xeyrinə təkzibedilməz sübut deyil. Çünki, bu cür həqiqətlərlə bütöv bir xalq yox, ayrıca bir şəxs üzləşə bilər.
- Əgər həqiqətin əsl axtarışçısı olmaq istəyirsənsə, həyatında heç olmasa bir dəfə mümkün qədər hər şeyə şübhə etməlisən.
- Əgər insanlar öz şəxsiyyətlərini yüksək qiymətləndirib hər hansı bir nifrətin mümkünlüyünü istisna hesab etsəydilər, bu qədər asanlıqla utanmazdılar.
- Əgər qəzəb nemətlərə malik olanlara yox, bölgünün özünə yönəlirsə, bu həsədi bağışlamaq olar.
- Əgər mən düşünürəmsə, deməli varam.
- Əgər tale layiq olmayanı nemətlərlə mükafatlandırırsa və biz ədaləti sevərək bu bölgü zamanı ədalətin pozulmasına qəzəblənir və bizdə həsəd hissi oyanırsa, bu həsədi bağışlamaq olar.
- Əsas olan ağıllı olmaq deyil, ağlı yerində və zamanında işlədə bilməkdir.
F
[redaktə]- Fəlsəfə bir elmdir və həndəsi üsulu metafizikaya tətbiq etmək lazımdır, fəlsəfəni qəti bir elm etmək üçün.
G
[redaktə]- Geniş ağıla, güclü təxəyyülə və fəal ruha malik insan dahidir.
- Güclü xarakterə malik və geniş qəlbli insanlar əhval-ruhiyələrini öz xoşbəxtliklərinə, yaxud bədbəxtliklərinə görə dəyişmirlər.
H
[redaktə]- Həqiqəti söyləyirəm deyə çığır-bağır salmaqdansa, susmaq yaxşıdır. [1]
- Həqiqi görünən şeylərə şübhə etməməliyik...buna baxmayaraq, bizdən aydın olması tələb olunan fikirlərimizin təkzib olunmaması üçün bunu danılmaz bir həqiqət hesab etməməliyik.
- Hər kəs öz günahından qorxmalıdır.
- Hər yerdə öz müstəqilliyini saxlamaq olar. Bir adamı başqasının qabağında yaşadığın yer yox, xarakterin çatışmamazlığından irəli gələn fərqlənmək istəyi əyir.
- Hər zaman axtarışda ol, bir gün qızıl axtararkən mis taparsan, sabah mis axtararkən qızıl taparsan.
- Həsəd qədər insanların xoşbəxtliyinə zərər verəcək qüsurdan başqa bir qüsur yoxdur. Çünki, ona yoluxanlar nəinki özlərini məyus edir, eləcə də başqalarının sevincini korlayırlar.
- Hətta ən ümidsiz insanda da bir ümid qığılcımı közərməkdədir.
İ
[redaktə]- İlk növbədə, fəlsəfənin nə olduğunu öyrənmək istərdim... “Fəlsəfə” sözü müdrikliyin məşğuliyyəti deməkdir və müdriklik dedikdə təkcə işdə ehtiyatlılıq deyil, həm də insanın bacara biləcəyi hər şeyi mükəmməl bilməyi nəzərdə tutulur. Həyatın özünü istiqamətləndirən, sağlamlığın qorunmasına xidmət edən, eləcə də bütün elmlərdə kəşflərə istiqamətləndirən bilikdir."
- İnsanın özünə hörmət hüququ verən ruhunun həqiqi böyüklüyü daha çox onun öz istəyinə hakim olması ilə yox, hər şeyin ona məxsus olması şüuru ilə bağlıdır.
- İnsanların həqiqətən nə düşündüyünü başa düşmək üçün dediklərinə deyil, etdiklərinə baxın.
- İntuisiya təsəvvürün zehnidir.
K
[redaktə]- Kitablar sizi əsrlər əvvəl dünyadan köçmüş dahilərlə görüşdürür.
Q
[redaktə]- Qərarsızlıq təəssüf və peşmançılıqlarımızın yeganə səbəbidir.
- Qısqanclıq, bir az yaxşılığa sahib olmaq istəsəniz bir növ qorxudur ... Arvadına qısqanan bir insana da xor baxın, çünki bu, onu həqiqətən sevmədiyini və özünə və ya onun haqqında pis fikir söylədiyinə işarədir. Deyirəm ki, o həqiqətən də onu sevmir, çünki əgər onun üçün əsl sevgisi olsaydı, ona güvənməmək üçün heç bir motivi olmazdı. Və əslində onu sevmir, ancaq əlində gördüyü yaxşılıqlardır. Özünü özünə yaraşmaz hesab etməzsə və ya həyat yoldaşının ona etinasız olduğuna inanmazsa bu neməti itirməkdən qorxmazdı. Bir sözlə, bu ehtiras yalnız şübhə və inamsızlığa aiddir ...
- Qorxaqlıq ona görə çox zərərlidir ki, o, iradəni faydalı işlərdən çəkindirir.
- Qorxaqlıq, müəyyən ümidin, yaxud istəyin olmamasından irəli gəlir...
- Qorxaqlığın ən böyük zərəri iradəni səmərəli fəaliyyətdən saxlamasıdır.
- Qorxu, ruha arzunun yerinə yetməyəcəyini inandıran meyillilikdir.
M
[redaktə]- Mən düşünürəm, deməli mən varam, mən mövcudam.
- Məncə ərdəm, bu qərar möhkəmliyidir.
- Mənə materiya və hərəkət verin, mən dünya yaradım.
- Mənim məlumatıma güvənin, bu məlumatlar həqiqəti dəlildir, sübut etmək düşünməyi tələb edir.
- Müdriklik yalnız bütün işlərdə ağıllı olmaqdan ibarət yox, həmçinin insanın dərk edə biləcəyi şeylər barəsində mükəmməl biliyə malik olmaqdır.
- Mütaliə insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə aparır.
N
[redaktə]- Nail ola bilməyəcəyin şeyi arzulama. Sənin ən böyük sərvətin azadlığındır.Azadlığın səni gözəl, zəngin, hörmətli, güclü və xoşbəxt yox, yalnız azad edə bilər. O, səni şeylərin yox, sənin özünün ağası edir.
- Neçə əsr əvvəl dünyadan köçmüş dahilərlə siz kitablar sayəsində görüşə bilirsiniz.
- Nəsihət verməyi öhdəsinə götürən nəsihət verdiyindən mahir olmalıdır. Azacıq səhv məzəmmətlənir.
- Nizam-intizam fikri azad edir.
Ö
[redaktə]- Özbaşına insan güclü istəyə, zəif iradəyə malik olan insandır.
- Özünü dərk etməkdən səmərəli məşğuliyyət yoxdur.
- Özünün təbii ağlına güvənən yalnız qədim kitablara inananlardan daha düzgün mühakimə edəcək.
S
[redaktə]- Sağlam düşüncəyə malik olmaq kifayət deyil, ondan bacarıqla istifadə etmək vacibdir.
- Sağlamlığımızda yuxudakı kimiyik, yalnız öləndə özümüzə gəlirik.
- Sevgi və nifrət kimi iki ehtirasdan hədsizliyə daha çox meyilli olanı sevgidir. O daha alovlu, daha güclü və daha möhkəmdir. Sevgi nə qədər ehtiraslı olarsa, ona mane olanlara və onu hədələyənlərə qarşı bir o qədər amansız olur. O, nifrətinə sərbəstlik verir və beləliklə də şərin bütöv bir dəstəsini azad edir.
- Sözləri düzgün təyin etməklə, siz dünyanı anlaşılmamazlığın yarısından xilas etmiş olacaqsınız.
Ş
[redaktə]- Şüuru və mənliyi olan şəxslər başqalarının onlardan ağıllı, savadlı və gözəl olmasından qorxmur, özlərini üstün olduqları insanlardan uca tutmurlar. Çünki, onlara elə gəlir ki, xoş iradə hər insanda olmalıdır və onlar bu iradəyə görə özlərinə hörmət edirlər və onlar xoş iradə ilə müqayisədə belə şeylərə az əhəmiyyət verirlər.
T
[redaktə]- Taleyə yox, özünə qalib gəlməyə və dünyadakı qaydanı yox, öz istəklərini dəyişməyə çalış.
- Tanrının elminin mükəmməl olması ve onun aldanmaz ve aldatmaz olması inanışı, vəhyin əsasını yaradır.
- Tanrının varlığı, bir həqiqəti ifadə edən həndəsi teoremlərdən daha həqiqidir.
- Təhlükəni heçə saymaq yox, onu qabaqcadan duyub tədbir görmək cəsarətidir.
- Təkəbbür həmişə qüsur sayılıb. Çünki, təkəbbürlü insanların özlərinə hörmət etmək üçün heç bir ciddi əsasları olmur.
- Təkəbbür və comərdlik özü haqqında yüksək fikrə malik olmaqdan ibarətdir. Onlar bir-birindən yalnız onunla fərqlənir ki, təkəbbürlü insanın fikri heç nəyə əsaslanmır, comərd insanın fikri isə tamamilə düzgün olur.
- Tənhalığı böyük şəhərlərdə axtarmaq lazımdır.
- Təsadüfi bir doğruya çatmaqdansa, üsullu bir səylə səhvə çatmağı üstün tuturam.
U
[redaktə]- Unutma, sənə işıq tutanlara kürəyini dönsən; görəcəyin tək şey öz qaranlığındır.
Ü
[redaktə]- Ümid, ruhun arzu olunan şeyin həyata keçəcəyi barədə özünü inandırmaq cəhdidir. Qorxu isə bu arzunun həyata keçməyəcəyi barədə ruhun özünü inandırmaq meyilliliyidir.
- Ümidsizlik, ümidsiz qorxudur.
Y
[redaktə]- Yaddaş çoxlu faktlarla yükləndikcə, dahi və onun yaradıcılıq qabiliyyəti zəifləyir və sönür.
- Yaxşı ağıla malik olmaq azdır, əsas onu tətbiq etməkdir.Ən böyük ruhlarda ən böyük qüsurlarla yanaşı, ən böyük fəzilətlər də yerləşib. Asta gedən həmişə düz istiqamətdə və bu yoldan uzaqlaşan və qaçan insandan çox uzaq məsafə qət edə bilər.
- Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir.[2]
- Yaxşı kitabları oxumaq keçmiş dövrün ən yaxşı adamları ilə söhbət etmək kimidir. Bu, keşmiş adamların ən yaxşı fikirlərini çatdırdıqları bir söhbətdir.
- Yalnız o şeyi həqiqi hesab etmək lazımdır ki, o, tamamilə açıq və aydın təsəvvür olunur.
Z
[redaktə]- Zehni mükəmmələşdirmək üçün əzbərçilik yox, çox düşünmək lazımdır.
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.403.
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.