Məzmuna keç

İvo Andriç

İvo Andriç
Doğum tarixi 10 oktyabr 1892
Doğum yeri Dolac
Vəfat tarixi 13 mart 1975
Vəfat yeri Belqrad
Dəfn yeri Yeni Belqrad qəbiristanlığı
Vikipediya məqaləsi

İvo Andriç (1892–1975) — Serb yazıçısı, Nobel mükafatı laureatı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir hökumət afişalar vasitəsilə öz vətəndaşlarına sülh və firavanlıq gətirməyə ehtiyac duyursa, ehtiyatlı olun və həmişə bunun əksini gözləyin.
  • Bosniyada əsrlər boyu davam edən və əslində torpaq, hakimiyyət, öz həyat və dünya quruluşunu dərk etmək uğrunda mübarizəni əhatə edən böyük, qeyri-adi mübarizədə əleyhdarlar təkcə qadınları deyil, atları da götürdülər və bir-birindən silahlar, həm də mahnılar Və çoxlu şeirlər qiymətli qənimət kimi birindən digərinə keçdi. ("Drina üzərindəki körpü" əsərindən)
  • Çox az adam diqqətlə dinlənilməyə layiqdir, amma hamısı şəfqət və anlayışla izlənilməyə layiqdir.
  • Mən yaşayıb həyatdan zövq alanda yazdığım əsər qış yuxusuna dalır və yalnız hərdən yuxuda sayıqlayır. Yaşaya bilməyib əzab çəkəndə isə əsərim dərhal cana gəlir, boy atıb böyüməyə başlayır. Belə çıxır ki, əsərlərim iztirablarımdan doğulur.
  • Narahat və itkisiz bir xəzinə olmadığı kimi, üsyan və sui-qəsd olmadan bir bir güc yoxdur.
  • Nə qədər ki, yaddaş var, ölənlər unudulmayacaq.[1]
  • Nə üçün başqa xalqlar Balkan xalqlarından daha artıq əməyə və yaradıcılığa vərdiş edirlər? Və nə üçün Balkan ölkələri özlərinin ən yaxşı və istedadlı nümayəndələri vasitəsilə qabaqçıl ölkələr sırasına keçə bilmirlər? Bu suala cavab vermək asan deyil. Lakin mənə elə gəlir ki, səbəblərdən biri insana, onun ləyaqətinə, onun tam daxili azadlığına hörmətin yoxluğu ilə bağlıdır. Yeri gəlmişkən bu hörmət qeydsiz-şərtsiz və ardıcıl olmalıdır. Bu bizim böyük zəifliyimizdir və bu baxımdan biz çox zaman səhv edirik.
  • Sənin əsərin yol kənarında bitmiş sahibsiz tənha ağac kimidir. Hər yoldan ğtən bu ağacın bağrında öz adını yazır və dair xoşagəlməz izlərini qoyub gedir. Mənim ixtiyarım olsaydı, yaxşı əsərin böyründən muzey eksponatlarında olduğu kimi belə bir elan asardım:"Toxunmaq qadağandır".[2]

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh. 506
  2. Xəzinə. Bakı, 1997. səh.38