Aqata Kristi
Görünüş
Aqata Kristi | ||||
Doğum tarixi | 15 sentyabr 1890 | |||
Doğum yeri | Torki, Devon | |||
Vəfat tarixi | 12 yanvar 1976 | |||
Vəfat yeri | Vinterbrook, Böyük Britaniya | |||
Dəfn yeri | Çolsi | |||
|
Aqata Meri Klarissa Miller (ing. Agatha Mary Clarissa Miller; 15 sentyabr 1890, Torki, Devon – 12 yanvar 1976, Vinterbrook, Böyük Britaniya — ingiltərəli yazıçı, detektiv janrının kraliçası.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]B
[redaktə]- Başını aslanın ağzına salarsan, bir gün onu qoparsa şikayət edə bilmərsən.
- Bir kişi maraqlandıqda, o, sevimli, cəsur, diqqətli və dost ola bilər. Amma həqiqətən aşiq olanda qoyun kimi görünməyə bilmir.
- Bir qadının evlənə biləcəyi ən yaxşı ər arxeoloqdur, nə qədər yaşlıdırsa, onunla daha çox maraqlanır.
- Bir qadının diqqəti həmişə pis sədası yayılan kişidə olur. Çünki, sevgi onu düzəldər deyə düşünür.
- Biz çox tez ruhdan düşürük, hər zaman ”bunu etməyin mənası nədir ki” deməyə hazırıq. Lakin, yalnız ümid elə bir xoş haldır ki, bu əsrdə, bu günlərdə insanları yalnız həvəsləndirmək lazımdır.
- Bunu başa düş, mən həqiqətə çatmaq istəyirəm. Həqiqət özü nə qədər çirkin olsa da, onu axtaranlar üçün həmişə maraqlı və gözəldir.
C
[redaktə]- Ciddi qərar qəbul edən zaman kişilər həm darıxdırıcı olurlar həmdə ki, öz füsünkarlıqlarını itirirlər.
- Cinayət səhnəsini bərpa etmək detektivin məqsədidir. Faktları ardıcıl sıralamaq lazımdır, kartdan ev düzəldərkən kartları düzdüyünüz kimi.
Ç
[redaktə]- Çürümə içəridən gəlir.
D
[redaktə]- Deyilənə görə ölənlər barəsində ya yaxşı ya dakı heç bir şey söyləmək lazım deyildir. Məncə bu axmaq fikirdir. Bu misalı yaşayan insanlara aid etmək lazımdır. Çünki öləndən fərqli olaraq diri insanın xətrinə dəymək mümkün olur.
- Dəqiq bilmirəm kişilərlə qadınların arasında dostluğa nə səbəb olur, amma kişilər təbiət etibarı ilə qadınlarla heç zaman dost olmaq istəmirlər.
- Doxsan doqquz halda qadınlar özlərini axmaq kimi aparır, lakin yüzüncü dəfə kişilərdən daha hiyləgər olurlar.
- Dünyada yüksək dəyərə malik olan sözlər- sevgi, seks, həyat, ölüm, nifrət- bunlar heç də, bizim yaşamağımıza təkamül vermirlər. Əksinə düşünmədiyimiz sonradan həyatımızda başımıza gələcək digər xırda, alçaldıcı şeylər bizim həyat təkamülümüzü və həyata baxışımızı dəyişmək gücünə malikdir. Çünki bu sadalananlar həyatı boyu bizi tərk etmirlər, onlardan qaçmaq mümkün olmur.
- Düz olanı öyrənmək heç zaman gec deyil.
E
[redaktə]- Evlilik sevgidən daha vacibdir, mən burada köhnə qaydaları üstün tuturam – ən vacib olan hörmətdir. Ancaq bunu heyrətlə səhv salmaq olmaz. Bütün evlilik boyu ərinizə heyrətlənmək çox darıxdırıcıdır və bu boynun arxasında revmatik ağrılarla bitəcək.
Ə
[redaktə]- Əgər sirri ikidən çox adam bilirsə, o artıq sirr deyil.
- Əgər yeni doğulmuş körpəyə hədiyyə vermək imkanım olsaydı, mən yalnız bir şeyi seçərdim – Yaxşı xəsiyyət
- Ən əsası sinifdir. Sinif hər şeydir. Bir centlmen traktor sürməli olsa belə, centlmen olacaq.
H
[redaktə]- Heç bir şey insanı vəfa və sədaqət kimi sıxmaz.
- Həkimin ən böyük üstünlüyü ondan ibarətdir ki, o, öz tövsiyələrinə əməl etmək məcburiyyətində deyil.
- Həmişə haqlı olan insandan daha yorucu bir şey yoxdur.
- Hər bir cinayətkar, kiminsə çox yaxşı bir tanışıdır.
- Hər şey nəzərə alınmalıdır. Fakt nəzəriyyəyə uyğun gəlmirsə, nəzəriyyəni buraxın.
- Hər zaman balıqqulaqlarını, rəngarəng sahil daşlarını və ümumiyyətlə uşaqların yığmağı sevdiyi o rəngarəng daşları xoşlamışam. Ağappaq quş lələyi, rəngli yarpaqlar – hərdən mən belə düşünürəm ki, məhz bunlar əsl sevinc mənbəyidir, nəyinki bahalı daş-qaşlar, zümrüdlər və s.
- Hər zaman özünüzə təkrar edin ki, insanlar sizi dinləməkdə maraqlı deyillər. Nəyə görə onlar öz həyatları ilə deyil, sizin həyatınızla maraqlanmalıdır?
- Həyatında hansı dəqiqələrin ən əziz olduğunu, yalnız gec olduqda anlayırsan.
X
[redaktə]- Xoşbəxt insanlar uğur qazana bilməzlər: özləri ilə o qədər məşğuldurlar ki, başqa heç nə ilə maraqlanmırlar.
- Xoşbəxt insanların həyat hekayələri olmur – deyəsən axı belə deyirlər.
İ
[redaktə]- İncəsənət nümunələrini,şah əsərlərini uyğun olmayan vaxtda eşitməkdən və dinləməkdən böyük səhv yoxdur. Məhz bir çoxları üçün Şekspir ona görə yox oldu ki, onu orta məktəbdə keçdilər.
- İndi motivsiz qətl yoxdur.
- İndi müharibənin heç nəyi həll etmədiyi, müharibədə qalib gəlmək uduzmaq qədər fəlakətli olduğu kimi dəhşətli bir hisslə qaldıq.
- İngiltərədəki qəhvə kimyəvi təcrübənin dadına malikdir.
- İnsan hər kəslə barışarkən səmimi və cəsarətli, az diqqətli və tamamilə cazibədar ola bilər. Amma insan həqiqətən aşiq olanda qoyun kimi görünməyə bilməz.
- İntuisiya- qəribə şeydi. Onu inkar da etmək olmur, başa salmaq da.
- İradəsinə qarşı çıxaraq sevib tərk edilən kişinin nifrətindən güclü dünyada nifrət yoxdur.
K
[redaktə]- Kəşfləri haqqındakı söhbətlər insanlara fikirləşməyə mane olmaq üçündür.
- Kişi ilə qadının bir-birinə bağlılığı heyrətləndirici illüziya ilə başlayır, sanki onlar hər şey barədə eyni cür fikirləşirlər.
- Kişini təhlükə hər yerdə gözləyir, qadını isə sevgidə.
Q
[redaktə]- Qadın və kişi arasındakı bağlılıq əvvəl illüziyadan başlayır. Siz dünyada hər şey haqqda eyni fikrə malik olduğunuzu düşünürsünüz.
- Qadına vurulmuş kişi çox yazıq görkəm alır.
- Qadınlar gözləyə bilmirlər, bunu yadda saxlayın.
- Qadınlar nadir halda bir-birləri haqqda fikirdə yanılırlar.
- Qızları daha çox çirkin şaiələri danışılan oğlanlar cəlb edir. Onun ilk ağlına gələn - Mənim sevgim onu dəyişəcək- fikridir.
- Qonaqlıq qeybəti- pis əməl və günah sayılır, axı o çox vaxt düz çıxır.
- Qorxuram ki, bu qədər müşahidədən sonra insan təbiətindən yaxşı heç nə gözləməyə dəyməz.
- Qurbanlar məni cinayətkardan daha çox maraqlandırır.
- Qürur-qadınların dilindən düşməyən, amma hərəkət və işlərində heç vaxt görsənməyən bir şeydir.
M
[redaktə]- Maraqlı fikirdir, ancaq insanların gülünc göründüyünü görəndə onları nə qədər sevdiyinizi anlayırsınız.
- Mən, dedektiv romanlarıma sujet xəttini, qab yuyanda düşünürəm. Çünki, bu o qədər pis işdir ki, insan cinayətdən başqa heç nə düşünmür.
- Mən onlara ölüm əvəzinə həyat, mövhumat ipləri əvəzinə azadlıq, fəsad və istismar əvəzinə gözəllik və həqiqət verdim.
- Mən, tale öz istəyindən kənar sevməyə məcbur edilən bir kişinin nifrətindən daha güclü bir nifrət tanımıram.
- Müharibə heç bir problemi həll etmir; qalibiyyət elə məğlubiyyət kimi dağıdıcı təsir göstərir.
N
[redaktə]- Nəyisə bildiyini görsətməyə çalışmaq, nəyisə bilməkdən daha çətindir.
- Nikah sevgidən daha çox önəm kəsb edir. Burda əsas olan- hörmətdi. Lakin, onu heyranlıqla səhv salmaq lazım deyil.
- Nyu Yorkda cinayət hekayəsi yazmaq gülüncdür. Nyu York şəhərinin özü bir cinayət hekayəsidir.
Ö
[redaktə]- Öyrəndim... geriyə getmək olmaz, həyatın mahiyyəti irəli getməkdir. Əslində həyat birtərəfli bir küçədir.
- Öz detektiv romanlarımın süjetini qab yuyarkən düşünürəm. Çünki bu elə bir axmaq məşğuliyyətdir ki, istər istəməz ağlıma qətl barəsində fikirlər gəlir.
S
[redaktə]- Sevgi haqqında söz olduqda, qadınlar qürur haqqında düşünmürlər. Qürur-qadınların dilindən düşməyən, amma hərəkət və işlərində heç vaxt görsənməyən bir şeydir.
- Sədaqət digər qabiliyyətlətlərlə müqayisədə məni daha çox heyrətləndirir. Sədaqət və Sücayət – iki ən gözəl keyfiyyətdir.
- Siz yalnız insanları gülməli vəziyyətdə gördüyünüz zaman anlayırsınızki, onları nə qədər çox sevirsiniz. Gözəllik, ağıl və qeyri-adi cazibə ilə heyrətlənmək olar, ancaq bunların hamısı onun gülməli olduğuna ehkan vurulduqda bir sabun kimi yox olur.
- Söhbət ona görə yaradılıb ki, insanların düşünməsinə mane olsun.
Ş
[redaktə]- Şeytan özü öz qulluğundadır.
T
[redaktə]- Təkzibedilməz logika manyaklara xas xarakterdir.
- Təsəvvürünüzə həddən artıq nəzarət edirsiniz. Təsəvvür yaxşı qulluqçudur, pis ağadır. Ən sadə izahat həmişə ən çox ehtimal olunandır.
U
[redaktə]- Uğrunda yaşamağa dəyər olan yeganə şey gözəllikdir.
- Uşaqlıqda oynamağı sevdiyim ən gözəl oyunlar bütün həyatım boyu ən gözəl məşğuliyyətimə çevrildi. Məsələn, evcik-evcik oynamaq…
V
[redaktə]- Vaxt- çox qeyri müəyyən anlayışdı. Kiməsə o çox uzun gəlir, kiməsə isə tam əksinə.
- Vərdiş-özün özündə görmədiyin xüsusiiyətdir.
Y
[redaktə]- Yaşamağı xoşlayıram. Hərdən darıxıram, doğulduğuma görə peşmanam, dünyamdan keçirəm, amma çox gözəl bilirəm ki, sadəcə yaşamaq gözəl şeydir.
- Yüksək etibar- fırıldaqçı üçün birinci zəruriyyətdir.
- Yüksək reputasiya- hiyləgər üçün ən birinci lazım olan sənədi.
Həmçinin bax
[redaktə]İstinadlar
[redaktə]Skript xətası: "Əlaqəli layihələr" modulu mövcud deyil.