Frans Kafka
Vikisitat saytından
- Bir kitab, içimizdəki donmuş dənizə enən balta kimi olmalıdır.
- Əgər oxuduğumuz bir kitab bizi başımıza vurulan bir zərbə kimi sarsıtmırsa, niyə oxumağa zəhmət edək ki?
- Əvvəllər suallarıma niyə cavab ala bilmədiyimi anlaya bilmirdim, indi isə sual soruşa biləcəyimə necə inana bildiyimi anlaya bilmirəm. Amma gerçəkdə inanmırdım ki, soruşurdum sadəcə.
- İnsanlar səbirsiz olduqları üçün cənnətdən qovuldular, tənbəl olduqları üçün geri dönə bilmirlər.
- Qiyamət Gününü belə adlandırmamızın səbəbi ancaq bizim zaman anlayışımızdandır; əslində o bir növ hərbi vəziyyət məhkəməsidir.