Mövlana Cəlaləddin Rumi
Görünüş
Mövlana Cəlaləddin Rumi | |||
Doğum tarixi | 30 sentyabr 1207 | ||
Doğum yeri | Vakhsh | ||
Vəfat tarixi | 17 dekabr 1273 | ||
Vəfat yeri | Konya | ||
Dəfn yeri | Mövlanə Muzeyi, Yaşıl türbə | ||
|
Mövlanə Cəlaləddin Rumi — türk şairi və mütəfəkkiri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aclıq, dərmanların Padşahı. Həkimlər niyə pəhriz verər, düşünsənə.
- Aclıq dərmanların padşahıdır. Aclığı canla könüllə mənimsə, onu xor görmə.
- Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı xoşgörüş olar, istəyə səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar.
- Adam bilmirsə nə istədiyini, həm səni zay edər həm özünü. Dibini görmədiyin su kimi, sonunu görmədiyin sevdaya qapdırma özünü.
- Axmaq ürəyində: "Allah yoxdur" deyir.
- Axmaqlara veriləcək cavab sükutdur.
- Axtardığın səni axtarandır.
- Ağıl bütün gediləcək yolları bilsə belə, yenə eşq yolunu bilə bilməz, çaşar qalar.
- Ağıl quzu, nəfs qurd, imansa çobandır. İnam güclü deyilsə, nəfis ağlı yeyir.
- Ağıl padşahı qəfəsi qırdımı, quşların hər biri bir istiqamətə uçar.
- Ağıl sonradan ah çəkmək üçün deyil, əvvəlcədən düşünüb tədbir görmək üçündür.
- Ağıllıdan gələn cəfa cahillərin vəfasından yaxşıdır.
- Ağlamaq qadının tələsidir.[1]
- Ağlın başına gəlincə peşman olacağın bir işi əsla etmə.
- Ağlın varsa, bir başqa ağılla dost ol da, işlərini məsləhətləşərək et.
- Ağrı ağrı ilə sağalır, sevgi isə daha böyük sevgiylə.
- Alçaq xislət, fırtınasını gizlində saxlayan saxta təmkin gölüdür.
- Alçaq xislətinin istəklərini dönə-dönə yerinə yetirmə.
- Allah daim yaxınındadır, səni öz yanında saxlaya-saxlaya, qulağına "Ol" pıçıldayır.
- Allah ilə olduqdan sonra ölüm də, ömür də xoşdur.
- Allaha çatmağın bir çox yolu var. Mən sevgini seçdim.
- Allaha yaxınlıq nə yuxarı çıxmaq, nə də aşağı enməkdir. Allaha yaxınlıq varlıq libasını soyunmaqdır.
- Allahdan gələnə razı olsaq Allahda bizdən razı olar.
- Allahdan savayı hər şey bizi yoldan azdırır.
- Allahın xəzinəsi yoxluqdur. Yəni Allah varlıqları yoxluqdan yaratmışdır. Sən isə görünən varlıqlara aldandığın üçün yoxluğun nə olduğunu haradan biləcəksən?
- Allahın nuruyla işıqlanmayan könül evləri də vardır. O könül evləri məzar kimidir. Dar və qaranlıqdır. O könül evləri Allahı anlama və xatırlama zövqündən məhrumdur. Belə bir könüldən məzar daha xeyirlidir.
- Allahın "Ol" hökmündən sonra bu Sözün özündən yaxşı ol.
- Anlaşılmaq kimi bir problemimiz var idi. O zamana qədər ki, özümüzü anlada bilmədiyimizi başa düşdük. O zaman susmaq bizim dostumuza çevrildi.
- Aşiqin dəyəri onu sevən insanın sevgisi ilə ölçülür.
- Aşiqlərin ürək yanğıları ilə göz yaşları olmasaydı, dünyada nə su, nə də alov olardı.
- Ayaqlarına batan tikanlar axtardığın gülün xəbərçisidir.
- Ayağına batan tikanlar axtardığın gülün xəbərçisidir.
- Ay üzünə, günəş pəncərənə düşmürsə, gühahı ayda, günəşdə axtarma. Gözlərindəki pərdəni arala.
- Ayrılıq zamanı insanın gözünü yumub-açması müddəti ona bir il kimi gələr.
- Ayrılığın nə olduğunu bilmək istəyirsən? Bil ki, ayrılıq aşiqlərin yoludur. Balıq olanın canı dənizdir. Buna görə də dənizdən ayrı düşən balıq daim dənizin həsrətini çəkir.
- Ayın gecəyə səbr etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbr etməsi də onun gözəl ətirli olmasına səbəb olur.
- Az-az adamlar alovun ortasında otura bilirlər.
B
[redaktə]- Bax, yerin təkindən göylərə ucalan bu ecazkar rəqsə tamaşa et.
- Bağlı qapı yoxdur, səhv açar var.
- Bal arının iynəsinə dəyər.
- Başqalarına qibtə etmə, çoxları var ki sənin həyatına həsəd aparırlar.
- Başqalarının hər zaman əfv edin, amma özünüzü əsla əfv etməyin.
- Başqasının sözlərini təkrar etmək, hələ bu sözlərin mənasını başa düşmək demək deyil.
- Bədən ruhun libasına bənzəyər.
- Bədənini bəsləyib inkişaf etdirməyə baxma, çünki o sonunda torpağa veriləcək bir qurbandır. Sən könlünü bəsləməyə bax. Ucalara gedəcək, şərəflənəcək olan odur.
- Bəla insana tamahından gələr. Qənaətdən isə heç kəs ölmədi, hərisliklə də heç kəs padşah olmadı.
- Bəzən bitmək bilməyən dərdlər yağış olur üstünə yağır. Amma unutma ki, rəngarəng göy qurşağı da yağışdan sonra çıxır.
- Bəzən deyirəm ki, "nə olacaq söylə getsin" .. Sonra deyirəm; "söyləyincə nə olacaq, sus bitsin"
- Bəzən öz səsini eşidə bilməyin üçün susmağın lazımdır.
- Bildiyin nə qədər çox olur-olsun, qarşındakının anlaya biləcəyi qədər anlada bilərsən.
- Bil ki, günəşə baxmağa cəsarəti olmayan, kölgədə qalmağa, kölgəni işıq sanmağa məhkumdur.
- Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir.
- Bir adam Allahdan başqa heç kimə ehtiyacı olmadığına inansa, Allah da onu başqasına möhtac etməz.
- Bir adamın bir çox bacarıq, fənd, məlumat sahibi olduğuna baxma! Verdiyi sözdə dayanırmı? Vəfası varmı? Əsl ona bax!
- Bir çətinliyin olduğu zaman Rəbbinə dönüb, "Mənim böyük bir çətinliyim var" demə. Çətinliyinə dönüb, "Mənim böyük bir Rəbbim var" de!
- Bir də qayıt və özünü yadına sal.
- Bir insan bilmirsə nə istədiyini, həm səni ziyan edər, həm özünü. Dibini görmədiyin suya dalmadığın kimi, əmin olmadığın sevgiyə təslim etmə özünü.
- Bir insanın necə güldüyündə tərbiyəsini, nəyə güldüyündə isə zəkasını və səviyyəsini anla.
- Bir insanda, özünü yüksək görmə, ehtiras və şəhvət varsa, bunlar o danışarkən soğan yemiş kimi iy verər.
- Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan.
- Bir könül qurmaq gəlmirsə əlindən, barı bir könül yıxılmasın dilindən.
- Bir şam digər bir şamı alovlandırmaqla işığından bir şey itirməz.
- Bir təxəyyül o biri təxəllüyü dəf edir, bir fikir o birinə qida verir.
- Biri gözəl bir söz söyləyirsə bu, dinləyənin dinləməsini, anlamasından irəli gəlir.
- Birini sevirsinizsə, onu Allahdan istəyin. Ürəklər Allahın əlindədir.
- Birisini tanımırsansa, kimi və nəyi axtardığına bax. Başa düşəcəksən.
- Biz Allahdan gələnə razı olsaq, Allah da bizdən razı olar.
- Biz birləşdirmək üçün gəldik, ayırmaq üçün deyil.
- Biz bu torpağa sevgidən başqa heç bir toxum əkmərik.
- Biz elə bir məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər.
- Bizə gözün deyil, könlün gördüyü "ürək" gərək.
- Bizi bilən bilir, bilməyən də özü kimi bilir.
- Bizi doğru yol göstərən, bizi pis əməllərdən çəkindirən namaz beş vaxtda qılınır. Halbuki həqiqi aşiqlər daima namazdadırlar.
- Bizim nəzərimiz qəlbədir, sudan, palçıqdan olan surətə deyil..
- Bizlər elə məxluqlarıq ki, bəzən mələklər insan yaradılmadıqlarına kədərlənərlər; bəzən də şeytanlar bizdən olmadıqlarına şükr edərlər.
- Bu dünya bir dağdır, etdiklərimiz isə səs; səs əks-səda verər, yenə bizə geri gələr…
- Bu dünya tələdir, yemi isə istəkdir.[2]
- Bu dünya zəhərdir. Bu zəhərin şəfası Allahdır.
- Bu içində olduğun andakı ömürü bir fürsət bil və onunla məşğul ol. Nə keçmişə kədərlən, nə gələcəkdən qorx.
- Buraxacağın əli tutma, tutacağın əli buraxma. Saxta sevgilərə gül olmaqdansa, həqiqi sevgilərə tikan ol.
- Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan.
C
[redaktə]- Cahil birinin yanında kitab kimi səssiz ol.
- Cahil gülün gözəlliyini görməz, tikanlarından yapışar.
- Cahil insan baraban kimidir. Səsi çoxdur, lakin içi boşdur.
- Cahilin sonda görəcəyi şeyi ağıllılar öncədən görür.
- Can axtarsan can olarsan. Yem axtarsan yem olarsan.
- Cibi zəngin, lakin ruhu kasıb olan insanın halı çox alçaq! Çünki o; hər şeyin qiymətini bilir, dəyərini deyil.
- Cilovunu möhkəm saxla ki, eşşəyin yolundan azmasın.
Ç
[redaktə]- Çay suyunu tamamilə içmək mümkün deyil, susuzluğunuzu yatıracaq qədər içməmək də olmur.
- Çətindir deyirsən, çətin olacaq ki, imtahan olsun.
- Çətinlik asanlıqla birgədir. Ağlını başına topla və ümidini itirmə.
- Çirkinliklə gözəlliyi görünüşlə deyil, ağılla ayırd edin.
- Çıxacağım yerə səbri nərdivan edirəm.
D
[redaktə]- Daş dövrü daşlar tükəndiyi üçün deyil, başlar dəyişdiyi üçün sona çatmışdır.
- Daşın ürəyi yoxdur, ancaq yosun onu da sarır.
- Dedilər ki: Gözdən iraq olan könüldən də iraq olar. Dedim ki: Könülə girən gözdən iraq olsa nə olar…
- Dənizdə incilər dərində olur. Çör-çöp sahildə olur.
- Dənizlərin diblərində incilərlə daşlar qarışıq olduğu kimi, təriflənməli şeylər də qüsur və xətalar arasında oliu.
- Dərdimi sevirəm.. Bilirəm ki, dərdimi verən də məni sevir.. Sevən, sevdiyinin nazını ölçür.. Sevilən çəkməsin də neyləsin.
- Dərdli adamın qərarsızlıqlarla — tüstülərlə dolu bir könül evi vardır; dərdini dinlərsənsə o evə bir pəncərə açmış olarsan.
- Dərdli insan içi tüstü dolu bir otağa bənzər. Onu dinləmək; o otağa bir pəncərə açmaq kimidir.
- Dərdsiz dua soyuqdur. Narahat olduqda edilən dua ürəkdən gəlir.
- Dənizdə incilər dərində, çör-çöp isə sahildə olar.
- Dənizin dibində incilərlə daşlar qarışıq tapılarlar. Təriflənəcək şeylər də qüsur və səhvlərin arasında tapılar.
- Dilin sevgini şərh etməsi gözəldir, amma danışılmayan sevgi daha gözəldir.
- Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır.
- Dost acı söyləyən deyil, acını şirin söyləyəndir.
- Dost bil! Qəmli vaxtında əlindən tutanı.
- Dost dərdi deyən deyil. Acını şirin deyə biləndir.
- Dost sanma! Şanlı vaxtında dost olanı.
- Dostların xətası yadların doğrusundan yaxşıdır.
- Dostların ziyarətinə əli boş gəlmək, dəyirmana buğdasız getməkdir.
- Dostluq iki ürək arasında axan çay kimidir. Getdiyi yeri də təmizləyər, gəldiyi yeri də…
- Dostun yanına hədiyyəsiz getmək, buğdasız dəyirmana getmək kimidir.
- Durma! Tez gəl. Gəlməyim demə! Nə bəli demək yaraşar sənə, nə xeyr. Dostum, sənin şanına yalnız gəlmək yaraşar.
- Duzlu su da, şirin su da təmizdir. Əsla görünüşə aldanma. Görünüşcə hər kəs insandır, amma əsl insan hal əhli olandır.
- Dünən çəmən mənim ayaqlarımın altında idi bu gün üstümdə bitir. Görürsənmi? Torpaq günahlardan başqa hər şeyi örtür.
- Dünən mən ağıllı idim, ona görə də dünyanı dəyişmək istədim. Bu gün mən müdrikəm, ona görə də özümü dəyişirəm.
- Dünya dağdır, bizim etdiklərimiz səs. Səslərin əks-sədası yenə bizim səmtimizə gəlir.
- Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan, lakin həqiqətdə sehrbaz bir qarıdır.
- Dünya tələdir. Yemi də istək. İstək tələlərindən qaçın.
- Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma!
- Düşmənlik və məhəbbət yaxınlıqdan, xəstəlik və təhsil də eyni qidadan hasil olur.
- Düşündüyünü de, dediyini et, etdiyinin arxasında dur. Amma diqqət et ki, öz sözlərinin altında əzilməyəsən.
E
[redaktə]- Edən özünə edər, edən tapar və çəkər. Unutma, qazanmaq böyük ömür istər. İtirməyə isə anlıq qəflət yetər.
- Elə ki, sən sənə gələn dərd-bəlanı sidq-ürəklə qəbul etdin, göylərin qapıları üzünə açılır.
- Elm sahilsiz bir dəryadır, alim isə sahilsiz dəryaya almış bir dalğıcdır.
- Eşitdim ki, qiybətimi etmisən, üzümə söyləməkdən qaçmısan! Mənim kimi bir acizdən qorxmuş, Allahdan qorxmamısan.
- Eşq alovdur, o yananda Məşuqdan başqa hər şeyi kül edir.
- Eşq dediyin ya Allahdan gəlməli. Ya Allah üçün olmalıdır. Ya da Allaha qovuşdurmalı; yoxsa yerlə bir olmalıdır.
- Eşq elə bir kölgədir ki, parladıqda sevgilidən başqa nə varsa yandırıb-yaxar.
- Eşq, elə əngin bir dənizdir ki, nə başlanğıcı nə də sonu vardır.
- Eşq, iddiaya bənzər, cəfa çəkmək də şahidə. Şahidin yoxsa iddianı qazana bilməzsən ki.
- Eşq məhkəməyə bənzər, cəfa çəkmək də şahidə. Əgər şahidin yoxdursa, məhkəməni uda bilməzsən.
- Eşq nədir, bilmirsənsə gecələrə soruş, bu sapsarı üzlərə, bu qupquru dodaqlara soruş.
- Eşq o qədər nəhəng bir dənizdir ki, nə başlanğıcı, nə də sonu var.
- Eşq sandığın qədər deyil, yandığın qədərdir.
- Eşq sonu olmayan bir səltənətdir.
- Eşq sözə sığmaz. Eşq dibi görünməyən dənizdir.
- Eşq şəriəti, bütün dinlərdən ayrıdır. Aşiqlərin şəriəti də Allahdır, məzhəbi də.
- Ey can; heç kimə layiq olduğundan çox dəyər vermə; ya onu itirərsən, ya da özünü məhv edərsən..!
- Ey gördüyü gözələ ilişib qalan adam! Onun surətini görür, mənasından, yəni, əxlaqının gözəlmi, çirkinmi olduğundan qafil olursan. Əgər ağıllı bir adamsansa sədəfdəki incini tap.
- Ey könül, qəribə deyilmi? Bir ömür şah damarından daha yaxın sevgili axtarmaqla keçir.
- Ey qardaşım; sən, fikirdən və düşüncədən ibarətsən. Sənin insanlığın bunlardandır. Geri qalan sinir və sümükdür ki, onlar, heyvanlarda da vardır.
- Ey zülmlə bir quyu qazan! Sən özün üçün tələ hazırlayırsan.
- Eyni dildə danışan insanlar deyil, eyni duyğuları paylaşanlar bir-birini başa düşərlər.
Ə
[redaktə]- Ədalət nədir? Hər şeyi yerinə qoymaq. Zülm nədir? Bir şeyi yerinə qoymamaq, başqa yerə qoymaq.
- Ədəbin nə olduğunu bilmək istəyənlər bilsinlər ki, ədəb hər bir ədəbsizin ədəbsizliyinı səbr edib dözməkdir.
- Ədəbsiz, yalnız özünə pislik etməz; bütün ətrafa od salar. Su, göy, ədəb üzündən işıqlarla dop-dolu bir hala gəlmişdir; Mələk ədəb üzündən günahdan islah olunub, təmiz olmuşdur.
- Əgər gül düşünürsənsə, onda gül bağçasısan. Tikan düşünürsənsə, cəhənnəm kötüyüsən.
- Əgər susuzluqda bir fincandan su içsən, onda Allahı görürsən. Allaha aşiq olmayanlar bunda ancaq öz üzlərini görəcəklər.
- Əgər şəhvətin və nəfsinə qapılıb gedərsən, mən səni xəbərdar edim ki, əliboş, nəsibsiz gedəcəksən…!
- Əlvida yalnız gözü ilə sevənlər üçündür. Çünki ürəkdən, candan sevənlər üçün ayrılıq deyə bir şey yoxdur.
- Ən böyük fəziləti ağıl olan adamın dünyası ağılla dərk edilə bilən şeylərlə məhdudlaşır.
- Əslində təsbeh, səccadə, tövbə, tərki-dünyalıq, günahdan çəkinmə, bunların hamısı yolun başıdır. Haqq yolçusu aldandı da bunları çatacağı konak sandı.
- Əyri ayağın gölgəsi də əyridir.
G
[redaktə]- Gənclərin aynada görmədiklərindən daha çoxunu qocalar bir kərpic parçasında görürlər.
- Gərək yoxdur hər şeyi sözlə bəyana.
Bir baxış min söz edər anlayana. - Görünüşə aldanma; çünki heç bir şey göründüyü kimi deyil. Bu gün həyat verən su, sabah sizi öldürə bilər.
- Göy üzündə, ulduzlar arasında parlaq ay necə görünürsə, aşiq də yüzlərlə adam arasında elə görünür, o göründümü, hər kəsin parlaqlığı sönər.
- Göz iki, qulaq iki, ağzımız isə təkdir. Çox görüb, çox dinləyib, az danışmaq gərəkdir.
- Gözəl əxlaqa və saleh əmələ adət et ki, Allahın hüzurunda utanmayasan.
- Gözəli gözəl edən ədəbdir, ədəb gözəli sevməyə səbəbdir.
- Gözəllik baxdığın şeydə deyil, baxışda olmalı. Üz, gözün gördüyü deyil, könül gözüylə gördüyündür gözəl olan.
- Gözlərini tik, qoy ürəyin göz olsun.
- Gözünə görüş gücü verdimi, gözündə bu aləm kimi yüzlərlə aləm peydahlanar. Sənə görə bu dünya çox böyükdür, sonsuzdur, amma bil ki, Allahın gücünə qarşı bir zərrə belə deyildir.
- Gözünüzü açıb Qurana baxın. Allah kəlamı olan Quranın bütün ayələri ədəb öyrədir.
- Gözyaşının belə vəzifəsi varıymış.. Ardından gələcək gülümsəmə üçün təmizlik edərmiş.
- Gülü gülənə ver. Qəlbini sevənə ver. Sevmək gözəl şey, sevməsini bilənə ver.
- Günah etdiyin zaman dərhal tövbə et. İnsan suya düşdüyü üçün deyil, sudan çıxa bilmədiyi üçün boğulur.
- Günəşin varlığına dəlil yenə günəşdir; dəlil axtarırsansa, günəşdən üz çevirmə.
- Günün adamı olmağa çalışma, həqiqətin adamı olmağa çalış. Çünki gün dəyişər, həqiqət dəyişməz.
H
[redaktə]- Hamının bildiyi kimi, güzgüdə hər şey tərsinədir, ancaq biz güzgüsüz özümüzü heç vaxt görə bilməzdik.
- Harada axan göz yaşı varsa, oraya rəhmət gələr.
- Harada axar su varsa, orada yaşıllıq vardır… Harada qardaşlıq olarsa, orada mərhəmət olar.
- Həqiqət Allahın əlində bir güzgü idi. Düşdü, parçalandı. Hamı ondan bir parça götürdü və ona baxıb həqiqətin onlarda olduğunu düşündülər.
- Hər bir kəsin içində öz doğuluşunu gözləyən İsa Məsih var.
- Hər hansı bir insan vaxtını necə keçirəcəyini, üstün bir insan isə vaxtına necə qənaət edəcəyini düşünər.
- Hər kəs eyni fikirdədirsə, heç kim kifayət qədər düşünmür deməkdir.
- Hər kəs günəşi görə bilsəydi, günəşin işıqlarına dəlalət edən ulduzlara nə ehtiyac vardı?
- Hər meyvənin içi qabığından yaxşıdır. Sən də bu bədəni qabıq, o qəlbdə yer verdiyin dostu, sevgilini iç olaraq bil. İnsanda çox gözəl bir iç, bir cövhər vardır ki, o da Allahın insana üfürdüyü ruhdur. Əgər həqiqətən insansansa, insan olmaq istəyisənsənsə, Allahın sənə verdiyi o cövhəri sən də axtar! Onu tapmağa çalış![3]
- Hər şey incəlikdən, insan qalınlıqdan qırılır.
- Hər şeyi itirdim, amma özümü tapdım.
- Həyat bir nəfəsdir — aldığın qədər. Həyat bir qəfəsdir — qaldığın qədər. Həyat bir həvəsdir — daddığın qədər.
- Hirs ilə istək, insanı çəpgöz edər; Canı doğruluqdan ayırar. Kin gəldimi hünər örtülər; Könüldən yüzlərlə pərdə gələr də gözün önünə çəkilər.
- Hirs külək kimidir, bir müddət sonra dayanır; amma bir çox budaq qırılmışdır artıq.
- Hisslər ağılın əsiridir. Lakin onu bil ki, ağıl da ruhun əsiridir.
X
[redaktə]- Xalçanı çubuqla vuran adamın məqsədi xalçanı döymək deyil, tozunu təmizləməkdir. Allah sizə problem verməklə tozunuzu və kirinizi alır. Niyə kədərlənirsiz?
- Xoş o insanın halına ki, yoldaşı həsəd deyil.
- Xoş o şəxsin halına ki, gənclik çağını qənimət bilib Allaha borcunu ödəyər.
- Xoşbəxtliyi səndə tapan sənindir. Qalan hər kəs həyatında yalnızca bir qonaqdır.
İ
[redaktə]- İçdəki kiri su yox, göz yaşı yuyar.[4]
- İçində nur olmayana kənardan verilən tövsiyə fayda verməz.
- İdrakı ola bilən üçün bu yerlərin – göylərin hamısı sözdür.
- İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi? Görmürsən deyə bu dünya yoxdurmu? Bax Rəbbim də belədir.
- İki şeyi unut; etdiyin yaxşılığı və sənə edilən pisliyi. İki şeyi unutma; Allahı və ölümü.
- İncə söz iti qılınca bənəzəyər: qalxanın yoxdursa geri çəkil.
- İnsan ancaq çalışdığını qazanır.
- İnsan böyük bir varlıqdır və içində hər şey yazılıdır. Lakin qaranlıqlar və pərdələr qoymur ki, öz içindəkiləri oxusun.
- İnsan, əslində, gözdən ibarətdir, geridə qalan cəsəddir. Göz yalnız əsl dostu görür.
- İnsan gözdür, görüşdür, qalanı isə ətdir. İnsanın gözü nəyi görürsə dəyəri o qədərdir.[5]
- İnsanda gözəl olan üzdür, üzdə gözəl olan gözdür. Amma insanı insan edən, ağızdan çıxan sözdür…
- İnsanı çox dil bilməsi deyil, könlün dilini bilməsi dəyərli edər.
- İnsanı ən qısa yolla tanıdan və keyfiyyətini göstərən dildir. Bu dil ruh qapısının pərdəsidir. Külək pərdəni qaldıranda evin içərisi bizə görünür. Dil deyilən ət parçasından çaylar kimi hikmət selləri axar. Könlü və sözü bir olmayan insanın yüz dili olsa belə o yenə dilsiz sayılar.
- İnsanın gözü nəyi görürsə, dəyəri də o qədərdir.
- İnsanlar günahları ilə öyünüb savablarıyla lağ edirlərsə, şeytan ürəklərində təvaf edir deməkdir.
- İnsanlar gördüm ki, üstündə libas yoxdur,
Libaslar gördüm ki, içində insan yoxdur.</poem> - İnsanları yaxşı tanıyın, hər insanı pis tanımayıb pisləməyin və hər insanı yaxşı bilib tərifləməyin.
- İnsanlardan mənimsədiyini yadından çıxart. Allahdan mənimsədiyin ol.
- İnsanoğlunun ədəbdən nəsibi yoxsa, insan deyil. Insan ilə heyvan arsındakı fərq ədəbdir …
K
[redaktə]- Kasıbam deyə nə üzülürsən! Ağlın başında və dəstəksiz ayaq üstə dura bilirsənsə, ən zəngin qul sənsən. Bilmirsənmi?
- Kədər sevginin yarasını təzə saxlayar. Yaramı da sevirəm, yarımı da…
- Kədərlənmə! Bir şey olmursa ya daha yaxşısı olacağı üçün, ya da həqiqətən də olmaması lazım olduğu üçün olmurdur.
- Kimsənin ümidini qırmayın, bəlkə də sahib olduğu tək şey odur…
- Kitablardan əvvəl özümüzü oxumağa çalışmalıyıq.
- Korlar bazarında ayna satma, karlar bazarında qəzəl atma.
- Könlü açıq olanların əlləri də açıq olur.
- Könül almağı bilməyənə ömür əmanət edilməz.
- Könül almağı bilməyənə ürək əmanət edilməz.
- Könül əhlinin elmi onları daşıyar, bədən əhlinin elmi isə özünü onlara daşıtdırar.
- Könül qazanmaq istəyirsənsə, sevgi toxumu ək. Cənnəti qazanmaq istəyirsənsə, yollara tikan səpmə.
- Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: Kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır.
- Küsmək və incimək üçün bəhanələr axtarmaq yerinə, sevmək və sevilmək üçün çarələr axtarın…
Q
[redaktə]- Qabığı qırılan sədəf sənə üzüntü verməsin, içində mirvari vardır.
- Qadını Allah bəzəmişdir. Allahın bəzədiyindən necə qaçmaq olar?
- Qalx və ya yıxıl amma – Əyilmə!
İtil, atıl, amma – Satılma! - Qanun çıraq kimidir: yolu işıqlandırır. Lampa olmadan irəli gedə bilməyəcəksiniz. Yola girəndə yerişin Yoldur. Məqsədinə çatdıqda isə bu, Həqiqətdir.
- Qapı açılar, yetər ki, sən döyməyi bacar. Nə vaxt? Bilmirəm. Sən o qapıda durmağı bacar.
- Qarğa gül bağçasında gəzməklə bülbül olmaz.
- Qəlb hiss etmirsə, qulaq eşidib neyləsin? Ürək istəmirsə, əl toxunub neyləsin?
- Qəlbimiz onun qədrini bilənlərə əmanətdir.
- Qənaətdən heç kim ölmədi, hirslə da heç kim padşah olmadı.
- Qəribədir, deyilmi? Ömür boyu özünə şah damarından daha yaxın olacaq birini axtarırsan.
- Qorxu Allahdan qorxusu olmayan üçündür.
- Qula bəla gəlməz haqq yazmayınca
Haqq bəla yazmaz qul almayınca,
Haqq quldan intiqamı qul ilə alar
Dini irfan bilməyən bunu qul etdi sanar. - Quru duanı burax, ağac istəyən toxum əkər.
M
[redaktə]- Meyvə turş belə olsa, yetişmədikdə ona xam deyərlər.
- Məhəbbət acı şeyləri şirinləşdirir; adi misi qızıla çevirir; məhəbbət dəyərsiz olanı təmizləyir; sevgi ilə ağrı sağalır; məhəbbət ölüləri dirildir; sevgi ilə padşah qul olur.
- Məlum olduğu kimi, güzgüdə hər şey tərsinədir, lakin güzgüsüz biz heç vaxt özümüzü görə bilməzdik.
- Məlumat, sərhədi olmayan bir dənizdir. Məlumat dinləyənsə, dənizlərə dalan bir dalgıçdır.
- Mən bu istək aləmində əxlaqdan daha yaxşı bir şey görmədim.
- Mən eşqi qısaca anlatdım, tamamilə anlatmadım. Əgər anlatsaydım, həm dodaqlar yanardı, həm də dil.
- Mən, insanlara faydam toxunsun deyə bu dünya zindanında qalmışım. Yoxsa həbsxana hara, mən hara? Kimin malını çalmışım?
- Mən öləndən sonra məni torpaqda deyil, bilikli insanların ürəyində axtarın.[6]
- Mən sağ olduğum müddətcə Quranın qulu, köləsiyəm. O seçkin Hz. Məhəmmədin yolunun tozuyam. ALLAHa və Cənabi Əhmədə tutun.
- Məni anlamaq üçün ayrılıq əzabı çəkmiş, qəlbi yaralanmış bir insan istəyirəm ki, iztirablarımı, dərdlərimi ona anladım.[7]
- Məni bir mən bilirəm, bir də yaradan. Mənə bir mən lazımam, bir də anlayan.
- Mənim şeirlərimə Allah məna verir.
- Məğlub olacağından qorxan, daim məğlub olar.
- Məsləhət verəcək insana yox, nümunə olacaq insana ehtiyac var.
- Minarədən düşənin parçaları tapılar, könüldən düşənin isə parçası da tapılmaz.
- Mühakimə etmək Şeytanın vərdişidir, insana o biriləri anlamağa imkan verməz.
N
[redaktə]- Nə qədər bilirsən bil, söylədiklərin qarşındakının anlaya bildiyi qədərdir.
- Nə qədər acıdır insanın təsəllini içkidə, qumarda axtarışı. Çoxmu çətin əlini səmaya qaldırıb Rəbbinə yalvarması?!
- Nə qədər insan gördüm ki, əynində libası yox,
Nə qədər libas gördüm ki, içində insan yox… - Nə vaxta qədər dünyanı zəbt edəcəm, varlığımla bu dünyanı dolduracam deyəcəksən? Dünya, başdan başa qarla dolsa da günəş bir baxdı mı, hərarətlə hamısını əridib gedər.
- Nəfs üçkünclü bir tikandır, nə vəziyyətdə qoyursan qoy, yenə sənə batacaqdır.
- Nitqi çox bəzəsən, məqsəddən uzaq düşərsən.
Ö
[redaktə]- Ölüm — yaradılmışın Yaradana qovuşmasıdır, şəbi-arus, yəni toy gecəsidir.
- Öləndən sonra məni torpaqda deyil, ariflərin qəlbində axtarın.
- Önəmli olan səni tamamlayacaq ruhu tapmaqdır. Hər peyğəmbərin verdiyi öyüd eynidir: "Sənə ayna olacaq insanı tap".
- Özünü nöqsan görən adam, yetkinləşməyə on atla qaçar. Özünü yetkin sanan isə bu zənni səbəbiylə Allaha çata bilməz.
P
[redaktə]- Parlaq günəş dan yerində durduqca işığı hər evə qonaq olar.
- Pis yaradılışlı adam Allaha yalvarmasın deyə Allah ona dərd-kədər verməz. Unutma fironun başı bir dəfə belə ağrımadı.
- Pulunu ver, könülünü ver, canını ver.. Amma sirrini vermə! Günlərini say, qazancını say, böyüklərini say, amma yerində sayma!
R
[redaktə]- Rəsm rəssamı necə anlaya bilər ki, ona bütün qüdrəti verən rəssamdır.
S
[redaktə]- Sanmasınlar yıxıldıq, sanmasınlar çökdük, bir başqa bahar üçün yalnız yarpaq tökdük.
- Sayılı ömürü Allaha versən, saysız və əbədi həyat əldə edərsən.
- Sev səni sevəni dağda çoban olsa da, sevmə səni sevməyəni misirdə sultan olsa da!
- Sevənlə seviləni ayrı varlıqlar sanırdım.
Məgər onlar bir imişlər. Mənsə biri iki görmüşəm. - Sevgi ağrısı daşımayan ürək ya dəliyə aiddir, ya da ölüyə.
- Sevgi başlanğıcı və sonu olmayan bir okeandır.
- Sevgi çatışmazlığı sosial böhranların, mübarizə mühitinin ən güclü səbəbidir. Bunu müalicə etməyin ən yaxşı yolu SEVGİ axtarmaq, yaşamaq və tətbiq etməkdir. Dözümlü olsanız sevəcəksiniz. Seviləcəksiniz. Bu yolda səy göstərsəniz istəyinizə çatarsınız.
- Sevgi hər şeydədir, amma heç bir şeydə görünmür. Qarğalar gülüstanı zəbt etdikdə bülbüllər susarlar.
- Sevgi qızıl deyil, gizlədilməz. Sevginin bütün sirləri meydandadır.
- Sevgi məhkəməyə bənzəyir, əzab çəkməksə şahidə. Şahidin yoxdursa, məhkəmədə qalib gələ bilmərsən.
- Sevgi uçurumdan yıxılmaq kimidir, buna görə də sevgiliyə "yar" deyilir.
- Sevgi və şəfqət insanlığın məhək daşıdır.
- Sevgilimin (Allahın) istədikləri mənim bütün qəm-qüssəmi, kədərimi yoxa çıxartdı.
- Sevginin yolunu ağılla axtarmaq günəşi çıraqla axtarmaqla eynidir.
- Sevmək və sevilmək gözəldir. Sevib sevilməməkəsə ölüm qədər acıdır.
- Səbr dəmir qalxandır.
- Səbr sevinc açarıdır.
- Səhvi özündə axtaran doğrunu ürəyində tapar.
- Sən bildiyindən də çox köməyə möhtacsan.
- Sən bir şeylər verdikcə dost görünən çox olar. Bir də sən istə gör, hamısı birdən yox olar!
- Sən çiçək olub ətrafa gözəllik bəşx etsən, torpaq olub səni başının üstündə saxlayan tapılar.
- Sən nə qədər bilirsən-bil, sənin bildiyin qarşındakının anladığı qədərdir.
- Sən tək deyilsən. Allah səninlədir. Sənə görə döyüşənlər var.
- Sən təkcə sən deyilsən; sən mənimsən, sən mənimsən, mən sənəm.
- Sən uzatdığın əlini tutmayan ələmi inciksən? Tutmayacaq bir ələ uzatdığın üçün özünəmi hirslisən?
- Sən yerdə olanlara mərhəmət et ki, göydə olanlar da sənə mərhəmət etsin. Səndən aşağıda olanın halına acı ki, səndən üstün olan da sənə acısın.
- Sən verdikcə dost görünən çox olar. Bir də sən istə gör; Hamısı birdən yox olar.
- Səsini deyil, sözünü yüksəlt! Yağışlardır yarpaqları böyüdən, göy gurultuları deyil.
- Sufi bu günün övladıdır. Yolda bir kəs "sabah" sözünü dilə gətirməz.
- Süddən çıxanda bütün qaşıqlar ağdır. Əhəmiyyətli olan, içindən çıxdığın südü ağ buraxmaqdır.
Ş
[redaktə]- Şahin kimi həvəsli ol, şanlı ovla. Bəbir kimi möhtəşəm ol, qalib gəlmək üçün mübarizə apar. Bülbüllər və tovuz quşları ilə daha az vaxt keçirin. Biri danışıq, digəri isə yalnız rəngdir.
- Şam olmaq asan deyil. Işıq saçmaq üçün öncə yanmaq gərək.
T
[redaktə]- Təklik Allaha məxsus, hər canlı bir yoldaş axtarar, Daşın ürəyi yox, amma onu belə yosun sarar.
- Təkliyin ən pisi, anlamayanların arasında qalmaqdır.
- Torpaq əmindir; Ona nə əkərsən xainlik etməz, onu biçərsən. Yaz fəsli, Allah fərmanını gətirmədikcə torpaq gizli şeyləri meydana çıxarmaz.
- Tovuzquşunun da düşməni ayaqlarıdır. Neçə padşah vardır ki gücü qüvvəti öldürmüşdür onu.
- Tutalım, Əlinin Zülfüqarı sənə miras qaldı. Səndə Əlinin qolu və qəlbi yoxdursa, Zülfüqar nəyinə gərək?
U
[redaktə]- Uğrunda fədakarlıq etmədiyin sevgini boşuna ürəyində daşıyıb da yük etmə.
- Ulu bir insanın süfrəsi başında, ona qarşı pis gümanda olmaq, hərisliyə cəhd etmək bir təhqirdir.
- Unutma, bir sirr kimi sevirsənsə, muradına çatarsan, çünki toxum torpaqda gizlənəndə cücərir.
- Unutma ki; insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.
- Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi?
Ü
[redaktə]- Ümidini yıxma; Yusufu (ə.s) xatırla. Ayağın qırıldı deyə kədərlənmə. Allah sənə bəlkə qanad verəcək. Quyu dibində qaldın deyə üzülmə, bəlkə oradan belə bir qapı açılar. Yusuf (ə.s) quyudan sultan oldu.
- Ürək dəniz, dilsə sahildir. Dənizdə nə varsa, sahilə vurur.
- Ürək yorulduqda gözdən tər axır.
- Ürəyimi və ruhumu verməmin bir faydası yox, sən onsuz da bunlara sahibsən. Ona görə sənə bir ayna gətirdim. Özünə bax məni xatırla.
V
[redaktə]- Vaxt azalır, qidalı su axıb qurtarmaq üzrədir. Onu, bölünüb pərən-pərən olmamışdan iç.
- Vaxtından əvvəl ağacdan qoparılmış meyvə nə qədər saxlasan da yetişməz.
- Vəzifəsini tam yerinə yetirməmiş insanın vicdan yarasına nə üzrün çarəsi, nə də dərmanın şəfası çarə olmaz.
Y
[redaktə]- Yaxşı ki, cahillər kitab oxumurlar. Yoxsa kitab nüfuzdan düşərdi.
- Yaxşıları axtar, həqiqəti axtar, gözəlləri axtar, lakin günah axtarma.
- Yağ ayran içində gizli olduğu kimi, doğruluğun cövhərində də yalan gizlidir.
- Yaxşını axtar, gözəli axtar, doğrunu axtar. Amma qüsuru axtarma.
- Yaşamaq müqavimət göstərməkdir. Sevmək güvənməkdir. Bunu unutma, insan çox vaxt dünyanın hakimi, bəzən də kiçik bir ürəyin əsiridir.
- Ya olduğun kimi görün, ya da göründüyün kimi ol.
- Yarla xoş dolanan bir kimsə, yarsız qalmaz… Ay, gecədən ürkmədiyi, qaranlığından qaçmadığı üçündür ki, nurlandı… Gül o gözəl qoxunu, tikanla xoş dolanmaqla qazandı …
- Yumşaq ipəyi iti qılınc da kəsmir.
- Yüz adamın içində aşiq, göydə ulduzlar arasında parıldayan ay kimi müəyyən olar.
Z
[redaktə]- Zahirdən işıq qaynağı olmasa, gözlər rəngləri ayırd edə bilməz.
Mənbə
[redaktə]- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
- Muxtar Səfərov. "Eşq pərvanəsi Mövlana Cəlaləddin Rumi". Bakı, 2007.
İstinadlar
[redaktə]- ↑ [1] O dahilər qadınları belə təhqir edirdilər.
- ↑ Aforizmlər. Bakı, 2013. səh.17
- ↑ [2] N. Zamanov. Aşıq Şəmşir yaradıcılığında Fəlsəfi fikirlər. Bakı,2018
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.160
- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
- ↑ Xəzinə. Bakı, 1997, səh.77
- ↑ Aforizmlər. Bakı, 2013. səh.19