Məzmuna keç

Pablo Neruda

Pablo Neruda
Doğum tarixi 12 iyul 1904
Doğum yeri Parral
Vəfat tarixi 23 sentyabr 1973
Vəfat yeri Santyaqo
Dəfn yeri Isla Negra
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adını eşidincə deyil, yanında başqa bir ad eşidincə yanar əslində canınız …
  • Baharın albalı ağacları ilə nə etdiyini sizinlə etmək istəyirəm.
  • Bir qadın, söyləyəcək çox şeyi olduğu halda susursa, kişi artıq bütün şansını itirmişdir.
  • Bitən sevgidən sonra bir başqasıyla başlayan şeyin adı əlaqə yox, ziddiyyətdir.
  • Biz şairlər nifrətə nifrət edirik və savaşa qarşı savaşırıq.
  • Bu gecə onu sevdiyim ən kədərli sətirləri yaza bilərəm və bəzən o da məni sevirdi.
  • Bütün çiçəkləri qopara bilərlər, amma yenə də baharın gəlməsinə əsla əngəl ola bilməzlər.
  • Eşq nə qədər qısa və unutmaq nə qədər uzundur.
  • Əsla eşq acısı çəkən birinə aşiq olmayın. O adam yaralıdır və yara bantı kimi sizi istifadə edər.
  • Əslində qadın kişinin onu bəyənən baxışlarından çox, həmcinsinin qısqanclıq dolu baxışlarını görəndə gözəl olduğuna əmin olur.
  • Əvvəllər xəyallarımız vardı, gerçəkləşdirməyi umduğumuz. İndi gerçəkləşdirmək bir yana, uma bilmək ən böyük xəyalımız oldu.
  • Heç sevmədiyi halda niyə həmişə dəyərli olur çıxıb gedən və niyə heç düşünmədən təslim olur qəlbin o səni heç sevməmişkən.
  • Heç vaxt eşq əzabı çəkən birinə aşiq olmayın. O insan yaralıdır və yara sarğısı olaraq sizdən istifadə edəcək.
  • Həqiqət ölüb və heç kim ona yas tutmur.
  • Həyatda heç bir zaman başqasına bütün varlığınla güvənmə, çünki heç kim sənə bütün vaqlığı ilə görünməz.
  • Göz yaşım qədər dəyərlisən, amma necə ki göz yaşlarımdan gözümdən düşdüsə, indi sən də eləsən.
  • İnsan çata bilmədiyi hər şeyin dəlisi, çata bildiyi hər şeyin nankorudur.
  • İnsanlar səninlə danışmadıqda arxanca danışarlar.
  • İnsanlarla üz-üzə danışaraq hər problemini həll edə bilərsən. Amma bəzi insanlar gəlir qarşına, hansı üzünə danışacağını bilmirsən.
  • Qəlbi qırdıqdan sonra gələn üzr, doyandan sonra süfrəyə gələn duz kimidir; "ehtiyac" qalmaz.
  • Mən səni, kölgə ilə ruh arasında, gizli şəkildə seviləcək qaranlıq şeylər kimi sevirəm.
  • Mən səni necə, nə vaxt və ya haradan bilmədən sevirəm. Mən səni sadəcə olaraq, problemsiz və qürursuz sevirəm: Səni bu şəkildə sevirəm, çünki bundan başqa sevmənin başqa bir yolunu bilmirəm, nə mən, nə də sən, o qədər yaxınsan ki, sinəmdəki əlin mənim əlimdir, o qədər yaxındır ki, mən yuxuya gedəndə gözləriniz yumulur.
  • Sevgi çox qısadır, unutmaq çox uzundur.
  • Səni sevdiyimi sevmədiyim zaman anlayacaqsan.
  • Sırf birsi "Gecən xeyrə" demədiyi üçün xeyir keçməyən gecələr var.
  • Şair hər şeydən əvvəl yaşadığı cəmiyyətin problemlərinə, getdikcə bütün dünyaya qarşı cavabdehdir.
  • Ürəyi qırdıqdan sonra gələn üzr, doyduqdan sonra süfrəyə gələn duz kimidir. Ehtiyac qalmaz.
  • Yaxşı, indi yavaş-yavaş məni sevməyi dayandırsan, mən də yavaş-yavaş səni sevməyi dayandıracağam, birdən məni unutsan, məni axtarma, çünki mən səni artıq unutmuşam. Həyatım boyu və köklərim olduğu ürəyin sahilində məni tərk etməyə qərar verdin. Yadda saxla ki, o gün, o saat, qollarımı qaldıracağam və köklərim başqa bir ölkə axtarmağa gedəcək.
  • Yalnızlığa uduzmamaq üçün tez-tez xəyallar qurulur, amma əslində nəyin xəyalını qurursan qur, yalnızlıq hər xəyalın sonudur.

İstinadlar

[redaktə]