Sədi
Vikisitat saytından
- Bir cahil üçün ən yaxşı şey susmaqdır. Nə var ki, bunu bilsəydi, onsuz da cahil olmazdı.
- Bir şəhəri əhatə etdiyin və rəhbərliyi keçirdiyin zaman xalqa əvvəlkindən daha yaxşı davran.
- Başındakının dəyərini bilməyən, ona nankorluq edəndən xeyr gəlməz. Onun sözünə və andına inanmaq olmaz.
- Dostlarına qarşı belə oyanıq olmalısan. O zaman düşmənindən də əmin ola bilərsən.
- Düşmənin ölkəsini əhatə edib fəth etdiyin zaman asayiş və təhlükəsizlik işlərində oranın həbsxanalarındakı məhbusları vəzifələndir. Onların ürəkləri ağrılıdır. Zülmə keçid verməzlər.
- Düşmənin yaxınlarından biri sənə dostluq əlini uzada bilər, bunu məmnunluqla qarşıla.
- Düşmənin dostu düşməndir, unutma.
- Elmi bələkdən qəbrədək öyrənmək lazımdır.
- Əmrindəkiləri bağışlamağı bilməyənlər, bir gün bu insanların əfvinə möhtac olarlar.
- Hər kəsin quldur ola biləcəyini düşünən kimsə, kisəsindəki incini asan asan oğurlatmaz.
- Xalqın sevgi və etibarını qazansan düşməni həqiqətən məğlub etmisən deməkdir.
- İki adam öldü və dünyadan həsrət getdi: biri yığdı yemədi, digəri bildi eləmədi.
- İnsan ruhunu iki şey qaraldar: susulacaq yerdə danışmaq və danışılacaq yerdə susmaq.
- Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər.
- Hər kəsin quldur ola biləcəyini düşünən kimsə, kisəsindəki incini asan asan oğurlatmaz.
- Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır.
- On dərviş bir kilimdə yatarkən iki padşah bir dünyaya sığmaz.
- Sənə dedim: Saqın, dəryaya çıxma, indi ki, çıxmısan ürəyini tufanlara tapşır.
- Tac və taxt keçicidir. Keçmişlərin yaxşılıqlarını an ki, sənin də adını gələcəkdə ansınlar.
- Yer üzündə heç bir Hüma quşu qalmasa da, kimsə bayquşun kölgəsinə sığınmaz.