Səfil



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

B[redaktə]

  • Bəyan edirəm ki, mütaliədən daha böyük həzz yoxdur! Kitabdan savayı hər şey daha tez bezdirir insanı. Öz evim olanda əla kitabxanam olmasa özümü səfil biri kimi hiss edərəm. Qürur və qərəz
  • Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
  • Bir zamanlar çox sevdiyi və çox sevildiyi üçün çarmıxa çəkilmiş bir adam vardı. Bəlkə çox qəribə gələcək sizə amma dünən onu üç dəfə gördüm. Birincidə bir fahişəni həbs etməsinlər deyə polislə danışırdı, ikinci dəfə görəndə səfilin biri ilə şərab içirdi. Və üçüncüdə onu kilsədə gördüm, bir kilsə xidmətçisi ilə yumruqlaşırdı. Cübran Xəlil Cübran

İ[redaktə]

  • İnsan əşyaya və başqa insanlara qarşı düşüncələrini dəyişdikcə əşyalar və başqa insanlar da ona qarşı hallarını dəyişdirdiyini görəcək. İnsan düşüncələrini köklü bir surətdə dəyişdirərsə, həyatın maddi şərtlərində də neçə tez bir dəyişiklik etdiyini görərək məəttəl qalacaq. Gələcəyimizi formalaşdıran güc öz içimizdədir. İnsan ancaq düşüncələrini yüksəltməklə yüksəlir, qalib olur, uğura nail olur. Lakin düşüncələrini yüksəltmək istəməzsə, zəif, düşkün və səfil qalar. [1] Ceyms Allen
  • İnsanların ən bədbəxti digər insanları səfil etməklə xoşbəxt olacağını zənn edən insandır. Fransua Fenelon

Q[redaktə]

  • Qadın səfil olarsa, alçalar bəşər. Tofiq Fikrət
  • Qəhr olsun səfil əsarət! Yaşasın şanlı və gözəl ölüm! Şeyx Şamil

T[redaktə]

  • Tənbəllik ölümün kiçik qardaşı, səfillik isə həyatın böyük düşmənidir. Namiq Kamal
  • Tərbiyə bir milləti ya hürr, müstəqil, şanlı, ali bir cəmiyyət halında yaşadır, ya da onu əsarət və səfillik içərisində qoyur. Mustafa Kamal Atatürk
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.112