Salvador Dali
Vikisitat saytından
- Əziyyət çəkəndə əylənirəm. Bu mənim köhnə adətimdir.
- Qadını bütün qəlbinlə sevməyə dəyməz. Amma sevməmək alınmır.
- Mənim əsərlərim - həyat və qidadır, ət və qandır. Onlarda nə ağıl, nə də ki hiss axtarmayın.
- Mən axtarmıram, mən - tapıram.
- Mən narkotik qəbul etmirəm. Mən özüm narkotikəm.
- Mən bilirdim ki, böyük imtahan saatı yaxınlaşır, böyük sevgi imtahanı saatı...
- Mənimlə ağıldankəm arasında 1 fərq var: ağıldankəm düşünür ki ağlı başındadır, amma mən bilirəm ki ağlım başımda deyil.
- Mən həmişə başqalarının görmədiklərini görmüşəm, amma başqalarının gördüklərini heç vaxt görməmişəm.
- Mən elə ancaq öz rəsmlərimi korlamaqla məşğulam. Və sonra deyirəm ki “istədiyimi etdim”.
- Nə yediyimi bilirəm, amma nə etdiyimi bilmirəm.
- Ölüm mənim köhnə dostumdur. İstisna deyildir ki o gələndə ona deyəcəm ki: "Oturun, dincəlin! Bəlkə şampan içək?”Axı mən ürəyimin dərinliyində qorxağam.
- Taleyə 2 şeyə görə minnətdaram: 1-ci ona görə ki ispanam, 2-ci ona görə ki Salvador Daliyəm.
- Yalnız axmaqlar elə bilirlər ki, mən özüm də başqalarına verdiyim məsləhətlərə əməl edirəm. Nə münasibətlə? Axı mən başqalarına qətiyyən oxşamıram.