Çingiz xan
Görünüş
(Çingizxan səhifəsindən yönləndirilmişdir)
Çingiz xan | |||
Doğum tarixi | 31 may 1162 | ||
Doğum yeri | Delüün Boldog | ||
Vəfat tarixi | 18 avqust 1227, 25 avqust 1227 | ||
Vəfat yeri | Yinchuan | ||
Dəfn yeri | naməlum dəyər | ||
|
Çingiz Xan (01.01.1155–25.08.1227) – Ayrı-ayrı monqol tayfalarını birləşdirmiş, Çinə, Orta Asiya, Qafqaz və Şərqi Avropaya monqolların istila yürüşlərini təşkil etmiş, Monqol imperiyasının yaradıcısı və birinci böyük xanı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağrı və əzab- bu, günahkar və əxlaqsız insanlara Tanrının göndərdiyi cəzadır. Bu günahları dadmayınca, ruha və vücuda ən böyük əzab verə biləcək cəzanın da dadını bilməzsiniz.
- Alkoqol yalnız ağılsızlıq, qorxaqlıq, viranlıq və pis əxlaq vəd edir.
- At belində dünyanı fəth etməyə nə var ki?! Enib dünyanı idarə etmək çətindir.
Ç
[redaktə]- Çaqqallar arasında birinci olmaqdansa, canavarlar arasında axırıncı olmaq daha yaxşıdır.
- Çətin günlər güclü insanlar yaradır. Güclü insanlar asan vaxtlar doğurur. Asan vaxtlar zəif insanlar yetişdirir. Zəif insanlar çətin günlər doğurur.
D
[redaktə]- Düşmənlə qorxa-qorxa döyüşən döyüşçü, peyində eşələnən donuza bənzər. Döyüşçünün qarşısına yalnız qorxmaz insan çıxa bilər. Əks təqdirdə, nəticə gözlənildiyindən aşağı olacaqdır. Qorxduğun şeyin qulpundan yapışmaq lazım deyil.
E
[redaktə]- Edirsənsə — qorxma, qorxursansa — etmə.
- Ey insanlar, bilin ki, siz böyük günahlar etmisiniz və bu günahları sizdən böyüklər də etmişlər. Məndən soruşsanız ki, bu sözlərimə nə dəlil var, deyirəm ki, mən Allahın cəzasıyam. Əgər böyük günahlar etməsəydiniz, Allah mənim kimi bir əzabı sizə göndərməzdi.
Ə
[redaktə]- Əhali arasında balaca buzov kimi təvazökar olun, müharibə zamanı isə döyüşə şahin quşu kimi atılın.
F
[redaktə]- Fəzilətli insan Tanrıya bənzər insandır. Fəzilət daşıyan, amma öz eqosunun şıltaqlıqlarına göz yuman insan gözəldir. Amma Tanrıya bənzər insanı haradan tapmaq olar? Ola bilər ki, yalnız gözəl olanla kifayətlənəsən?
G
[redaktə]- Görünməz olmaq məharəti müdafiə ilə bağlıdır!
H
[redaktə]- Heç vaxt borclu qalmamaq üçün sənə yaxşılıq edən insanı sağ buraxma.
- Həyatın gedişi bizi bəşəriyyətin bütün ali və aşağı hisslərini böyük bir axınla qarışdıran dalğa ilə əhatə edir. Amma bu axında özünüzü necə tapmaq olar və axtarmaq lazımdırmı?
İ
[redaktə]- İnsanları qürurlu etməyi bacar. Qürur onları axmaq edəcək və sən onlara qalib gələ biləcəksən…
K
[redaktə]- Kişi üçün ən böyük sevinc — bu, düşmənlərə qalib gəlmək, onları qabağına qatıb qovmaq, əmlaklarını almaq, yaxınlarının necə ağladığını görmək, atlarını minmək, qızlarını və arvadlarını isə kəniz etməkdir.
Q
[redaktə]- Qələbə imkanı yalnız hücumda olur!
- Qorxursansa etmə, edirsənsə qorxma, etmisənsə peşman olma…
M
[redaktə]- Məğlubların məhvi qalibin sakitliyidir.
- Mən Tanrının göndərdiyi cəzayam. Əgər siz ölümcül günah etməmisinizsə, Tanrı sizə mənim şəxsimdə cəza göndərməyəcək!
- Mənim iradəmlə qaldırılan, tünd qırmızı qürub çölü ilə naməlumluğa sürətlə hərəkət edən atlara, insan sifətlərinə, canlı axına baxdıqca düşünürəm: mən bu axının harasındayam?
S
[redaktə]- Səyahətdə yeni insanları görmək və dərk etməkdən, görmədiyin yerləri sevməkdən qiymətli şey yoxdur.
Ş
[redaktə]- Şərabda və araqda nə xeyir, nə ağıl, nə şücaət, nə xeyirxah davranış, nə də xeyirxah xasiyyət var.
Ü
[redaktə]- Üç müdrik insanın bəyəndiyi sözü istənilən yerdə təkrarlamaq olar. Əks təqdirdə, bu sözlərə güvənmək olmaz. Öz sözünü müdriklərin sözü ilə müqayisə et. Əgər sənin sözün müdrik sözü ilə üst-üstə düşürsə, bu sözü demək olar, əks təqdirdə isə demək lazım deyil!
Z
[redaktə]- Zorakılıq heç vaxt heç nəyi həll etmir.
İstinadlar
[redaktə]
|