Məzmuna keç

İncəsənət nədir. (Lev Tolstoyun əsəri)

Lev Tolstoy

İncəsənət nədir? - Görkəmli rus yazıçısı Lev Tolstoyun əsəri.

Əsərdən sitatlar

[redaktə]

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azğın sənət insanlar üçün anlaşılmaz ola bilər, amma yaxşı sənət hər zaman hamı üçün başa düşüləndir.
  • Bədii əsər hər hansı digər mənəvi fəaliyyətdən onunla fərqlənir ki, onun dili hamı üçün başa düşüləndir, fərq qoymadan hamıya sirayət edir.
  • Estetik nəzəriyyələr və bu elmin adı təxminən 150 il əvvəl yaranmışdır.
  • “Gözəl” deyiriksə, bu heç də obyektin yaxşı olması demək deyil.
  • Gözəlliyə təslim olduqca yaxşılıqdan uzaqlaşırıq.
  • Gözəlliyin bütün estetik tərifləri iki əsas baxışa gəlir: birincisi, gözəlliyin özlüyündə mövcud olan bir şey olması, mütləq kamilliyin - ideyanın, ruhun, iradənin, Tanrının təzahürlərindən biri olması, ikincisi isə gözəlliyin müəyyən bir şəxsi mənfəət məqsədi güdmədən aldığımız həzz növü.
  • Gözəlliyin obyektiv tərifi yoxdur.
  • İçimizdə şəhvət oyatmadan, bəyəndiyimizi gözəllik kimi tanıyırıq.
  • İncəsənət insanlar arasında ünsiyyət vasitələrindən biridir.
  • İncəsənətin məqsədi rəssamın yaşadığı hissləri insanlara sirayət etməkdir.
  • İnkişaf və təhsil səviyyəsindən asılı olmayaraq, incəsənət insanlara təsir göstərir.
  • Mən istedadı qabiliyyət adlandırıram: şifahi sənətdə öz fikirlərini və təəssüratlarını asanlıqla ifadə etmək və xarakterik detalları görmək və yadda saxlamaq.
  • Musiqi nə gözəl, nə də çirkin ola bilər.
  • Rus dilində "gözəllik" sözü ilə biz yalnız görmə qabiliyyətimizi sevindirən şeyi nəzərdə tuturuq.
  • Sənət nitqlə birlikdə ünsiyyət, deməli tərəqqi, yəni bəşəriyyətin kamilliyə doğru irəliləməsi vasitələrindən biridir.

Mənbə

[redaktə]
  • Толстой Л. Н. Полное собрание сочинений: В 90 тт. Т. 30. М.: Художественная литература, 1951. 606 с.

İstinadlar

[redaktə]