Məzmuna keç

İsgəndər bəy Münşi

İsgəndər bəy Münşi
Doğum tarixi 1560
Doğum yeri Təbriz
Vəfat tarixi 1634
Vəfat yeri Təbriz
Vikipediya məqaləsi

İsgəndər bəy MünşiSəfəvi[1] tarixçisi, şairxəttat.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Əllamə Təkəli Səfəvi məmləkətinin ən gözəli olan (Azərbaycanı) rum sultanının nəzərində elə gözəl bəzəmişdi (tərifləmişdi) ki, sultan bircə gün də olsun bu arzudan yayına bilmir, bircə gecə də olsun onu ağuşa almaq xəyalından yuxuya gedə bilmirdi. Bu arzu (sultanı)nadan və haqtanımaz Əlqas Mirzəni ağlının gödəkliyi və ondan da artıq nadan olan bir neçə nəfərin təhrikiylə hücuma keçməyə yönəltdi. Belə ki, Əlqas Mirzə onu böyüdən və cahanın ən adil adamlarından olan belə mehriban qardaşın (I Şah Təhmasibin) xidmətindən yayınıb Rum diyarına getdi. Sultan Süleyman onun vücudunu əcəm mülkünü fəth etmək yolunda qənimət və sərmayə bilərək, elə boş xəyala və yalan sözlərə uydu və cahil adamlar qoşununun başında durub, bu tərəfə yürüşə yollandı.
    • Dünyanı bəzəyən Abbasın tarixi kitabından.[2]
  • Sultan [Heydər] bu yuxunu gördükdən sonra başına şadimanlıq papağı qoyub o vaxtlarda dəbdə olan "Türkman papağı"nı on iki zolaqlı "Heydər papağı" ("tərəke-Heydəri") ilə əvəz etdi. Onun arxasınca gedən və ona itaət edən adamlar da o həzrətin əqidəsinə tabe (eqteda) oldular və bu xanədanın bütün üzvləri həmin dəyərli papağı başlarına qoymaqla başqa adamlardan seçildilər. Elə buna görə də, o şanşöhrətli adamlar "qızılbaş" ifadəsi ilə məşhur oldular.
    • Dünyanı bəzəyən Abbasın tarixi kitabından.[3]

İstinadlar

[redaktə]
  1. Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв. — Л., 1949. — С. 20.
  2. İsgəndər bəy Münşi Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" ("Tarixe aləmaraye Abbasi"). Bakı. "Şərq-Qərb". 2010. ISBN 978-9952-34-620-6 səh.154.
  3. İsgəndər bəy Münşi Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" ("Tarixe aləmaraye Abbasi"). Bakı. "Şərq-Qərb". 2010. ISBN 978-9952-34-620-6 səh.70.