Tarixçi
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Beləliklə, keçmişi iki yolla bilmək olardı; bir növ bilavasitə öz izlərini maddi dünyaya həkk edən zehnə, digəri isə bu cür obyektivləşdirmələr sayəsində idrak üçün əlçatan olan müəyyən bir şəxsin və ya qrupun şüuruna istinad edərdi; bu alternativ təkcə tarixçinin mövqeyindən deyil, həm də reallığın ən dərin strukturundan irəli gəlir. Raymond Aron
- Bu müzəffər xalqın (türklərin) yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır. Şarl Lui Monteskyö
M
[redaktə]- Müəyyən mənada bütün insanlar tarixçidirlər. Tomas Karleyl
T
[redaktə]- Tarix çox ciddi məsələ olduğundan onu yalnız tarixçilərə etibar etmək olmaz. Artur Makdonell
- Tarix təkrarlanmır - sadəcə olaraq tarixçilər bir-birlərini təkrar edirlər. Klement F. Rocers,
- Tarixçi hadisələri dəyişdirmədən, olduğu kimi göstərməyə çalışmalıdır. Volter
- Tarixçi keçmişə baxan peyğəmbərdir. Fidrix fon Şlegel
- Tarixçi olmaq üçün zamanda səyahət etmək lazım deyil. Ayzek Əzimov
- Tarixi tarixçilərə buraxın. (Fransa parlamentinə) Əli Babacan
- Tarixçilər əvvəlki tarixçilərin yazdıqlarını fakt kimi, onlara istinadla yazdıqlarını isə artıq sübut olunmuş həqiqət kimi qəbul edirlər. Bu isə elmin imitasiyasıdır. Tur Xander
- Tarixçilər heç kimin onlara vermədiyi suallara cavab verməyə davam edən karlar kimidirlər. Lev Tolstoy
- Tarixçilər keçmişi, ideoloqlar isə gələcəyi saxtalaşdırır. Jül Petan
- Tarixçilər öz müştərilərini yalnız onların ölümündən sonra müdafiə edən vəkillərdir. Harold Makmillan
- Tarixçilər üçün ilk qanun, həqiqət olmayanı dilə gətirməməkdir, ikinci doğru olan birn şeyi ört-basdır etməməkdir, bunlardan başqa, yazdığı bir şeydə tərəf güdməmək və kin bəsləməməkdir. Mark Tulli Siseron
- Tarixçinin bədxah xislətinin əlaməti hekayənin iki və ya daha çox variantının həmişə tarixi şəxsiyyəti daha qaranlıq işıqda təsvir edənə üstünlük vermək istəyidir. Plutarx
Y
[redaktə]- Yaxşı tarixçi... qorxmaz, pozulmamış, azad, həqiqətin və azadlığın dostu olmalıdır. O kəs ki, əncirə əncir, qayığa qayıq deyər, nə verməz, nə də heç nədən, xeyirxahlıqdan və ya düşmənçilikdən çəkinməz, mərhəmətdən, utancdan və peşmançılıqdan təsirlənməz. Ədalətli hakim... hamıya yad, heç bir ölkənin, yalnız öz qanunlarına bağlı olan, heç bir suverenliyi tanımayan, bu və ya digər insanın onun haqqında nə deyəcəyini heç düşünməyən, lakin hər şeyi olduğu kimi sədaqətlə izah edən. Lukian
- Yaxşı tarixçi o kəsdir ki, hər bir dövrün özünəməxsusluğunu, dövrlərin ardıcıllığını və nəhayət, bir və eyni tarixdən danışmağa imkan verən sabitləri hiss edir. Raymond Aron
- Yalançı tarixçiləri saxta pul kəsənlər kimi edam etmək lazımdır. Miqel de Servantes