Məzmuna keç

İskəndər Pala

İskəndər Pala
Doğum tarixi 8 iyun 1958
Doğum yeri Uşak
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

İskəndər Pala (8 iyun 1958) — türk professor, divan ədəbiyyatı tədqiqatçısı və yazıçı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Eşq iynəsiylə tikiləndə bir tikiş, qiyamətə qədər sökülməz imiş.
  • Ey Yar! Nə qədər uzaqlaşırsan uzaqlaş, ürəyimin dibinə qədər yolun var.
  • Hər göz yaşının fərqli mənası var idi. Hər damlanın hansı vaxtda, hansı yerdə və hansı şəxslə paylaşılması vacib idi. Göz yaşları çox şeyi şərh edirdi! Damlayanda, süzüləndə, axanda və ya qana çevriləndə həmişə fərqli mənalar daşıyırdı. Göz yaşları gizli hissləri üzə çıxaran məktublar kimi idi.
  • Kimiləri Gül dedi, ömür boyu güldülər. Kimiləri də Gül dedi, Gül uğrunda öldülər.
  • O yuxuna girəcəm deyə söz verdi. Neçə illər keçdi ki, bu sözə görə gözümə yuxu gəlmədi.
  • Səndən ötrü sevirəm səni, ey sevgilim… Elə ki, qısqanclığıma görə öz gözümlə də dost deyiləm…
  • Sevgi baxmaqla gözəlləşir, danışmaqla zənginləşir və toxunmaqla pisləşir.
  • Sevgi, sözün bir mənasında sarmaşıq deməkdir. Sarmaşıq bir ağacın hər tərəfini sarar, xarici dünya ilə əlaqəsini kəsər və sardığı ağacı qurudar, bir müddət sonra sevgi qucaqladığı insanı ətrafından çəkər və bir müddət sonra o da ağac kimi quruyar .. .

İstinadlar

[redaktə]