Şuşa

Vikisitat saytından
Şuşa şəhəri

Şuşa — Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində şəhər.

Şuşa haqqında sitatlar[redaktə]

Ş[redaktə]

  • Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycan­lılar üçün, vətənini, millətini sevən hər bir vətən­daşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Heydər Əliyev
  • Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır. [1]
    • R.Burter, İngilis səyyahı və alimi.
  • Şuşanın Azərbaycan tarixində xüsusi yeri var. Şuşa təkcə Azərbaycanın deyil, bütün Qafqazın incisidir. İlham Əliyev
  • Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur.Heydər Əliyev

Y[redaktə]

  • Yaşıl otlaqların bürüdüyü sıldırım dağ döşündə gözəl mənzərəli Şuşa şəhəri düşmüşdü. Onun gözəl təbiət mənzərələri hər il səyyahları özünə cəlb edir, yaşıllıqlara qərq olmuş dağların mülayim cizgiləri yolçuları valeh edir. Lakin Şuşadan alınan estetik təəssürat bununla qurtarmır. Burada Azərbaycanın başqa rayonlarına nisbətən musiqi daha çoxdur. Burada həmişə xalq mahnılarını, xanəndələri, çalğıçıları dinləmək və rəqslərə baxmaq olar. Şuşa uzun zamanlardan bəri musiqi mərkəzi kimi tanınmış və xalq musiqi istedadlarının tükənməz məktəbi kimi bütün Zaqafqaziyada şöhrət qazanmışdır. “Şuşa musiqiçiləri” Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin başqa ölkələrində təmsil etmişlər. [2]
    • V. Vinoqradov, akademik

Şuşa haqqında bayatılar[redaktə]


Şuşa qədim qaladı,
Dörd bir yanı taladı.
Sevgi şirin nemətdi,
Ayrı düşmək bəladı.

Şuşanın yolu fərman,
Torpağı gözə dərman.
Sənə bir məktub yazım,
Yarı dərd, yarı dərman.

Vikipediyada Şuşa haqqında məqalə var.

İstinadlar[redaktə]

  1. [1] ŞUŞA – Azərbaycanın incisi
  2. V. Vinoqradov. Uzeir Qadjibekov i Azerbajdjanskaya muzıka. M. 1938 səh. 9.