Ağıllı yaşama sənəti
Görünüş
Ağıllı yaşama sənəti |
---|
Ağıllı yaşama sənəti – Baltazar Qrasian tərəfindən 1647-ci ildə yazılmış aforizmlər kitabı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağılın yetkinliyi hər şeyə dərhal inanmamaqdan keçir.
- Ağıllı insanlar ümumiyyətlə səbirsiz olurlar, çünki bilikləri artdıqca ağılsızlara qarşı səbirsizliyi də artır.
B
[redaktə]- Bir çox insan özlərini ağıllı hesab etməsəydilər, əslində ağıllı ola bilərdilər.
C
[redaktə]- Cahil insan işıqsız bir dünyadır.
D
[redaktə]- Dünya səylərinizə əhəmiyyət vermir, sadəcə qazanıb və ya itirdiyin vacibdir.
Ə
[redaktə]- Ən güclü tərəfinizi bilin. Bu sizə doğuşdan bəxş olunan ən vacib yetənəkdir. Onu inkişaf elətdirsən, qalanı gələcək. Gücünü bilən insanın kamilliyə çatması labüddür. Hansı xüsusiyyətinizin daha üstün olduğunu tapın və bunun üçün məsuliyyət daşıyın.
H
[redaktə]- Heç kimə fayda verməmək böyük bir bədbəxtlik, başqa bir bədbəxtlik də hər kəsə fayda verməkdir.
- Həyatdan zövq alarkən yavaş olun, amma işləyərkən daha cəld olun. İnsanlar iş bitdikdə xoşbəxt olur, zövqlər qurtardıqda isə üzgün olur.
İ
[redaktə]- İnsana hər şeyin ən köhnəsi ən yaxşısıymış kimi gəlir. Əlçatmaz olan hər şey daha qiymətlidir.
- İnsanın həyatdakı ən böyük dərslərindən biri özünü necə cilovlamaq lazım olduğunu bilməsi və daha vacib olanı özünü bəzi işlərdən və insanlardan uzaq tutmağı bilməsidir
- İstedadınızı hamının gözü qarşısında göstərmək məcburiyyətində deyilsiniz. Çox güc istifadə etməyin. Artıq güc və ya məlumat xərcləməsinə icazə verməyin. Bu gün çox şey göstərsən, sabaha heç nə qalmaz. Bir küncdə hər zaman hər kəsi valeh edə biləcək bir bacarığınız olsun.
Q
[redaktə]- Qeyri-adi bir mükəmməlliyə çatsanız da, münasibətlərdə sadəlik göstərin. Bir şam nə qədər işıq verirsə, o qədər tez əriyir və enerjisi tükənir.
Ö
[redaktə]- Özünüzü tanıyın. Bacarıqlarınızı, qabiliyyətlərinizi, qərarlarınızı və meyllərinizi dəqiq qiymətləndirin. Özünüzü tanımırsınızsa, idarə edə bilməzsiniz. Güzgülər üzünüzü göstərə bilsə də, beyninizdə olanı göstərə bilməz. İcazə verin özünüz haqqında dərin düşüncələriniz sizi güzgü olsun. Xarici görünüşünüz unudulduqda, onu inkişaf etdirmək və mükəmməlləşdirmək üçün içəridə olana sarılın. Ağılınızın gücü və hər şeyi idarə etmək qabiliyyətinizi öyrənin. Lazım olduqda göstərmək üçün cəsarətinizi sınayın. Hər şeyə qarşı təməllərinizi möhkəm qoyun, fikrinizi təmiz saxlayın.
S
[redaktə]- Sabah bir iş buraxmayan insan həmişə uzun bir yol keçəcəkdir.
Y
[redaktə]- Yalnız daha az tanınan insanların qüsurları az bilinir.