Məzmuna keç

Abort

Wikipedia logo
Wikipedia logo
Abort haqqında Vikipediyada məqalə var.
Doğulmamış uşaqlara abidə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Abortun əleyhinə çıxan qadınların çoxunun ilk növbədə sahibi olmaq istəmədiyiniz qadınlar olduğunu gördünüzmü? Təbiətdə belə bir tarazlıq var. Corc Karlin
  • Hər bir övladı Allah göndərir. Uşaq qız olduğu üçün abort etmək ən böyük günahdır. Necə qız övladının əleyhinə olmaq olar? Axı sənin anan da qız övladı olub. Uşağın cinsinə görə abort edənlər Allahsız insanlardır. Cabir İmanov
  • Mən əlbəttə ki, abortun tərəfdarıyam. Daha doğrusu, hər kəsin abort etdirməsini nəzərdə tutmuram, demək istəyirəm ki, mən qadının istədiyi təqdirdə abort etdirməyin mükəmməl mənəvi haqqının tərəfdarıyam. Düşünürəm ki, bu, qadının və onun həkiminin qərarıdır. Bu məsələ ilə bağlı Ali Məhkəmənin qərarı ilə razıyam. Ronald Reyqana qarşı çıxmağımın səbəblərindən biri də budur. Kapitalizmi və amerikanizmi müdafiə etdiyini iddia edən həmin oğlan aborta qarşı olduğunu bəyan edib. Əgər o, belə bir təməl hüquqa hörmət etmək iqtidarında deyilsə, heç bir hüququn müdafiəçisi ola bilməz. Ayn Rand
  • Mənim üçün abortda cinayət əlamətlərinin olduğu açıq və günəş kimi aydındır. Mahatma Qandi
  • Sadəcə daha gözəl və rahat həyat yaşamaq üçün bir körpənin həyatına son qoyurlar.
(Abort barədə fikrinin bildirməsi)
  • Şəxsi və dini inanclarımı əsas götürərək abortları qəbuledilməz doğuşa nəzarət forması hesab edirəm. Bundan əlavə, insan həyatının, doğulmamışların həyatı da daxil olmaqla, müqəddəs olduğuna dair şəxsi inancımla, hüdudsuz abort və ya tələbə görə abort təbliğini müdafiə edə bilmərəm. Çünki, şübhəsiz ki, doğulmamış uşaqların da qanunla tanınan, Birləşmiş Millətlər Təşkilatının təsdiq etdiyi prinsiplərlə tanınan hüquqları vardır. Riçard Nikson

İstinadlar

[redaktə]