Aleksandr Düma (oğul)
Görünüş
Aleksandr Düma (oğul) | |||
Doğum tarixi | 27 iyul 1824 | ||
Doğum yeri | former 2nd arrondissement of Paris | ||
Vəfat tarixi | 27 noyabr 1895 | ||
Vəfat yeri | Marli-le-Rua | ||
Dəfn yeri | Monmartr qəbiristanlığı | ||
|
Aleksandr Düma (oğul) (27.07.1824- 27.11.1895) - fransız dramaturqu və nasiri, Fransa Akademiyasının üzvü, Aleksandr Dümanın nikahdan kənar oğlu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adama ağır gələn odur ki, insan ağlının hüdudları var, insan axmaqlığı isə sonsuzdur.
- Allahın olmadığı sübut olunmayana qədər Allahı inkar etməyin.
- Anonim məktublar ona görə yaxşıdır ki, onlara cavab vermək lazım deyil.
B
[redaktə]- Belə şeyləri düşünmək olar, amma yazmaq yox.
- “Beləliklə, siz bütün həyatınızı 55 yaşlı kişi ilə yaşamağa razısınızmı?” – “Yox, yox! Onun bütün həyatı ilə”.
- Bizi böyük işlərə ruhlandıran qadın nə qədər tez-tez onları yerinə yetirməyə mane olur.
- Bütün səmimi hisslər sadəcə zəif ifa olunur.
E
[redaktə]- Elə insanlar var ki, bizə görə müflisləşir və heç nə almırlar. Elələri də var ki, bizi bir dəstə gülə alır.
- Evlilik əlaqələri o qədər ağırdır ki, onları yalnız iki, bəzən də üç nəfər daşıya bilər.
Ə
[redaktə]- Əgər kişilər qadın qəlbini tamamilə anlamırlarsa, qadın da kişi şərəfini anlamır.
- Əgər qızda etibarsızlıq yoxdursa, o silahsızdır.
- Əgər mənə aşiq olanların hamısına qulaq assaydım, nahar etməyə vaxtım çatmazdı.
- Əgər yalan danışdığını bilirsənsə, o zaman sənin üçün susmaq heç vaxt gec olmayacaq.
H
[redaktə]- Hansı qadının bəxş etməsindən asılı olmayaraq, əsl sevgi bizi həmişə yaxşı edir.
- Heç vaxt - çox uzun bir müddətdir!
- Həyat yoldaşımızı niyə də sevməyək? Başqa qadınları ki, sevirik.
- Hörmətsiz sevgi nə uzağa gedə, nə də yüksəyə qalxa bilməz. Çünki, o, tək qanadlı mələkdir.
İ
[redaktə]- İncəsənət ya təklik, ya ehtiyac, ya da ehtiras tələb edir.
- İnsanlar sevgiyə utancaqlıq, poeziya, özünü qurban vermə, fədakarlıq verdilər. Amma bununla yanaşı, ona ifratçılıq, məkrlik, pozğunluq, riyakarlıq kimi heç bir heyvanın vermədiyi şeylər də daxil etdilər.
K
[redaktə]- Kədərli olan qocalığın yaxınlaşması yox, gəncliyin uzaqlaşmasıdır.
- Kişilər, əlbəttə ki, nəyin onlara ağrı verə biləcəyini bilmək istəyirlər.
- Kommersiya? Bu çox sadədir. Bu, başqa insanların puludur.
Q
[redaktə]- Qadın kişini böyük işlərə həvəsləndirir, sonra isə onun həyata keçirilməsini çətinləşdirir.
- Qadından niyə ağladığını soruşmaq olar. Amma ondan heç vaxt niyə ağlayırdı soruşmayın. Çünki, o bunu xatırlamır.
- Qadının bir-birini tamamlaya biləcək iki cür sevgisi olur: ruhi və cismani sevgi.
- Qadınlar sevmədikləri kişilərə qarşı çox amansız olurlar.
- Qədim insanlar tacirlər və oğrular üçün ümumi bir allah müəyyən etməklə nə qədər haqlı imişlər.
- Qısqanclıq, başqalarından çox özünə pislik etmək sənətidir.
- Qısqanclıq başqasının üstünlüyündən qorxmaqdır.
M
[redaktə]- Maraqlı olan qadının sənə söylədiyi yox, söyləmədiyidir.
- Məktubda ifadə olunan sevgi təhlükəli, həm də faydasızdır.
- Mən atəş açdım, amma gülləm boşa çıxdı.
- Mən (qadın) darıxırdım. Ona görə də bu başlandı. O (kişi) məni darıxdırdı. Ona görə də bu sona çatdı.
- Mən şəkər qatılmış üzümü sevirəm. Çünki, şəkərsiz onun dadı yoxdur. Kameliyaları sevirəm. Çünki, onların iyi yoxdur. Mən bir də varlıları sevirəm. Çünki, onların ürəyi yoxdur.
- Mənim dostum, həyat çox valehedici bir şeydir. Hər şey ona hansı gözlə baxmağından asılıdır.
- Mübahisədə həmişə ağıllı olan günahkar olur.
- Müqəddəs İncilə görə, Allah qadını beşinci günün axşamı yaratmışdır. Aydındır ki, O artıq yorulmuşdu.
N
[redaktə]- Nahardan sonra üç kişini yalnız buraxın. Söhbətin qadınlardan gedəcəyinə və bu söhbəti kişilərdən ən yaşlısının başlayacağına əmin ola bilərsiniz.
- Necə adam olmalı? Əgər bunu istəmirsənsə, o zaman bundan çətin, istəyirsənsə, asan şey yoxdur.
- Nə qədər yaşamağımdan asılı olmayaraq, məni sevdiyinizdən çox yaşayacağam.
- Niyə uşaqlar adətən belə ağıllı olur, valideynlər isə yox? Görünür, ona görə ki, uşaqlar məktəbə gedirlər.
O
[redaktə]- Oxunan əsərin indisi, təkrar oxunan əsərin isə gələcəyi var.
P
[redaktə]- Pulu dəyərindən nə çox, nə də az qiymətləndir. Çünki, o yaxşı qulluqçu, pis ağadır.
S
[redaktə]- Sevgi fizikadır, evlilik kimya.
- Sevgi, iki cinsin çarpışmasıdır. İlk növbədə qadınlar, sonra isə kişilər qorunmalıdır. Məğlub olanın vay halına.
- Səbirsizliklə gözlədiyin cavab həmişə sən evdə olmayanda gəlir.
- Səma (Cənnət) heç vaxt günah etməyən yüz salehdən çox, tövbə edən bir günahkara daha çox sevinir.