Məzmuna keç

Alfred de Müsse

Alfred de Müsse
Doğum tarixi 11 dekabr 1810
Doğum yeri Paris
Vəfat tarixi 2 may 1857
Vəfat yeri Paris
Dəfn yeri Per-Laşez qəbiristanlığı, Grave of Alfred de Musset
Vikipediya məqaləsi

Alfred de Müsse (11 dekabr 1810, Paris, Fransa – ö. 2 may 1857, Paris, Fransa) — fransız yazıçısı, şairi, dramaturqu. Fransa Akademiyasının üzvü (1852).



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bağışlaya bilmirsinizsə, unutmağa çalışın.
  • Bəli, qadınlar, heç bir səhv yoxdur, sizə ölümcül bir güc verildi; Bir təbəssüm kifayətdir ki, yüksələsən və ya düşəsən.
  • Bir addım atmamışdan əvvəl iyirmi il tərəddüd edə bilərsiniz, amma artıq addım atıldığında geri çəkilə bilməzsiniz.
  • Bir qadına dünyanın ən gözəl gözlərinə sahib olduğunu söyləsəniz, o, ayaqlarının heç də pis olmadığını qeyd edər.
  • Böyük xatirələr zehnimizə kiçik qapılardan girir.
  • Böyük iztirablar qədər bizi yetkinləşdirən bir şey yoxdur.
  • Böyük sənətkarların vətəni yoxdur.
  • Dostlarını sevənlər həmişə işıqlı mühitdə yaşayırlar.
  • Əgər qadın imtina etmək istəyirsə, yox deyir. Bir qadın izahatlara girərsə, inandırmaq istəyir.
  • Əgər pisliyə inanırsansa, deməli bunu etmisən.
  • Ən qiymətli göz yaşları eşqin vergisidir.
  • Ən pis düşməninizin üzünüzə deyə biləcəyi bütün bəlalar, ən yaxşı dostlarınızın arxanızca sizin haqqınızda dedikləri ilə müqayisədə heç bir şey deyil.
  • Heç bir şey düşmənçilik hissi qədər sürətlə yüksəlmir.
  • Həyat yuxudur, sevgi isə bir xəyaldır.
  • İnsan bir şagird iztirablar isə onun müəllimidir. Bir insan iztirab çəkməyincə öz-özünü tanıya bilməz.
  • İş günləri! Onlar mənim yaşadığım yeganə günlərdir.
  • Qeyri-müəyyənlik bütün işgəncələrin ən şiddətlisidir.
  • Ömür yuxu, sevgi isə onun röyasıdır.
  • Nə vaxtsa sevmiş hər kəs bir çapıq daşıyır.
  • Rəssam tacirdir, sənət isə onun ticarətidir.
  • Sevdiyin zaman yoxluq və zaman heçdir.
  • Sevgi haqqında zarafat etməyin.
  • Şeir kədərlərin ən şirinidir.
  • Tez-tez əziyyət çəkmişəm, bəzən səhv etmişəm; amma sevdim. Mənim yaşadığım, qürurum və cansıxıcılığımla yaradılan qondarma bir varlıq deyil.
  • Yalnız özü üçün yaşayan insan pis yaşayır.

İstinadlar

[redaktə]