Andlar
Adın Əliyə and olsun.
Allaha and olsun.
Allah haqqı.
Allah, sənə and olsun.
Allahın adına and olsun.
Allahın birliyinə and olsun.
And olsun o bizi yaradan Allaha.
And olsun o bizi yoxdan yaradan Allaha.
And olsun Hüseynin nahaq tökülən qanına.
And olsun on iki imama.
And olsun yediyimız duz-çörəyə.
And olsun həqq-səlama.
And olsun Əlinin qəzəb oğlu Abbasa.
Atamın əziz canı üçün.
Atamın goru həqqi.
Atamın qəbrinə and olsun.
Balalarımın canına and olsun.
Balamın ölmüşünə.
Başına and olsun, başın üçün.
Bir balamın canı üçün.
Bu qibləyə and olsun.
Bu bərəkətə and olsun.
Bu bərəkət gözümüzü tutsun.
Canımdan xeyir görməyim.
Cavan canıma and olsun.
Çörək gözümü tutsun.
Çörək, sənə and olsun.
Çörəyə həsrət qalmış olum.
Çörəyi ayaxlamış olum.
Dayımın ruhuna and olsun.
Dədəmin goruna and olsun.
Dədəmin əziz canı üçün.
Dədəmin əziz başı üçün.
Dünyaya kor baxım.
Evim-eşiyim talansın.
Evimə-eşiyimə od düşsün.
Evimə salamət çatmayım.
Evimə-eşiyimə kor baxım.
Əbülfəzl Əbbas, sənə and olsun.
Əlinin zərbətlənən başına and olsun.
Əlinin həqq yoluna and olsun.
Əmdiyim o halal südə and olsun.
Əmimin əziz canı üçün.
Əziz canına and olsun.
Əzizlərimin canına and olsun.
Getdiyim beyitə and olsun.
Gözə görünməz Allaha and olsun.
Günü sabaha çıxmayım.
Həqiqətə and olsun.
Həzrət Abbas, sənə and olsun.
İki gözdən olum.
İnandığımıza and olsun.
İmanım yalan olsun.
İşığa kor baxım.
Qağamın qarasın geymiş olsun.
Qardaşımın əziz canı üçün.
Qardaşımın başı üçün.
Qıldığım namaza and olsun.
Qıldığım namaz belimdən vursun.
Qurana əl basım.
Quran həqqi.
Quran mənə qənim olsun.
Quran, sənə and olsun.
Quranı yandırmış olum.
Məscidi yıxmış olum.
Minbəri yandırmış olum.
Od-ocağa and olsun.
Oğlumun ölüsün görüm.
Oğlumun əziz canı üçün.
On iki imam haqqı.
O qiblə ərəbiyə and olsun.
Ölənlərimin göri həqqi.
Ölənlərimin ruhuna and olsun.
Öz canım üçün.
Özüm ölüm.
Səni and verirəm o Allaha.
Sənin başına and olsun.
Səni-məni yaradana and olsun.
Sənin o əziz canın üçün.
Şah çırağ, sənə and olsun.
Üzünə kor baxım.
Ürəyindəki niyyətə and olsun.
Yalan desəm axşama çıxmayım.
Yalan desəm, o bir balamın nəşini qucaqlayım.
Yalan desəm, bu işıqlı dünyaya kor baxım.
Yalan desəm canımdan xeyir görməyim.
Yalan desəm, dilim kəlmeyi-şəhadətə dönməsin.
Yalan desəm, dilim "La ilahə illəllah"a dönməsin.
Yalan desəm, Quran belimdən vursun.
Yalan desəm, Quran gözlərimi tutsun.
Yalan desəm, evimə sağ qayıtmayım.
Yalan desəm, ömrümdən xeyir görməyim.
Yalan desən, şirin canına mürüd olasan.
Yalan desən, dilin qurusun.
Yalan desən, canından çəkəsən.
Yalan desəm, Quran sənə qənim olsun.
Yalan desən, xoş günə həsrət qalasan.
Yaradan, sənə and olsun.
Yediyimiz duz-çörəyə and olsun.
Yeri-göyü yaradan bir Allaha and olsun
Mənbə
[redaktə]- Güney Azərbaycan folkloru. I cild. Bakı, 2013