Andrey Tarkovski

Vikisitat saytından
Andrey Tarkovski
Doğum tarixi 4 aprel 1932
Doğum yeri Zavrazhye
Vəfat tarixi 29 dekabr 1986
Vəfat yeri Paris
Dəfn yeri Sainte-Geneviève-des-Bois Russian Cemetery
Vikipediya məqaləsi
Sənətkar həmişə xidmətçidir və ona verilən hədiyyənin əvəzini sanki möcüzə kimi ödəməyə çalışır. Müasir insan isə heç bir fədakarlıq etmək istəmir, baxmayaraq ki, nəfsin həqiqi təsdiqi yalnız qurban verməklə ifadə oluna bilər.

Andrey Arsenyeviç Tarkovski (4 aprel 1932 – 29 dekabr 1986) - sovet kinorejissoru, ssenarist, film redaktoru, film nəzəriyyəçisi, teatr və opera rejissoru.

"Andrey Rublyov", "Solyaris", "Güzgü" və "Stalker", "Qurbanvermə" kimi filmlərin müəllifidir. O, özünün yeddi bədii filmindən beşini Sovet İttifaqında çəkmiş, son iki filmi isə İtaliya və İsveçdə istehsal olunmuşdur.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


D[redaktə]

Ə[redaktə]

Əgər mənimlə eyni dildə danışanlar varsa, niyə mən yad və uzaq insanların hansısa başqa bir qrupunun xatirinə onların maraqlarına məhəl qoymamalıyam?... Əgər siz onların zövqünü tənqidsiz qəbul edərək, tamaşaçıları razı salmağa çalışırsınızsa, bu, ancaq ola bilər, o deməkdir ki, onlara heç bir hörmətiniz yoxdur: sadəcə onların pulunu toplamaq istəyirsiniz.
  • Əgər mənimlə eyni dildə danışanlar varsa, niyə mən yad və uzaq insanların hansısa başqa bir qrupunun xatirinə onların maraqlarına məhəl qoymamalıyam?... Əgər siz onların zövqünü tənqidsiz qəbul edərək, tamaşaçıları razı salmağa çalışırsınızsa, bu, ancaq ola bilər, o deməkdir ki, onlara heç bir hörmətiniz yoxdur: sadəcə onların pulunu toplamaq istəyirsiniz.

G[redaktə]

  • Gözəllik həqiqətin simvoludur.

H[redaktə]

  • Hamını xilas etməyin yeganə yolu özünü xilas etməkdir.
  • Hər bir insan uşaqlıqdan tək qalmağa öyrənməlidir. Bu, tənhalıq deyil. Bu, özünlə darıxmamaqdır.
  • Həyat maqnitofon deyil və bəzən kaseti geri çevirə bilmirsən.
  • Həyatın necə başa çatdığını bilirəmsə, o, mənim üçün bütün əhəmiyyətini itirir.
  • Hisslərini büruzə verən insanlara baxa bilmirəm...

İ[redaktə]

  • İncəsənət həyat gözəl olmadığı üçün var.
  • İncəsənətin əsas məqsədi insanları mənən ölümə hazırlamaqdır.
  • İnsan boşluq içində yaşamağı öyrənməlidir.
  • İnsan xoşbəxtlik üçün yaradılmayıb, ancaq xoşbəxtlikdən daha önəmli şeylər də var. Həqiqəti axtarmaq çox vaxt əzab verir.
  • İnsanın gəlir üçün etdiyi cəhdləri aradan götürsən, yerində yalnız incəsənət qalır.

K[redaktə]

  • Kino incəsənətin ən bədbəxt növüdür. Ondan saqqız kimi istifadə edirlər. Siqaret, ya da hansısa əşya kimi...

Q[redaktə]

  • Qışda anamın çəkməsini geyinirdim. Yoxsulluq – bu söz həqiqəti tam ifadə etmir.
  • Qoy, ümid yalan olsun, ancaq o insana yaşamağı və gözəl şeyləri sevməyi yaradır. Ümidsiz həyat yoxdur.

M[redaktə]

  • Mən həqiqət haqda düşünmürəm, onu hiss etməyə çalışıram. Həqiqətlə heyvan kimi, uşaq kimi davranıram.
  • Məncə, sənət daha böyük bir şeyə qadirdir - insanlara ləyaqətini xatırladır...
  • Məncə, uşaqlığımızın sonrakı taleyimizə qətiyyən təsiri yoxdur.
  • Mənə elə gəlir ki, incəsənəti anlamaq insanda anadangəlmə olur və onun ruhi səviyyəsindən asılıdır.
  • Mənim atam şübhəsiz böyük rus şairidir. Ancaq o heç vaxt məşhurlaşacaq şeylər yazmayıb.
  • Mənim filmlərim bütövlükdə həyatımın əsasında qurulub.

N[redaktə]

  • Nə qədər yaşadığın deyil, necə yaşadığın önəmlidir.

R[redaktə]

  • Ruh harmoniyaya bağlıdır, həyat isə yox...

S[redaktə]

  • Sevgi nədir? Bilmirəm. Bu o demək deyil ki, tanış deyiləm. Sadəcə təyin edə bilmirəm.
  • Sənətkar həmişə xidmətçidir və ona verilən hədiyyənin əvəzini sanki möcüzə kimi ödəməyə çalışır. Müasir insan isə heç bir fədakarlıq etmək istəmir, baxmayaraq ki, nəfsin həqiqi təsdiqi yalnız qurban verməklə ifadə oluna bilər.
  • Söhbət burada gələcəkdən gedir: müharibəsiz, sosial təzyiqsiz, milli bərabərsizliksiz, insan qabiliyyətləri boğulmayan dünyada insanların həyatından. Başqa sözlə, hamımızın kommunizm adlandırdığımız gələcək haqqındadır. Biz XXI əsrin reallığını – inkişaf edən, öz çətinliklərini və problemlərini həll edən, lakin artıq idrak və əxlaqın yeni pillələrində olan gələcək insanların həyatını təsəvvür etməyə (və tamaşaçıya göstərməyə) çalışırıq. Amma o gələcəyin təməli indi qoyulur. Çalışırıq ki, gələcəyin insanları canlı və azad, onların sevinc və qayğılarının, həyatının şeiri ilə nəsrinin vəhdətində təmsil edək. Bəzi ədəbiyyat və kino əsərlərində müşahidə oluna bilən primitiv və inandırıcı olmayan “gələcəyin adamları” obrazı bizi heç cür qane etmir. Eyni zamanda, biz burjua dünyasının istehsal etdiyi, gələcəyi apokaliptik və ya texnokratik şəkildə görməyə meylli, insanın gücünə və imkanlarına bir növ inamsızlığı təsdiqləyən çoxsaylı kitab və filmlərlə polemik hesab edirik.

Ş[redaktə]

  • Şair uşaq təxəyyülü, mənəviyyatı olan insandır. Hansı dünyagörüşünü müdafiə edirsə, onun dünya haqqında təəssüratı birbaşadır; yəni rəssam dünyanı “təsvir etmir”, dünya onundur.

İstinadlar[redaktə]