Anna Karenina

Anna Karenina - Görkəmli rus yazıçısı Lev Tolstoyun əsəri.
Əsərdən sitatlar[redaktə]
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- - Bu yalnız bir şeyi sübut edir: sizin qəlbiniz yoxdur!
Ancaq baxışları onun qəlbi olduğunu və buna görə ondan qorxduğunu deyirdi.
- Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünə görə bədbəxtdir.
D[redaktə]
- Darıxmamaq üçün nəyin darıxdırıcı ola bilməsi haqda fikirləşmək lazım deyil.
G[redaktə]
- - Görürsünüzmü, qadın elə bir predmetdir ki, onu nə qədər öyrənirsən öyrən, həmişə yenilənəcəkdir.
– Onda ən yaxşısı heç öyrənməməkdir”.
H[redaktə]
- Hamımız əzab-əziyyət çəkmək üçün yaradılmışıq. Və hamımız da bunu bilirik. Özümüzü bir təhər aldatmaq üçün müxtəlif vasitələrə əl atırıq.
- Həyatın bütün çətin və həlledilməz suallara verdiyi ümumi cavabdan başqa cavab yox idi. Cavab belə idi: “günlərin tələbinə görə yaşamaq lazımdır, yəni unutmaq".
- Hörməti məhəbbətin yerini tutan boşluğu gizlətmək üçün uydurublar.
İ[redaktə]
- İnsana ağıl onu narahat edən şeylərdən yaxasını qurtarmaq üçün verilib.
- İnsanlardan yeganə xilas yolu onlardan yaralarını gizlətməkdir.
Q[redaktə]
- Qadın üzərində hər şeyin fırlandığı vintdir.
- Qınayıb, haqq qazandırmaq edib nifrət bəsləyəndə ona həlledilməz görünən şeylər bağışlayıb sevəndə sadə və aydın oldu.
- Qısqanmıram, ancaq təhqir olunmuş və alçaldılmışam. Ona görə ki, kimsə belə düşünə, kimsə sənə bu gözlərlə baxa bilər…
M[redaktə]
- Məhv olmaq istəməyəni xilas etmək mümkündür.
- Məncə... başlar qədər ağılların olduğu doğrudursa, deməli, ürəklər qədər sevginin növləri də var.
N[redaktə]
- Nə olduğunu və niyə burda olduğunu bilmədən yaşamaq olmaz. Bunu isə bilə bilmərəm, deməli, yaşaya da bilmərəm.
O[redaktə]
- O, balıq tutmağı xoşlayırdı. Və belə axmaq məşğuliyyəti xoşladığına görə özü ilə fəxr də edirdi.
Ö[redaktə]
- Ölüm haqda düşünəndə həyatın gözəlliklərinin sayı da azalır.
- Özünü alçaldan yüksələcək.
S[redaktə]
- Səndə və məndə bir əsas üstün cəhət var: bizi almaq çətindir. Belə insanlar isə heç vaxt gərəkli olmur.
Ş[redaktə]
- Şübhələndiyimdə ümidim var idi.
T[redaktə]
- Təhsilin məqsədi elə budur – hər şeydən zövqü-səfa yaratmaq.
- Təsir həmişə həqiqi təhsil tərəfdədir.
V[redaktə]
- Vermirəm, çünki bunu məndən heç kim istəmir.
Y[redaktə]
- Yaxşı iştaha – deməli, vicdan təmizdir.