Pyer Büast
Görünüş
(Buast səhifəsindən yönləndirilmişdir)
Pyer Büast | |||
Doğum tarixi | 1765 | ||
Doğum yeri | Paris | ||
Vəfat tarixi | 24 aprel 1824 | ||
|
Pyer Büast (Pierre-Claude-Victor Boiste, 1765 – 24.04.1824) — fransız alimi, leksikoqrafı və şairi, dilşünas, lüğətlər tərtibçisi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axmaq adamlar üçün həqiqət dumandakı məşəl kimidir: dumanı dağıtmadan işıq saçır.
- Axmaq bambılı dağa qalxanda ozü başqalarının gözündə kiçik göründüyü kimi, o da dağ başından başqalarını kiçik görür.
- Axmaqlarla fikir mübadiləsi aparmaq korlar üçün şam yandırmaq kimi bir şeydir.
- Akademik nitqlər bərq vuran, amma qızıdırmayan büllur çılçıraqlara oxşayır.
- Ağılları dəyişdirmək üçün əvvəlcə ürəkləri dəyişdirmək lazımdır.
- Ağıllı adamlardan başqa, heç vaxt heç kəslə zarafat etməyin.
- Ağıllı insanlarla heç vaxt başqa cür zarafat etməyin.
- Ağıllının gülüşü eşidilmir, görünür.
- Aldanmış pərəstişkar amansız bir tənqidçi olur.
- Aristokratiya və demokratiya, tərbiyəsi, vəziyyəti və davranışı ilə fərqlənən bacılardır.
- Artıq nəzakət xoşbəxtliyə mane olur.
- Arzular iştaha bənzəyir. Çox olanda əziyyət verir, olmayanda ölümə bərabər olur.
B
[redaktə]- Başqalarının əməllərini mühakimə edərkən vicdanı aldadılmayan insan yoxdur.
- Bayramlar çox olduqca, insanlar daha çox pul itirirlər.
- Bəzən nəzakət deşici alətlər bükülmüş materiyaya bənzəyir.
- Bəzən ümid etmək istifadə etməkdən daha çox əhəmiyyətli olur.
- Bilik üfüqə bənzəyir: Biz ona yaxınlaşdıqca, o bizdən uzaqlaşır.
- Bir qadına ondan başqa heç kimi sevməyəcəyinə and içməzdən əvvəl, bütün qadınları, yaxud yalnız o qadını görmək yaxşı olardı.
- Biz hamımız deşik qabla xoşbəxtlik mənbəyindən içirik. Qabı dodaqlarımıza yaxınlaşdıranda o demək olar ki, boş olur.
- Biz hər şeydə və demək olar ki, həmişə təxəyyülümüzün qurbanı oluruq. Çünki, o, həqiqətin ən kiçik şüasını öz rəngarəng örtüyü ilə bağlamağa tələsir.
- Biz işləri idarə etməyə hazırlaşırıq, amma belə çıxır ki, işlər bizi idarə edir.
- Biz sanki gözübağlıca oynayaraq həzz dalınca qaçırıq və ona çatanda gözümüzdəki sarğını açırıq və bu həzzin heç də bizim təsəvvür etdiyimiz kimi olmadığının şahidi oluruq.
- Bizim yolumuz meyllərimizlə və qabiliyyətlərimizlə çəkilib.
- Boş şeylə təhqir edilənlərlə heç nə ilə təhqir edilməyənlər cəmiyyət üçün az yararlıdır.
- Boşboğaz insan hamının oxuya biləcəyi açılmış məktubdur.
- Böyük insanlar da ulduzlar kimidir. Onlar yalnız tutulanda özlərinə diqqət yetirirlər.
- Böyük insanlar ulduzlara bənzəyir, yalnız öldükdən sonra diqqəti cəlb edir.
- Böyük sayıqlıq olmasa, yetkinlik asanlıqla pozğunluğa çevrilir.
- Böyük və çətin işi yerinə yetirmək üçün özünü seçmək – bu, ya şöhrətpərəstliyin ağılsızlığı, ya da öz dahiliyinin dərk edilməsidir.
- Bütün bütpərəstlər içində özünə sitayiş edən insandan ağılsız insan yoxdur.
- Bütün səylərini şənlənməyə həsr edən insan uzun müddət darıxmağa məruz qalır.
C
[redaktə]- Cah-calal yalnız heç kimin aclıqdan, soyuqdan ölmədiyi ölkədə üzrlü sayıla bilər.
- Cahil insanların yığıncağı mənə sürünü xatırladır.
- Cəsarətli insan şikayət etmədən əzab çəkir, zəif insan isə əzab çəkmədən şikayət edir.
- Cinayətkara qarşı həddindən artıq yumşaqlıq göstərmək, cinayətkar olmağa meyliliyi göstərir.
Ç
[redaktə]- Çox vaxt atəşli başların altında buzlu ürəklərə, nadir hallarda isə atəşli ürəklərin altında soyuq başlara rast gəlinir.
- Çox vaxt həqiqi məlumatları almaq üçün gizli adı altında yalan məlumatlar yayırlar.
- Çox vaxt söylənilən fikirdən həzz almağın əvəzini bütün həyatdakı xoşbəxtliklə ödəyirlər.
D
[redaktə]- Demək olar ki, bütün böyük insanlar zülmkar olurlar, amma zülmkarlar nadir hallarda böyük insan olurlar.
- Demək olar ki, bütün pisliklər yaxşılıq pərdəsi altında edilir.
- Demək olar ki, hamı keçmişdə xoşbəxt olduğuna, gələcəkdə isə xoşbəxt olacağına əmin olur.
- Demokratik despotizm ən dözülməz olur: o, tiranları yetişdirir.
- Despot ədalət göstərməkdən daha çox mərhəmət göstərməyə üstünlük verir.
- Despotizm əsli pozulmuş, cırlaşmış millətlərin qismətidir; onlar ona layiqdirlər və onu hiss etmədən ona məruz qalırlar.
- Despotizm, yalan inancdır və onun sirri bütün milləti bir adama bağlamaqdan ibarətdir.
- Dinləmə sənəti demək olar ki, yaxşı danışmaq sənətinə bərabərdir.
- Düşüncələr də çiçəklər kimidir. Ayrı-ayrı qırıldıqda daha təravətli və parlaq olur.
- Düşüncələrində cinayət törətməyə hazır olan, bəlkə də onu törədəndən daha cinayətkardır.
- Düşünmək insanın başlıca qabiliyyətidir; onu ifadə etmək insanın başlıca tələbatı, yaymaq isə ən qiymətli azadlığıdır.
- Dürüst ad, sahib ola biləcəyiniz ən möhtəşəm məqbərədir.
E
[redaktə]- Elə bir fayda yoxdur ki, bədbəxtliklə tarazlaşmasın.
- Elmlərin hüdudları üfüqə oxşayır. Biz onlara yaxınlaşdıqca, onlar bizdən daha da uzaqlaşır.
- Etimadsızlıq müdrik adamın mayakıdır, amma o onun özünə dəyib sına bilər.
- Eyni şeyi idarəetmə və hava haqqında demək olar. İnsanların dəyişikliklər arzu etməməsi çox nadir hallarda olur.
Ə
[redaktə]- Əbədi arzulayan həyatını gözləməklə keçirir, arzusu olmayan isə ölümü gözləyir.
- Ədəbi şöhrətin dalınca düşmək, bir sürü arının ortasında çılpaq qaçmağa bənzəyir.
- Əgər biz xoşbəxtliyin qayğısına daha az qalsaydıq, daha xoşbəxt olardıq.
- Əgər biz vədimizi yerinə yetirməyə qadir deyiliksə, onu verməmək isə iradəmiz gücündədir.
- Əgər həzzi, kədəri bölüşməyə adam yoxdursa, həzz duzsuz, kədər isə əzablı olur.
- Əgər həzzlərin məhrum edilməsi onlara yeni bir cazibədarlıq vermirsə, o zaman hər cür həzz duzsuz olacaq.
- Əgər insan heç vaxt öz hisslərinə malik deyilsə, onda həmişə öz ifadələrinə malik olmalıdır.
- Əgər insanın bütün arzuları yerinə yetirilsəydi, dünya cəhənnəmə dönərdi.
- Əgər insanın məqsədi yoxdursa, həyat davamlı ölümdən başqa bir şey deyil.
- Əgər insanlar və onların adətləri dəyişməzsə, idarəetməni dəyişdirmənin nə faydası.
- Əgər iradə düşüncəyə yol vermirsə, onun ardınca mütləq peşmançılıq gələcəkdir.
- Əgər öz fikirlərinizi, sakitliyinizi, hətta ola bilər ki, təhlükəsizliyinizi qurban verməyi arzu etmirsinizsə, hər cür fanatiklərdən çəkinin.
- Əgər siz yaxşı tərbiyə almısınızsa, pis tərbiyə edilmiş insanlarla dost olmayın: yonulmamış səthlər hamar səthləri cızar.
- Əgər təbiət qadını moda tərzinə görə yaratsaydı, qadın çox üzülərdi.
- Əgər zorakılıq varsa, bu, siyasətin sağ, hiylə varsa, sol əlidir.
- Ən ağır yoxsulluq təxəyyülümüzün təsvir etdiyi yoxsulluqdur.
- Ən amansız yalqızlıq ürəyin yalqızlığıdır.
- Ən böyük yanlış təsəvvürlərdən biri hər kəsin bizim kimi hiss etdiyini, gördüyünü və düşündüyünü düşünməkdir.
- Ən dəhşətli fırtınalar xalq həyəcanlarından doğulur.
- Ən mükəmməl dil, ən az sözlə ən çox anlayışı ifadə edən dildir.
- Ən nəcib və şirin qisas bağışlamaqdır.
- Ən şərəfli qələbə xudbinlik üzərində qazanılmış qələbədir.[1]
- Ən yaxşı kitab həqiqəti daha çox ehtiva edən kitabdır.
- Ən yoxsul insan əlində olanı istifadə etməyi bilməyəndir.
- Əsas və ən böyük avamlıq özümüzü dərk edə bilməməyimizdir.
F
[redaktə]- Fanatizm tarixi, hər səhifəsi göz yaşı və qanla yazılmış və odda qurudulmuşdur.
- Fəlsəfə ürəyin zəifliklərini sağaltsa da, ağıl xəstəliyini heç vaxt sağaltmır.
- Fəzilətin pərəstişkarları təqlidçilərin pərəstişkarlarından çox olur.
- Fikir, insanın əsas qabiliyyətidir; onu ifadə etmək, onun əsas tələbatlarından biridir, onu yaymaq, onun ən bahalı azadlığıdır.
G
[redaktə]- Gələcək elə bir kətandır ki, onun üzərində təxəyyül öz fantaziyasına uyğun tikilir, lakin onun rəsmi heç vaxt düzgün olmur
- Gənclər etdikləri barədə danışırlar; nə etdikləri barədə yaşlı insanlar; və nə etmək istədikləri barədə axmaqlar.
- Gözəl qadınlar iki dəfə ölürlər:Birinci dəfə ana olanda, ikinci dəfə isə öləndə.
H
[redaktə]- Hansısa tamah və ya şöhrətpərəstlik naminə deyilmiş həqiqi lütfkarlığı yaltaq lütfkarlıqdan seçmək üçün insanlarla müraciətdə müəyyən təcrübəyə malik olmaq lazımdır.
- Həddindən artıq bilik qərarsızlığa gətirib çıxarır, kor düz qabağa baxır.
- Həddindən artıq nəzakətli insanlar tez bir zamanda adamı təngə gətirirlər.
- Həddindən artıq zəriflik xoşbəxtliyə mane olur.
- Həkimləri tanımamağı savadlı, inkar etməyi isə savadsız insanlar da bacarar.
- Həqiqət məşəliı çox vaxt onu daşıyanın əlini yandırır.
- Həqiqətlər arasındakı bir yalan bu həqiqətləri şübhə altına alır.
- Həqiqi biliyin mənbəyi faktlardadır.
- Həmişə ləyaqətli olan, insan adlanan insanlar azdır.
- Hər bir işğalçı, digərlərini müflis etməkdən zövq almaq üçün öz vətəndaşlarını səfalətə məhkum edən ağılsızdır.
- Hər şeyə sahib olan heç nədən həzz almaz.
- Hərbi hakimiyyət despotizmə aparır.
- Həyat yolunda nə qədər gec getsən yolunu azdığını görəcəksən.
- Həzz verən şeyləri satın almaq olar, amma onlarla necə həzz alma sirrini yox.
- Həzzin arxasınca nə qədər çox düşülərsə, onun ardınca gələn sıxıntıdan bir o qədər az qaçmaq olar.
- Həzzlər, uzun müddət iylədikdə baş gicəllənməyə səbəb olan çiçəklərə bənzəyir.
X
[redaktə]- Xalqın beyninə nüfuz edən xurafatdan irəli gələn axmaqlıqlar yüz illər boyu davam edəcək.
- Xalqın həddindən artıq yoxsul olması demək olar ki, həmişə onun rəhbərlərinin cinayətdir.
- Xeyirxahlıq adı altında edilən pisliklə mübarizə aparmaq və onu aradan qaldırmaq çox çətindir.
- Xəyal ən xoş, ən doğru, ən maraqlı cəmiyyətdir. O, zaman axınını görünməz edir.
- Xəyanətkar arvad öz uşaqlarını mirasdan məhrum edir.
- Xəzinə dövlətin ürəyidir.
- Xoşbəxt bir adam, açılması yalnız qəbir daşına yazıla bilən bir tapmacadır.
- Xoşbəxtlik öz sevimliləri ilə uşaq kuklaları ilə hərəkət etdiyi kimi hərəkət edir. Kukla uşağı bezdirəndə o, kuklanı qırır, cırır.
- Xoşbəxtlik yuvarlandığı zaman qovduğumuz və dayandığı zaman ayağımızla itələdiyimiz bir topdur.
- Xoşbəxtliyə nail olmağı çöldə axtarmaqdansa, evdə oturub gözləmək daha yaxşıdır.
- Xoşbəxtliyin şahidləri yoxdursa, heç kim tamamilə xoşbəxt deyildir.
- Xurafatla yoluxmuş insanlar hər cür fırıldaqçıların ovuna çevrilirlər
İ
[redaktə]- İctimai rəylə mübarizə aparmaq yel dəyirmanı ilə döyüşə girmək kimi bir şeydir.
- İgidlik müqavimət üçün, cəsarət şərə hücum etmək üçün lazım olan gücdür.
- İxtira nadir hallarda ixtiraçını mükafatlandırır.
- İki cür əxlaq var: biri pisliyi qadağan edən passiv əxlaq, digəri isə yaxşı işlər görməyi əmr edən aktiv əxlaq.
- İki qonşu xalqdan sağlam düşüncəsi daha çox olan xalq yalnız bir ağıla malik olan xalqdan üstün olacaq.
- İlk baxışdan qəddar görünən adam heç də qəddar olmur.
- İnciklikləri quma, yaxşılıqları isə mərmərə yazın.
- İnqilab bəzən lakey sifətində belə görmək istəmədiyimiz adamlara hökmranlıq verir.
- İnqilabi fırtınalar zamanı gəminin sükanını avar çəkməyə belə yararsız olan insanlar idarə edirlər.
- İnqilablar, minlərlə fırıldaqçının özləri üçün böyük fayda götürməyi bacardıqları bir xəstəlikdir.
- İnqilablar şahmat oyununa oxşayır. Piyadalar kralı məhv və xilas edər və ya onun yerini tuta bilərlər.
- İnsan ancaq düşündüyü üçün insandır.
- İnsan ancaq mühakimə sayəsində şəxsiyyət olur.
- İnsan, həyatının birinci hissəsini ölülərlə söhbət etməyə — kitab oxumağa, ikinci hissəsini canlılarla danışmağa, üçüncü hissəsini isə özü ilə söhbət etməyə həsr etməlidir.
- İnsanın, eləcə də bütün xalqın tarixi, xoşbəxtliyin səmərəsiz axtarışlarından ibarətdir.
- İnsanın tarixi demək olar ki, həmişə bir çox insanın haqsızlıqlarının tarixindən ibarət olur.
- İnsanlar sikkələrə bənzəyir: onların üzərində hansı rəqəmlərin həkk olunmasından asılı olmayaraq, onları dəyərinə görə qəbul etmək lazımdır.
- İnsanlar sözlərə oxşayırlar; yerlərinə qoymasan, mənalarını itirirlər.
- İnsanların son iradəsi demək olar ki, həmişə onların son zəifliyi olur.
- İstehza, qorxaq və gizli qəzəbdən başqa bir şey deyildir.
K
[redaktə]- Keçmiş zamana olan sevgi əksər hallarda indiki zamana nifrətdən başqa bir şey deyildir.
- Kitab çapı iki yeni ehtiras yaratdı: hər şey yazmaq və hər şeyi çap etmək.
- Kitablarla təkbətək qalmaq axmaqların cəmiyyətində olmaqdan daha yaxşıdır.
- Köhnə dostlarımız bizi çox yaxşı tanıyanda yeni dostlar axtarırıq.
Q
[redaktə]- Qadın bağlılığının ən böyük sübutu moda qurbanlığıdır.
- Qadın olmasa həyatın səhəri və axşamı aciz, günortası sevincsiz olardı.
- Qadının acıdilliyi süddəki sirkə kimi ürəkbulandırıcıdır.
- Qadınlar çox məntiqə sahib olmaq üçün çox təsəvvürə və həssaslığa malikdirlər.
- Qadınlar heç vaxt özlərini gücsüzlüklə silahlandırdıqları qədər güclü olmurlar.
- Qadınsız həyatın səhəri və axşamı köməksiz, günortası isə sevincsiz olardı.
- Qanunların çoxluğu əxlaqın xeyrinə, proseslərin çoxluğu isə qanunların lehinə deyildir.
- Qanunvericiliyin ən böyük işi şəxsi maraqlardan ictimai rifah yaratmaqdır.
- Qəhrəman ruhların bədəni olmur.
- Qəhrəmanlar öz düşmənlərinə qalib gəlir, böyük insan isə həm düşmənlərinə, həm də özünə qalib gəlir.
- Qəhrəmanlar, sənət əsərləri kimi, əsrlər keçdikcə daha böyük görünürlər.
- Qısqanc adam, təxəyyülünün qaranlıqlarında yaradılmış əjdahalardan qorxan uşaqdır.
- Qocalmış gəşəng qadının ən ağrılı təəssüfü-özü haqqında təəssüfdür.
- Qrammatik çox pis müəllif, yaxşı müəllif isə pis qrammatik ola bilər.
- Qulları azad insanlar etmək üçün onlar arasında yalnız bir qəhrəman lazımdır.
- Qürurlu ağıl hər zaman kiçikdir, qürurlu ruh isə hər zaman ucadır.
- Qürurun nəcib bir comərdliyi ola bilər, şöhrətpərəstliyin isət paxıllıqdan başqa heç nəyi olmur.
- Qüsura qalib gəlmək bacarığındakı ləyaqət qüsura malik olmamaqdan daha çoxdur.
M
[redaktə]- Maariflənmə və vətənpərvərlik millətləri, avamlıq və eqoizm isə qara camaatı yaradır.
- Mahir istehza mənliyi qızışdıraraq gülməli tərəfləri və çatışmazlıqları düzəldə bilər.
- Metafizik hesab edir ki, oxucuları miqrendən əziyyət çəkirsə, deməli onları yaxşı öyrədib.
- Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur.
- Məqsədsiz bir insanın həyatı ölümün davamıdır.
- Mənfəət hərisliyi ürəyi və zehni qurudur.
- Mövzu haqqında nə qədər çox mübahisə edilərsə, bir o qədər anlaşılmazlıq olur. Güclü dalğalandırılan həqiqət işığı sönür.
- Müdrik adam kiçik işlərdə də böyükdür, avara adam isə böyük işlərdə də kiçikdir.
- Müdriklik bəyənilməsini arzu edir, şöhrətpərəstlik isə tərif tələb edir..
- Müharibə, ən güclü dövlətlərin bədənini yeyən siyasi xərçəngdir.
- Müharibə, minlərlə insanı öldürənlərə insanlar təəccüb edənə və kömək edənə qədər davam edəcəkdir.
- Müharibə onu qazananları müflis edən bir prosesdir.
- Müxtəsər olun. Özünə qulaq asmağın ən düzgün yolu az sözlə çox məna ifadə etməkdir.
- Müqaviləni pozan hər kəs qarşı tərəfi hər hansı bir öhdəlikdən azad edir.
- Müntəzəm olaraq yaranan və yenilənən acgöz arzularımız gələcəyin və ümidin bizim üçün ən böyük rifah olacağını təmin edir.
N
[redaktə]- Nadan adama məsləhət vermək kor üçün şam yandırmaq kimi bir şeydir.
- Nəsil, şöhrətin fanatik pərəstişkarlarının indiki nəsli qurban verdikləri xəyali bütdür.
- Nəzakətə malik olmadan cəmiyyətdə dözümlü olmaq üçün yüksək ləyaqətə və ağıla malik olmaq lazımdır.
- Nifrət edilən sənət yoxdur, yalnız onlarla şərəfsizcəsinə məşğul olan insanlar var.
O
[redaktə]- Okeanın hərəkətsizliyi kimi, ümumdünya sülh də mümkün deyil.
Ö
[redaktə]- Öd (acıdillik) pis ürəyin mürəkkəbidir.
- Öz gözəlliyini üstünlük hesab edən qadının başqa üstünlüyü olmur.
- Öz öhdəliklərinin qulu olmaq və ya özünə olan hər bir inamdan imtina etmək lazımdır.
- Öz səhvini etiraf etmək, özündən daha ağıllı olmaq deməkdir.
- Özünə güvənən insanlar daha çox bacarıqsız insanlar olur.
- Özünə güvənmə təcrübəsizliyin rəfiqəsidir.
- Öz-özünü tərifləmək, başqalarına kobudcasına mən səndən yaxşıyam deməkdir.
P
[redaktə]- Parlaq düşüncələr mətbuatın işığında solğun olur.
- Parlaq təsəvvürə malik insanlar çox asanlıqla yalan danışırlar. Onlarun uydurmaları həqiqətlə elə qarışır ki, bunu özləri də ayırd edə bilmirlər.
- Pis general arxasınca qurbanlar sürüsü aparır.
- Pis insanlar bir-birinin tərəfini yaxşı insanlardan daha çox saxlayırlar.
- Pis zövq ruhun zədəli olmasına dəlalət edir.
- Pislik etmək üçün bütün çətinlikləri dəf edirik; lakin ən kiçik bir maneə bizi yaxşı işlərdən çəkindirir.
- Pulun hər şey edə bilməsini hesab edən insanlar özləri pul üçün hər şeyi edə bilərlər.
R
[redaktə]- Respublika əsgərlərə vətəndaş olmağa imkan verir, despotizm onları cəllad edir.
- Rəiyyətin bacarıqsız olması zülmkarın ürəyincədir.
- Rəsmi və təmtəraqlı nitq, parıldasa da, adamı isitməyən büllur çilçırağa bənzəyir.
- Ruhi həzzlər ömrü uzadır, hissiyyatlı həzlər isə qısaldır.
S
[redaktə]- Sadə qrammatik, alətləri cilalayan və onlardan heç vaxt istifadə etməyən bir işçidir.
- Sadəlik insan ləyaqətinin şüurudur.
- Satira düzəltməkdən çox qıcıqlandırır.
- Sevgidə and içmək onun qeyri-sabitliyini sübut edir. Sadiq dostluqda and içmirlər.
- Səbəbi özümüzün olduğu bədbəxtliyin bütün acısı ondan ibarətdir ki, ona layiq olduğumuzu etiraf edirik.
- Səmimilik, ağlına gələni yox, yalnız düşündüyünü deməkdən ibarətdir.
- Sərvəti artırmaq üçün ən sürətli vasitə ehtiyacların azaldılmasıdır.
- Siyasət böyük prinsiplər elan edir, amma yalnız güclünün hüququnu tanıyır.
- Siyasət yalanı həqiqətə, həqiqəti isə yalana çevirir.
- Siyasətdə boşboğazlıq dövləti məhv edə bilər.
- Söhbəti yaxşı bir kitaba layiq insanları, mütaliəsi filosoflarla söhbətə layiq olan kitabları axtarın.
- Susmaq heç də ağılın olmasını sübut etmir, amma axmaqlığın olmamasını həmişə sübut edir.
- Susmağın ağlından xəbər verməsə də, axmaq olmadığından xəbər verir.
Ş
[redaktə]- Şərəf məsələlərində ona malik olmayan və əldə etməyə çalışan insandan vasvası insan yoxdur.
- Şöhrət, bizi qaldıran və ya aşağı salan, sakit halda isə elastikliyini itirən bir yay kimidir.
- Şöhrət də tale kimidir. Sən ondan daha çox şəfqət dilədikcə, o səni daha da gözdən salır.
- Şöhrətpərəst nə qədər yüksək mövqe tutsa da, daha da yüksəklərə qalxmaq istəyir.
- Şöhrətpərəstlik başqalarının üstünlüklərini azaltmağa və özlərinin üstünlüklərini isə şişirtməyə meyillidir.
- Şöhrətpərəstlik bütün dövrlərdə insanları aldatmaq üçün ictimai rifah və ya din donu geyinib.
- Şöhrətpərəstlik qəzəb qədər cinayətlər etməyə məcbur edir.
- Şöhrətpərəstlik mürgüləyir, amma heç vaxt yatmır.
- Şöhrətpərəstlik sevgiyə layiq olmayan insanları lütfkar edir.
- Şöhrətpərəstlik sükutu böhtandan üstün tutur, amma unutma bu sükutu boğur.
- Şöhrətpərəstliyə və həzz almağa həris olanları idarə etmək çörək istəyənləri idarə etməkdən çətindir.
- Şöhrətpərəstliyin məruz qala biləcəyi ən həssas cəza nifrətli diqqətsizlikdir.
T
[redaktə]- Tale güclüləri, zəifləri eyni cür vurur, amma palıd ağacı səs-küylə və cırıltıyla yıxılır, ot isə səssiz.
- Tam cahillik pis alimlikdən daha yaxşıdır.
- Tamahkar insanın ürəyi yağış gözləyən okeana bənzəyir.
- Tamahkarlıq hər bir rolu, hətta təmənnasız rolunu oynayır.
- Tanınmış insanlarla heykəllər arasındakı fərq: heykəllərə yaxınlaşdıqca böyüyür, tanınmış insanlar isə kiçilir.
- Tarix sonsuz təlatümlərdən başqa bir şey təqdim etmir: növbə ilə qalib gələn, bəzən məğlub olan, indi zülm edən, bəzən əzilən, indi qarət edən, indi qarət edilən xalqlar.
- Tarixi layiqli bir şəkildə yazmaq üçün inancı, vətəni, partiyanı unutmaq lazımdır.
- Tarixi romanlar yalanların zorladığı həqiqətdən yaranıb.[2]
- Tarixin öz fırıldaqçılığı var: o qəhrəmanlarının aşağılığını, hiddət yaradan xüsusiyyətlərini gizlətmək üçün bu qəhrəmanlarını uzaqda saxlayır.
- Terror, cəmiyyətin bərabərləşdirilməsi üçün bacarıqsızların səviyyəsindən yuxarı qalxan başlarını kəsməkdən başqa bir şey fikirləşməyib.
- Tez qazanılan şöhrət tez də yox olur.
- Təmənna böyük cəfəngiyatları dəstəkləməyə məcbur edir.
- Təmiz vicdanın səsi yüzlərcə şöhrət sədasından xoşdur.
- Tənbəllər çox vaxt ən geniş planları olan insanlardır.
- Tərbiyə atalar sözləri ilə başlayıb, öz düşüncələri ilə bitməlidir.
- Tibbin təsirliliyi inamsızlıqla zəifləyir, ümidlə möhkəmlənir.
U
[redaktə]- Uğursuz inqilablar həmişə nifrət oyadan və qisasçı hökumətlərə səbəb olur.
- Uğursuzluğa heç vaxt məruz qalmayan generalın kifayət qədər təcrübəsi yoxdur.
- Uşaqdan büt düzəltməyin: çünki, o böyüyəndə qurban tələb edəcək.
Ü
[redaktə]- Ümid etmək çox vaxt pisdir. O olmasa, sakitçilik tabe olma zərurətindən yaranardı.
- Ümidini itirənin başqa itirəcək bir şeyi yoxdur.
V
[redaktə]- Vaxt, çox vaxt onu öldürməyə çalışanları öldürür.
- Var-dövlət qazanmaq üçün edilən səylər ondan istifadə etməyə mane olur.
- Varlıların qarnı doysa da, gözləri doymur.
- Varlının naharı yoxsulun aclığı üzərində təhqirdir.
- Verdiyimiz andı pozmaq, bizə verilən anddan azad olmaq deməkdir.
- Vəziyyət bizi ehtiyaclarımızdan yüksəkdə, şıltaqlıqlarımızdan isə aşağıda tutur.
- Vicdan təmiz olmayanda səmimi sevinc də yoxdur.
- Vicdanınla asanlıqla barışan insan, ona elə o dəqiqə xəyanət etməyə hazır olur.
Y
[redaktə]- Yalan vədlər açıq imtinadan daha çox qıcıqlandırır.
- Yalnız Allah mükəmməl bir lüğət hazırlaya bilər.
- Yalnız bir tükənməz xəzinə var – bu xəzinə kitabxanadır.
- Yanlış fikir sarsılmazdır. Çoxları onda öz xeyirini tapır.
- Yanlış fikirlərin olduğu kimi, həqiqətin də öz fanatikləri var.
- Yoxsulluq mənəvi gücü əzir, qəlbi sərtləşdirir, zehni kütləşdirir.
- Yorucu, topa fikirlərdən fərqli olaraq, ayrı-ayrı fikirlər işıq şüalarına bənzəyir.
- Yuyulması mümkün olmayan bir cinayət varsa, o da vətənə xəyanətdir.
- Yüksək faizlə borc vermək oğurluqdan yaxşı olmadığı kimi, borc almaq da dilənməkdən yaxşı deyil.
Z
[redaktə]- Zaman — ən mahir həkimdir: o xəstəliyi sağaldır və ya onu bizimlə aparır.
- Zaman sahil kimi tərpənməzdir; bizə elə gəlir ki, o, yel kimi uçur, əslində isə o dayanıb, biz özümüz hərəkətdəyik.
- Zarafat ikitərəfli silahdır.
- Zənginlər çox tox olur, ancaq doymuş olmur.
- Zənginlik çayları israfçılıq qumlarında yox olur.
- Zövq məsələlərində sübutlar ola bilməz.