Məzmuna keç

Cəmil Məric

(Cəmil Məriç səhifəsindən yönləndirilmişdir)
Cəmil Məric
Doğum tarixi 12 dekabr 1916
Doğum yeri Reyhanlı
Vəfat tarixi 13 iyun 1987
Vəfat yeri İstanbul
Dəfn yeri Qaracaəhməd qəbiristanlığı
Vikipediya məqaləsi

Cəmil Məric - (12 dekabr 1916, Reyhanlı - 13 iyun 1987, İstanbul) — türk yazıçısı, tərcüməçisi və mütəfəkkiri.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı və yetkin insanlar, ancaq əbədi olan dəyərlərdən və mənəviyyatdan həzz duyarlar. Axmaqlar şəhvət və digər hakimlərinin əsiridirlər.
  • Bir ölkədə şair nə qədər çoxdursa, həmin ölkə düşüncə baxımından o qədər geridir. İnsanlar və millətlər yaşlandıqca şerin yerinə nəsr keçər.[1]
  • Dilə uzanan əl namusa uzanmış kimidir.
  • Düşüncə təzadları ilə bütündür.[1]
  • Düşüncəni parlaq və cazibədar formaya salmaq onu kiçildir.[1]
  • Fikri söyləyərkən adamların xoşuna gəlib-gəlməyəcəyini düşünməyin.[1]
  • Günümüzün insanı köklərindən qopmuş bir ağacdır. Həm özünə yad olubdu, həm təbiətə.
  • İnsanlar daim pis oyuncaqların dalınca qaçan uşaqlar kimidir.[1]
  • Kitab bir limandı mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim.
  • Tanrı insanlığın ən böyük kəşfidir.[1]
  • Yaşayanları yönəldən çox vaxt ölülərdir. Deməli, öldürülməsi lazım olan ölülər də var.[1]

Mənbə

[redaktə]
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
  • Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı: Çaşıoğlu, 2012, 560 səh.

İstinadlar

[redaktə]