Məzmuna keç

Fantastik



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Almastı sevinir ki, itlər onu adam bilib üstünə hürür. (Almastı - fantastik şər qüvvə, ifritə) Adıgey atalar sözləri
  • Bəzən San Sironun ikinci evim olduğunu hesab edirəm. "Milan" üçün 800 oyunumun yarısını bu fantastik meydançada oynamışam! Bu stadion həm də uzun müddət atam üçün ev olmuşdur, buna görə həqiqətən Maldini Evidir!
(uzun müddət "Milan"ın kapitanı olan Paolo Maldini )
  • Bütün yeniliklər fantastik xəyallar arxasınca gedilərkən tapılıb. Xudu Məmmədov
  • Günəş sistemimizdə yaşamaq üçün əlverişli olan bir planetimiz var, o da Yerdir və kosmos səyahətləri burada hər şeyi yaxşılığa çevirə bilər. Əvvəla, insanların kosmosa getməsi və yaşadığımız bu kövrək planetə baxması ilə. İnsanlar transformasiya olunmuş şəkildə qayıtdılar və fantastik işlər gördülər. Riçard Brenson
  • Xose Qvardiola fantastik məşqçidir. Amma o, Çempionlar Liqasını elə şəkildə qazanıb ki, mən bu cür uğur qazanmağa sadəcə, utanardım.[1]Joze Mourinyo
  • Qeyri-fantastik, qeyri-xəyali iztirablar ruhu narahat edir, əzir - həqiqətdə isə onu yalnız ancaq öz gözləri ilə gördükləri sarsıda bilər. Ürəyin səbirsizliyi. (Stefan Sveyq)
  • Mən gözlənilməzliyi sevirəm. Kitab oxuyanda təəccüblənmək, şoka düşmək və dəhşətə gəlmək istəyirəm. Qeyri-müəyyənlikdən titrəmək istəyirəm. Ona görə də fantastik kitablar yazıram. Corc Martin
  • Mənim ən fantastik arzum belə həyatidir, heç vaxt mümkün olmayan şeyi arzu etmirəm.[2] Nikolay Ostrovski
  • Mifologiya, insanların ətraf aləmdə baş verən və mahiyyətini anlaya bilmədikləri hadisələri izah etmək üçün onların haqqında bəsit düşüncə ilə obrazlı şəkildə uydurduqları fantastik hekayələrdir.[3] Ziya Bünyadov
  • Müharibə həqiqətləri insan təbiətinin mürəkkəbliyini göstərmək üçün fantastik şəkildə uyğundur. Normal şəraitdə, ümumiyyətlə necə davranacağımızı, nə istədiyimizi bilirik. Eyni zamanda, müharibə zamanı hər zaman baş verən ekstremal vəziyyətlərdə heç bir şey sadə deyil. Dəyərlərin toqquşması, çətin əxlaqi seçimlər, həyatı təhdid edən amillər, dərin gizli, şüuraltı instinktlərin, hisslərin və motivasiyaların ortaya çıxmasına səbəb olur. Bu, bir kinorejissor üçün həqiqətən də əla materialdır. Enq Li

İstinadlar

[redaktə]
  1. Dahi Mourinyodan maraqlı sitatlar
  2. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.66
  3. MİFLƏR VƏ MİFUYDURANLAR