Jan Anuil

Jan Anuil (1910-1987) - fransız dramaturqu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Allah hər yerdədir... Həmişə pulu və silahı çox olanların yanındadır.
B[redaktə]
- Bəzən başqalarının da düşündüyünü başa düşmək bizi narahat edir.
- Biz saatların qulları, təqvimlərin əsiri, bank hesablarının elçiləriyik.
H[redaktə]
- Hər kəs üçün ağlaya bilmərik, bu, insan gücündən kənardır. Seçməlisən.
- Həyat çoxlu xırda sikkələrdən ibarətdir və kim onu götürsə, zəngindir.
X[redaktə]
- Xoşbəxtliyə həddindən artıq inanma.
İ[redaktə]
- İlk baxışdan sevgidə ən qəribəsi: illərdir hər gün görüşən insanların başına gəlir.
- İnsanın ideyalara inanması və onlar üçün ölməsi yaxşıdır.
- İnsanlar it kimidir. Qorxduqları üçün dişləyirlər.
K[redaktə]
- Kiçik şeylər böyük sevgiləri öldürə bilər.
M[redaktə]
- Mən reallığı xoşlayıram - onun çörək dadı var.
Ö[redaktə]
- Ölən günə qədər cəsarətimizə arxayın ola bilmərik.
- Ölüm xırda şeydir. Həyatdan başlamaq lazımdır. Bu, daha az əyləncəlidir və daha çox vaxt aparır.
S[redaktə]
- Sevgi hər şeydən əvvəl insanın özünü bağışlamasıdır.
- Sevginin yeganə dərmanı var: ondan qaçmaq.
- Sevmək içinizdə və ətrafınızdakı minlərlə maneə ilə daim mübarizə aparmaq deməkdir.
- Subay padşah kimi yaşayır, it kimi ölür: evli kişi it kimi yaşayır və kral kimi ölür.
T[redaktə]
- Təkcə idmanda deyil, sevgidə də elə çempionlar var ki, yalnız məşq edir, amma heç başlamaz.