Klod Adrian Helvetsi
Doğum tarixi
26 yanvar 1715
Doğum yeri
rue Sainte-Anne
Vəfat tarixi
26 dekabr 1771
Vəfat yeri
Paris
Dəfn yeri
Müqəddəs Rox kilsəsi
Helvetsi Klod Adrian (1715–1771) — fransız filosofu.
Adamların xoşuna gəlmək istəyirsən? Onların ağlına yüksək qiymət ver.
Axmaq yüksək vəzifədə olanda hamı onunla dahi kimi rəftar edir.
Ağıl və sevgi xasiyyəti yumşaldır.
Başqalarını xoşbəxt edən adam özü bədbəxt ola bilməz.
Bilikli insan qaranlıq zindanda da xoşbəxtdir.
Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq.
Bütün insanlar yalnız xoşbəxtlik üçün çalışırlar. Onları bu istəkdən döndərmək mümkün deyil və buna nail olmaq təhlükəli olardı. Onları fəzilətli etmək ancaq şəxsi mənfəətlə ümumi mənfəəti birləşdirməklə mümkündür.
Bütün qəbahətlərdən ən iyrənci paxıllıqdır. Onun bayrağı altında nifrət, xəyanət və böhtan addımlayır.
Cahillikdə ağıl yemək çatışmazlığından ləngiyir.
Dərin ideyaların şəffaflığı özünün dərinliyi üzündən tutqunlaşan təmiz sulara bənzəyir.
Xəsis adam kasıb yaşayır ki, öləndə varlı ölsün.
Xoşbəxtliyə nail olmağın yeganə vasitəsi bilikdir , maarifdir, müdriklikdir.
İctimai səadət-ən yüksək qanundur.
İlk rəssamın qələmini məhəbbət yonmuşdur.
İnsanların xoşbəxtliyi ondadır ki, eləməli olduqlarını eləməyi sevsinlər.
İstəklər sevginin çiçəkləridir, həzz isə meyvələridir.
Müdriklik məsləhətlərə, tale hadisələrə başçılıq edir.
Oğurlanmış öpüş istila edilmiş krallıqdan yaxşıdır.
Paxıl adam ölülərə dirilərə acıq vermək üçün hörmət edir.
Pis adamla dostluq kölgəyə, yaxşı adamla dostluq günəşə oxşayır.
Rəqabət dahiləri, məşhur olmaq arzusu isə istedadları yetişdirir.
Sevgi əsas məşğuliyyət olduqda əxlaqi günah olur. O, onda ağılı zəiflədir və qəlbi pisləşməyə məcbur edir.
Səhv edə bilmək qorxusu bizi həqiqət axtarışlarından çəkindirməməlidir.
Sən insanların xoşuna gəlmək istəyirsən? Onların ağlını qiymətləndir.
Sərvət müdrikin qulu, axmağın isə ağasıdır.
Sinif otaqları şirin uşaqlarla doludur, amma dünya axmaq insanlarla doludur.
Şöhrət sevgisi yalnız öz növünü sevindirmək istəyidir.
Tarix hadisələrin romanı, roman isə duyğuların tarixidir. [ 1]
Təcrübə göstərir ki, insan istənilən insanı səhv hesab edir və onun baxışları ilə ziddiyyət təşkil edən hər kitab pisdir.
Təəccüblənmək üçün bir dəqiqə kifayətdir. Heyratamiz bir şey hazırlamaq üçün isə uzun illər lazımdır.
Tərbiyə hər şeyə qadirdir.
Yalançı alimlər müdriklərdə həqarət, nadanlarda heyranlıq doğururlar.
Yalnız dostun əli ürəkdən neştərləri çıxara bilər.
Yeni ideya müqayisə edilməmiş iki fikrin müqayisəsi nəticəsində meydana çıxır.
Aforizmlər və hikmətli sözlər. Bakı, 2005
↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.428