Mərasim
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D
[redaktə]- Dövlətə mərasimlər və qanunvericilər deyil, kütləni arxalarınca istədikləri yerə apara biləcək şəxsiyyətlər kömək edə bilər. Əgər onlar kütləni düzgün yolla aparırlarsa, o zaman mərasimlər və qanunlar fayda verir, əgər səhv yolla aparırlarsa, faydasız olur. Solon
E
[redaktə]- Ehtirasları gözlə, məsələn, yanğın və ya dəfn mərasimi kimi gözlə görmək olmaz. Onların yalnız təzahürləri görünür. Bunları isə öz ürəyində tapa bilərsən. Stendal
- Evdən kənar olanda özünüzü hörmətli qonaqları qarşılayırmış kimi göstərin. İnsanların xidmətindən istfadə edərkən özünüzü elə aparın ki, sanki təntənəli mərasim yerinə yetirirsiniz. Özünüzə rəva bilmədiyinizi başqalarına etməyin. Belə olan halda nə dövlətdə, nə də ailədə narazılıq olar. Konfutsi
Ə
[redaktə]- Əgər fəzilətə görə idarə, mərasimə görə hərəkət edilərsə, xalq nəinki utanacaq, eyni zamanda itaət göstərməyə hazır olacaq. Konfutsi
- Əsarətçilərin yad dili yerli xalqa rəsmi olaraq yeritməsi mümkündür, hətta öa ana dilində danışan əhalinin tərkibi nə qədər qarışıq olsa belə, mümkündür. Məsələn, Rusiya imperiyasında rus dilinin, Hindistanda ingilis dilinin, Əlcəzairdə fransız dilinin, İranda fars dilinin rəsmi olaraq xalqa qəbul etdirilməsi kimi. Məcbur edilir ki, bu pərçim olunmuş dildən iclaslarda və mediada, kitab səhifələrində, tədris vəsaitlərində istifadə edilsin. Ancaq xalqın dilinə atalar sözlərini və zərb-məsəlləri, laylaları və ağıları, mərasim və sevgi mahnılarını, nağıl və əfsanələri, bütöv bir epik düzümü zorla necə qəbul etdirmək olar? Onlar əbədidir, əzəlidir və heç bir xalq digər xalqa ana dilinin folklor ahəngini zorla qəbul etdirə bilməz. Anar
X
[redaktə]- Xalq özünün həyat, sağlamlıq, təmizlik, əmək vərdişi ilə bağlı bir çox ayin, etiqad və mərasimini Novruzla bağlamış, beləliklə də, onların el içərisində geniş yayılmasına və kütləviləşməsinə nail olmuşdur. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Novruz adətlərində ulu babalarımızın ən müdrik dünyagörüşü-humanist baxışları, həlim, qayğıkeş təbiəti özünü göstərir. Bu nümunələrdə xalq gigiyenasının əhəmiyyəti, onun təbliği, yaxşılıq, xeyirxahlıq, Vətəni sevmək və s. kimi yüksək mənəvi-əxlaqi keyfiyyətlər əks olunmuşdur. Azad Nəbiyev
T
[redaktə]- Təkəbbürlü əcnəbi sakin çay dəstgahına Şərqin anlaşılmazlığını və şıltaqlığını təşkil edən min bir qəribəlikdən biri kimi baxır. Bu mərasimi məsxərəyə qoymazdan əvvəl insanın “fərəh camının” (şüşə qab) əslində nə qədər kiçik və onu doldurmağı bacaranların nə qədər müdrik olması barəsində düşünməyə dəyər. Yapon üçün çay dəstgahı dini mərasimdir. Bu, yaşamaq məharətini ilahiləşdirməkdir.
- Kakuzo Okakura, “Çay haqqında kitab” (茶の本 {Ça no hon}), Tokio, 1906.