Molla Nəsrəddin (jurnal)
Görünüş
"Molla Nəsrəddin" jurnalı — Azərbaycan dilində satirik-yumoristik jurnal.[1][2][3]
"Molla Nəsrəddin"in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə (köhnə təqvimlə 20-də) işıq üzü görüb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340 nömrəsi Tiflisdə, 8 nömrəsi Təbrizdə, 400 nömrəsi Bakıda) çıxıb.[2][3]
Haqqında sitatlar
[redaktə]M
[redaktə]- Milli müstəqillik və azadlıq uğrunda mübarizə mollanəsrəddinçilik təliminin baş xəttini təşkil edir.[4]
- İsa Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru.
- "Molla Nəsrəddin" jurnalı Azərbaycan xalqının milli oyanışına bir ordu qədər xidmət etmişdir”.[5]
- İsa Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru.
- "Molla Nəsrəddin" jurnalı - Azərbaycan milli mətbuatının şah əsəri, millətimizin və milli dövlətimizin dərin mənalı istiqlal kitabıdır.[6]
- İsa Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru.
- Mollanəsrəddinçilik - gerilik, nadanlıq və fanatizmin karikaturasıdır.[7]
- İsa Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru.
- Mollanəsrəddinçilik - xalqın milli-mənəvi özünüdərkinin, millətin siyasi oyanışı və ayıqlığının hərəkətverici qüvvəsidir. [8]
- İsa Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru.
- Mollanəsrəddinçilik - ictimai satira vasitəsilə mövcud cəmiyyəti dəyişmək, yeniləşdirmək, məmləkəti irəli aparmaq deməkdir.[9]
- İsa Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru.
İstinadlar
[redaktə]- ↑ Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 - 248 səh.
- ↑ 2,0 2,1 Nizami Məmmədzadə, Mahmud Kamaloğlu, "Gürcüstanın azərbaycanlı jurnalistləri", Tiflis, 2015, 124 səh.
- ↑ 3,0 3,1 Niyaz Niftiyev, "Mətbuatda multikulturalizm", Bakı, 2017, 247 səh.
- ↑ Mollanəsrəddinçilik təlimi və müasirlik. "Azərbaycan", 2009, 7 aprel, s.6
- ↑ İsa Həbibbəyli. Cəlil Məmmədquluzadə. Bakı: Çinar çap, 2002, s. 41
- ↑ İsa Həbibbəyli. Cəlil Məmmədquluzadə. Bakı: Çinar çap, 2002, s. 38-39