Nyu - York
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Afrika dünyanın QİÇS-ə yoluxmuş əhalisinin səksən faizini təşkil edir. Bunlar orta hesablamalardır. Onların dörddə üçü dərman almır. Bunun üçün biz əczaçılıq şirkətlərinə və onların xidmətçisi olan ABŞ Dövlət Departamentinə təşəkkür etməliyik ki, o, ABŞ patentli dərmanlarının öz ucuz versiyasını istehsal etməyə cəsarət edən istənilən ölkəni sanksiyalarla hədələyir. (...) Bu bankadakı həblərin qiyməti Nayrobidə iyirmi dollar, Nyu Yorkda altı dollar, Manilada on səkkiz dollardır. Hindistan tezliklə öz versiyasının istehsalına başlamaq üzrədir və eyni həb altmış sentə başa gələcək. Sadəcə mənimlə tədqiqat və tətbiq xərcləri barədə danışma. Əczaçı oğlanlar on il əvvəl onları yazıblar və hər şeydən əvvəl dövlətdən çoxlu pul alıblar, boş-boş danışma. Qarşılaşdığımız şey əxlaqsız monopoliyadır. Con Le Karre
B
[redaktə]- Bir gün biz Ayı və planetləri sizin bu gün Liverpuldan Nyu-Yorka səyahət edə bildiyiniz qədər asanlıqla ziyarət edəcəyik. Jül Vern
- Bir il qabaq fəzilətli bir adam idim. İndi isə Nyu-York adətləri ilə tanış olduqdan sonra milyonerin vicdanından çox olmayan vicdanım qalıb. Mark Tven
H
[redaktə]- Heç vaxt heç nə uyğun deyildir. İnsanlar kor-koranə nə varsa onu tutdular: kommunizm, sağlam qidalar, balet, hipnoz, qrup görüşləri, velosiped sürmək, otlar, katoliklik, ağırlıq qaldırma, səyahət, geri çəkilmə, vegetarianlıq, Hindistan, rəsm, yazı, heykəltəraşlıq, bəstələmək, drijorluq etmək, kürəklə gəzmək, yoqa, cütləşmək, qumar oynamaq, içki içmək, dolaşmaq, dondurulmuş yoğurt, Bethoven, Buddha, kök suyu, intihar, əl işi kostyumlar, reaktiv səyahət, Nyu-York şəhəri və sonra hamısı buxarlandı və dağıldı. İnsanlar ölümü gözləyərkən görəcəkləri şeylər tapmalı idilər. Düşünürəm ki, seçim etmək gözəl idi. Çarlz Bukovski
İ
[redaktə]- İlk dəfə Monrealdan Nyu-Yorka getmək qərarına gələndə, həmişə saf qadın hesab etdiyim anam — ona görə ki, rus idi (Litvadan miqrasiya etmiş yəhudi — Esquire) və ingiliscəsi yaxşı deyildi — mənə dedi: “Leonard, ehtiyatlı ol. Ordakı adamlar bizim kimi deyillər”. Əlbəttə, mən ona heç nə demədim — o mənim anam idi, ona hörmətsizlik eləmək istəmirdim — ancaq öz-özümə düşündüm: “Ana, axı mən daha uşaq deyiləm”. Lakin o düz deyirdi. O necə də haqlı idi. Leonard Koen
N
[redaktə]- Nyu-Yorkda böyüyən gənc bir oğlan kimi bayrağa beyət etməkdən imtina etdim. Təbii ki, bunun üçün rejissorun yanına göndərildim. Və soruşdu ki, “niyə bayrağın üstünə and içmək istəmirsən? Hamı bunu edir!” Cavab verdim ki, hamı bir vaxtlar Yerin düz olduğuna inanırdı, lakin bu, onun düz olmadığı həqiqətini dəyişmədi. Mən izah etdim ki, Amerika sahib olduğu hər şeyi başqa mədəniyyətlərə, başqa millətlərə borcludur və mən Yer kürəsinə və onun bütün sakinlərinə sədaqət əhdini yerinə yetirmək istərdim. Deməyə ehtiyac yoxdur, mən az sonra məktəbi tamamilə atdım və otağımda laboratoriya qurdum. Orada elmin və təbiətin sirlərini araşdırmağa başladım. Sonra anladım ki, kainat müəyyən qanunlarla idarə olunur və insan bütün cəmiyyətlə birlikdə bu qanunlardan azad deyil. Daha sonra 1929-cu ilin qəzası gəldi və bu, bu gün "Böyük Depressiya" kimi tanıdığımız dövrə başladı. Bütün fabriklər hələ də ayaqda olduğu halda milyonlarla insanın niyə aclıqdan, işsiz və evsiz qaldığını başa düşmək mənim üçün çətin idi. Resursların miqdarı dəyişməyib. Məhz o zaman anladım ki, iqtisadi oyunun qayda-qanunları kökündən yanlışdır. Qısa müddət sonra İkinci Dünya Müharibəsi başladı, bu müharibə zamanı xalqlar növbə ilə bir-birlərini sistematik şəkildə məhv etdilər. Mən sonra hesabladım ki, bu müharibəyə sərf edilən bütün dağıntılar və israfçı resurslar bu planetin hər bir sakininin ehtiyaclarını asanlıqla ödəyə bilər. O vaxtdan bəri mən bəşəriyyətin labüd olaraq yox olmağa doğru getdiyini müşahidə etmişəm. Mənim gözümün qabağında qiymətsiz xammallar mənfəət və azad bazar ideyaları adı altında israf edilib məhv edilib. Cəmiyyətin dəyər sisteminin xəstə materializm və ağılsız istehlak çərçivəsinə sıxışdırıldığının şahidi oldum. Mən maliyyə güclərinin guya azad dövlətlərin hökumətlərinə və siyasətlərinə nəzarət etdiyini görmüşəm. İndi mənim 94 yaşım var və qorxuram ki, xasiyyətim 75 il əvvəl olduğu kimidir. Bu pisliyi dayandırmalıyıq. Yak Fresko
- Nyu - Yorkda cinayət hekayəsi yazmaq gülüncdür. Nyu York şəhərinin özü bir cinayət hekayəsidir. Aqata Kristi
- Nyu Yorkda dünyanın hər yerində olduğundan daha incəlik və daha az məna var. Don Herold
T
[redaktə]- Teleqraf çox uzun pişik kimi bir şeydir: siz onun quyruğunu Nyu-Yorkda dartırsınız, başı isə Los Ancelesdə miyoldayır. Radio da eynidır: müəyyən bir yerdən siqnalı ötürürsən, o, başqa yerdə qəbul olunur. Yeganə fərq- burada heç bir pişik yoxdur. Albert Eynşteyn