Pol Klodel
Görünüş
(Pol Klodel. səhifəsindən yönləndirilmişdir)
Pol Lui Sarl Klodel (1868-1955) fransız şair, dramaturq və esseist, diplomatı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Allah insanı yaratdı və günah onu saxtalaşdırdı.
B
[redaktə]- Biz ölümə hazırlaşmırıq. Biz özümüzü həyatdan azad edirik.
- Bu, bütün xristian sivilizasiyamızın oxumağı öyrəndiyi, Qərb mədəniyyəti dünyasının əxlaq, incəsənət və ədəbiyyat anlayışını götürdüyü kitablar kitabıdır (İncil haqqında)
Ç
[redaktə]- Çox sevən asanlıqla bağışlamaz.
Ə
[redaktə]- Əgər nizam-intizam ağlın ləzzətidirsə, nizamsızlıq təxəyyülün ləzzətidir.
X
[redaktə]- Xarakter - qəhrəmanlıqdan daha az rast gəlinən bir fenomen.
- Xoşbəxtlik həyatın məqsədi deyil, onun vasitəsidir.
K
[redaktə]- Kim yer üzündə cənnəti dərk etməyə çalışırsa, əslində başqaları üçün çox hörmətli bir cəhənnəm hazırlamış olur.
Q
[redaktə]- Qadın istənilən cənnət üçün təhlükədir.
Ö
[redaktə]- Özümlə ziddiyyət təşkil etmək hüququnu qətiyyətlə saxlayıram.
- Özünü izləməklə gündəlik yazmaq - özünü tanımayacağın dərəcədə dəyişməkdir.
U
[redaktə]- Ucadan danışmaq lazımdır ki, səni eşitsinlər, astadan danışmaq lazımdır ki, sənə qulaq assınlar.
Y
[redaktə]- Yalnız bir şey lazımdır: ehtiyac duyduğumuz insanlar.
Z
[redaktə]- Zaman heç itmir, itən bizik.