Pol Qetti
Jan Pol Qetti (ing. Jan Paul Getty; 15 dekabr 1892, Minneapolis, Minnesota – 6 iyun 1976, Qilford, Surrey) — amerikalı neft maqnatı və sənayeçi, tarixdə ilk dollar milyarderlərindən biri, "Qetti Muzeyi"nin banisi. "Getty Oil" neft şirkətinin təssisçisi. 1957-ci ildə "Fortune" jurnalı onu dünyanın ən varlı amerikalısı elan etmişdi. 1966-cı ildə o, 1,2 milyard ABŞ dolları sərvət ilə dünyanın ən varlı adamı kimi Ginnesin Rekordlar Kitabına düşüb (2017-ci ilin qiymətlərdirilməsində təxminən 9.1 milyard ABŞ dolları). 1976-cı ildə Qettinin vəfat etdiyi zaman onun sərvəti 6 milyard dollar həcmində (2017-ci ilin qiymətləndirilməsində təqribən 25,8 milyard ABŞ dolları) qiymətləndirilmişdir. Böyük varidata malik olmasına baxmayaraq, Qetti hədsiz dərəcədə xəsisliyi ilə tanınırdı. 1973-cü ildə Romada qaçırılan 16 yaşlı nəvəsi Paul üçün beş aylıq fidyə verməkdən imtina etməsi ona pis şöhrət qazandırmışdı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Biznesdə uğur qazanmaq istəyən şəxs adətlərin gücünü və təsirini başa düşməlidir. İşinə mane olan adətləri tərgitməyə və uğur qazanması üçün tələb olunan adətləri özündə aşılamağa hazır olmalıdır.[1]
İstinadlar[redaktə]
- ↑ Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.50