Qeybət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Başqalarını pisləmək üçün edilən qeybətdən alınan zövq başqalarını alçaltdığımız ölçüdə özünüzü ucaltdığımızı sanmaqdır. Rene Dekart
- Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. Həzrəti Əli
Q
[redaktə]- Qeybət edən şəxs tacir kimi aldığı sözü dərhal satmaq məcburiyyətindədir. Con Cavel
- Qeybət etmək aciz insanların işidir. Həzrəti Əli
- Qeybətə qulaq asan şəxs qeybət edən şəxs qədər günahkardır. Ceyms Rendal
- Qeybətin nə olduğunu bilirsinizmi? Qardaşınızın xoşlanmayacağı şeylərlə onu xatırlamağınızdır. Məhəmməd peyğəmbər