Rəsul Quliyev

Vikisitat saytından
Jump to navigation Jump to search

Rəsul Quliyev — Azərbaycan Parlamentinin sabiq sədri.

  • Mənim heç vaxt nə siyasətə gəlməyimdən, nə də getməyimdən xəbərim olmayıb...
  • Azərbaycanda həm kitabımı oxuyanlar, həm gəlişimi istəyənlər var və mənim Azərbaycanda olmağım da əksəriyyət üçün ancaq xeyir verməklə yanaşı, elə onlar üçün də daha az zərər gətirər.
  • Belə əcaib "tənəzzül sabitliyi"nə dünyanın heç yerində rast gəlinmir. Və nə qədər də ağrılı olsa da, deməliyik ki, bu "sabitlik"də xalqın günahı heç də o şahlarınkından az olmayıb.
  • 1994-cü ildə bundan qat-qat Azərbaycanın xeyrinə olan müqaviləyə qol çəkilmədiyi halda, indi nə əsasla 17 il bu torpaqlar əsarətdə, yüz minlərlə insan görülməmiş məşəqqətdə yaşamağa məcbur edilib?!
  • Sözsüz ki, yüz illərdir davam edən "tənəzzül sabitliyi"nin üstünlüyü də var: yaxşı yaşamaq, daim inkişaf etmək istəyən cəmiyyətlərdən fərqli olaraq, biz dünyaya gəldikdən ta ölənə qədər evlənmək, uşaq əkmək, yarıac-yarıtox onları birtəhər böyütməkdən başqa, heç bir şey barədə düşünməmək instinkti yaratmışıq özümüzdə! Qarın dolusu yemək içməyimiz olanda artıq özümüzü xoşbəxt hiss edirik.
  • 200 ildən artıq Mahaçqaladan tutmuş Qusara, Batumidən tutmuş Qazax və Zaqatalaya qədər, bütövlüklə indi Ermənistan adlandırılan torpaqlarımızı itirmişik, ancaq ayılmamışıq, heç ayılmaq fikrimiz də yoxdur. Bu, faktdır, acı reallıqdır!

İstinadlar[redaktə]

Xarici keçidlər[redaktə]