Məzmuna keç

Rocer Bekon

Rocer Bekon
Doğum tarixi 1220
Doğum yeri Ilchester
Vəfat tarixi 1292
Vəfat yeri Oksford
Dəfn yeri Church of Ss Edmund and Frideswide (Greyfriars Church), St Ebbe's Church
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah bu dünyanı ümumbəşəri insan üçün deyil, ayrı-ayrı fərdlər üçün yaratdı…və xilas ümumbəşəri insan üçün deyil, fərdlər üçün baş verdi.
  • Bütün çılpaqlıqlar təhqiredicidir, hətta ruhun çılpaqlığı belə.
  • Bütün fəzilətlər bizi pisliklərin hökmranlığından azad edir, yalnız cəsarət bizi taleyin hökmündən azad edir.
  • Dünyada hər şey təkrarlanır.
  • Firavanlıq insanın pisliklərini, fəlakətlər onun fəzilətlərini ən yaxşı şəkildə üzə çıxarır.
  • Heç bir şey istəməyən və hər şeydən qorxan yazıqdır və yenə də monarxların adi çoxluğu belədir.
  • Heyvanların ölməzliyi nəsildə, insanda isə izzətdə, ləyaqətdə və əməllərdədir.[1]
  • Həqiqəti dərk etmək yolunda dörd çox əhəmiyyətli büdrəmə var ki , bunlar hər bir insana nə qədər alim olsa da, mane olur və heç kimə müdrikliyə aydın bir titul qazandırmağa imkan vermir; zəif və ləyaqətsiz hakimiyyət nümunəsi, çoxdankı adət-ənənə, cahil kütlənin hissiyyatı və aşkar biliyimizi nümayiş etdirərkən öz cəhalətimizi gizlətmək.
  • Hər bir zorakı tədbir yeni pisliklə doludur.
  • İnsan təbiətində başqalarını sevmək üçün gizli bir meyl və istək var.
  • Riyaziyyatdan xəbərdar olmayan şəxsin, dünyanı dərk etməsi mümkün deyil.
  • Riyaziyyatın nailiyyətlərinə etinasız yanaşan hər kəs bütün elmə ziyan vurur, çünki riyaziyyatı bilməyən başqa elmləri bilə bilməz və dünyanı tanıya bilməz.
  • Tam mükəmməllik üçün hazırlığın işin özündən daha çətin olması lazımdır.
  • Zaman ən böyük yenilikçidir.

İstinadlar

[redaktə]