Məzmuna keç

Satıcı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Əgər məhsulunuz əladırsa, özünüz də əla satıcı olmaq məcburiyyətində deyilsiniz. Li Yakkoka
  • Əgər təşkilatdakı insanlar bir şirkətin necə fərqli olması lazım olduğunu, onun rəqibləri ilə müqayisədə necə dəyər yaratdığını başa düşmürlərsə, o zaman onlar etməli olduqları saysız-hesabsız seçimləri necə edə bilərlər? Hər bir satıcı strategiyanı bilməlidir – əks halda kimə müraciət edəcəyini bilməyəcək. Hər bir mühəndis bunu başa düşməlidir, əks halda nə quracağını bilməyəcək. Maykl Porter
  • Niyə tanış şeylər haqqında düşünmək bu qədər rahatdır? Çünki o, təhlükəsizlik illüziyası yaradır. Amma insanlar pisi düşünməyə, pisi gözləməyə, pisə hazırlaşmağa öyrəşirlər. Yaradıcı olmaq, həyatı necə yaxşılaşdırmaq barədə düşünmək əvəzinə, keçmişlərinin əbədi həbsxanasına düşürlər. İnsanların çoxu nə düşünür? Keçmiş sevgi, yerinə yetirilməmiş arzular, itirilmiş imkanlar və ya maliyyə problemləri haqqında. Digərləri xoşbəxt uşaqlıq arzulayırlar — baxmayaraq ki, bütün dürüstlüklə, kimin buludsuzluğu var idi? İnsanlar heç bir mənası olmayan şeylərə nə qədər diqqət yetirirlər? Məsələn, tərəvəz dükanında satıcı qadının və ya iş yoldaşının yan baxması haqqında. İnsan bu cür düşüncələrə öz içinə yol verirsə, adı təşviş olan zəhərin dağıdıcı təsirinə məruz qalır. İnsanlar özləri böyük gücdən imtina edirlər, onların təbiətinə xasdır. Doğuşdan hamımız möcüzə işçiləriyik, sadəcə özünüzə möcüzələr yaratmağa icazə verməlisiniz. Nə qədər ki, insan adi düşüncələrin əsiridir, xoşbəxtliyin sirrinin şüurun idarə olunmasında olduğunu heç vaxt anlaya bilməyəcək. Robin Şarma
  • Ziyalı olmaq dəbə uyğun paltar, papaq geyinmək demək deyil. Ziyalılar xalqın beynidir. Xalqımız sizi yaxşı təhsil aldıqdan sonra yüksək gəlir əldə edib, gecələr əylənəsiniz deyə o mövqeyə gətirməyib. Belələri həqiqi ziyalı ola bilməzlər. Onlar korlanmışlar. Təhsil alanların hamısı milli düşüncəni inkişaf etdirməyə, milli ruhu oyandırmağa, milli iradəni gücləndirməyə məcburdurlar. Kəndlilərə, işçilərə, xalqın aşağı təbəqələrinə daha yaxşı mövqeyə necə yüksəlmək lazım olduğunu öyrədin! Xalqımıza var olmağın dəyərini bilməyi və qorumağı öyrədin. Qıraq torpaqlarımızda hər kəndlinin, hər işçinin insan kimi daha sağlam, daaha xoşbəxt, daha ağıllı bir həyat yaşaya bilmək imkanlarını izah edin!
Xalqımıza necə çalışmaq lazım olduğunu öyrədin! Az xərclə daha möhkəm yaşayış binalarını necə inşa etməyi göstərin! Özlərinin və uşaqlarının necə qoruna biləcəklərini öyrədin! Xoşbəxt bir ailə həyatını necə qurmaq lazım olduğunu, qadının kişiyə, kişinin qadına necə davranmalı və uşaqlarını necə tərbiyə etməli olduqlarını başa salın.
Xalqımıza hər işi vaxtında görmək, nizamlı və intizamlı olmaq vərdişini aşılayın! Özlərinin və başqalarının hüquqlarına hörmətlə yanaşmağı öyrədin! Bütün bu işlərdə özünüz şəxsən hər kəsə nümunə olun! Özünüzə və xalqa yol göstərin!
Bütün Suomini böyük bir ailə kimi qəbul edin. Bütün ölkəyə də elə o gözlə baxın. Unutmayın ki, ən yoxsul kömürçü, satıcı, qulluqçu və dul qadın və eyni zamanda da hamısı birlikdə fin xalqını təşkil edir. Onlar sizin qardaşlarınız, həmvətənlərinizdir. Onlara təhsil vermək, onları mədəni, sivilizasiyada daha qədim olan millətlərin sırasına daxil etmək sizin vəzifələrinizdir.
Unutmayın ki, xalqın cəhaləti, kobudluğu, içki düşkünü olması, xəstəliyi, səfaləti, əxlaqsızlığı və ümumiyyətlə bütün mənfi xüsusiyyətləri sizin utancınız və günahınızdır.[1]Yohan Vilhelm Snelman

İstinadlar

[redaktə]
  1. Qriqoriy Petrov. Ağ zanbaqlar ölkəsi. Bakı, 2017, səh.20–21