Məzmuna keç

Siciliya atalar sözləri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəyənməyən qadınlar deyil, çatmayan puldur.
  • Bilik bəxt (tale) qarşısında keçərli deyil.
  • Çox şey əldə etməyə çalışmaqdansa, az şeydən həzz almaq daha yaxşıdır.
  • Əsgərlər döyüşür və bir-birini öldürür, padşahlar isə qucaqlaşır.
  • Əsl qohumlarınız qonşularınızdır.
  • Gördüyüm kimi özümü aslan kimi hiss edirəm, kim bilir başqalarına dovşan kimi görünürəm.
  • Heç vaxt ölməyəcək kimi çalışmalı və həmişə ölməli olduğunu düşünməlisən.
  • Hər donuz üçün San Martino gəlir (öldürüləcəyi gün).
  • Hər şeyi görən göz və hər şeyi eşidən qulaq var.
  • Həyat toyuq hininin nərdivanı kimidir … qısa və nəcislə doludur!
  • Xoruzla da, xoruzsuz da Allah günü yüksəldir.
  • İntiqam üçün sərf olunan vaxt Cəhənnəmdəki vaxtdır.
  • Kim eşşək sürərsə, qadınlara inanarsa, cənnətin üzünü görməz.
  • Kim kar, kor və səssizdirsə, yüz il rahat yaşayar.
  • Kimin dili varsa, dənizi keçər.
  • Qarışqa qışda əziyyət çəkməmək üçün yayda mübarizə aparır.
  • Qızıl açar hər qıfılı açar və istənilən yerə giriş imkanı verər.
  • Mənə şabalıd verən dostum, indi üzüm sousunu verməlisən.
  • Nə bəxtiyardır o kəs ki, başqaları vasitəsilə özünü cəzalandırır.
  • Nə bəxtiyardır o quş ki, öz yurdunda yuva qurur.
  • Özü ilə öyünən ya eşşək, ya da bayquşdur.
  • Özünü qoyun edəni canavar yeyəcək.
  • Padşaha saqqal yox, ağıl lazımdır.
  • Sevgisiz qadın qoxusuz bir güldür.
  • Səbr edən qalib gələcək.
  • Sərvət qürur yaradır, qürur yoxsulluq yaradır.
  • Su gətirən qab ya qırılır, ya da parçalanır,
  • Şirin udmaq istəyən acı çeynəməlidir.
  • Tikan əkən qızılgül yığa bilməz.
  • Yaxşı söz yarı ödənişdir.
  • Yaxşı şərab yaxşı qan yaradır.
  • Yaşadıqca ölürsən.
  • Yaşamağa ehtiyacın olduğu qədər ev, içməli olduğun qədər üzüm bağı, baxışınla qucaqladığın qədər torpaq, əldə edə biləcəyin qədər gəlir.
  • Yüz oğru çılpaq adamı soyundura bilməz.
  • Zəngin xoşbəxt yaşayandır.
  • Zərif gözəllik qarmaqsız yem kimidir.

İstinadlar

[redaktə]