Məzmuna keç

Sizif haqqında əfsanə

Sizif haqqında əfsanə
Le Mythe de Sisyphe
Janr philosophical non-fiction literature, absurdist literature, esse
Müəllif Alber Kamü
Orijinal dili fransız dili
Nəşr ili oktyabr 1942
Nəşriyyat Hamish Hamilton

Sizif haqqında əfsanəAlber Kamyunun əsəri.

Əsərdən sitatlar

[redaktə]

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıl – ürəyin fəryadı qarşısında acizdir.
  • Axtaranlar üçün bir əminlik kifayətdir.
  • Bu mif hər şeydən əvvəl faciəlidir, çünki onun qəhrəmanı xəbərdardır.
  • Bütün böyük hərəkətlərin, bütün böyük düşüncələrin əhəmiyyətsiz başlanğıcı var.
  • Dərin duyğular, böyük əsərlər kimi, şüurlu deyiləndə həmişə daha çox məna daşıyır.
  • Enişin ağrı ilə dolduğu günlər varsa, sevinclə dolu günlər də var.
  • Əgər bəşər düşüncəsinin yeganə mənalı tarixini yazmaq lazım gəlsəydi, təəssüflər və bir-birini qovan zəifliklər tarixini yazmaq olardı.
  • Əqlin ilk hərəkəti doğru ilə batili ayırd etməkdir. Lakin düşüncə özünü dərk edən kimi ilk növbədə bir ziddiyyətlə qarşılaşır.
  • İnsan barışmadan və iradəsinə zidd ölməlidir.
  • Müqavimət və açıq fikirlilik absurdun, ümidin və ölümün bir-birinə cavab verdiyi bu qeyri-insani oyunun imtiyazlı tamaşaçılarıdır.
  • Nifrətin üstün gələ bilmədiyi tale yoxdur.
  • Sevmək kifayət etsəydi, hər şey çox asan olardı. Nə qədər çox sevsək, boşluq bir o qədər güclü olur.
  • Sonunun nə vaxt gələcəyi bilinməyən kədəri daşımaq, həqiqətən də, çox ağırdır.
  • Ümid yükündən əbədi olaraq xilas ola bilməzsən, çünki ümid ondan qurtulmaq istəyənlər üçün bəla mənbəyi ola bilər.
  • Varlığı yaşamaq üçün lazım olan yuxudan məhrum edən bu çox vacib hiss nədir?
  • Yaratmaq iki dəfə yaşamaq deməkdir.
  • Yaratmaq taleyimizi formalaşdırmaq deməkdir.
  • Yaşamaq səbəbi deyilən şey də ölmək üçün çox yaxşı səbəbdir.
  • Zirvəyə yönəlmiş mübarizənin özü insan qəlbindəki boşluqları doldurmağa kifayət edir.

İstinadlar

[redaktə]