Məzmuna keç

Syun-Tszı

Syun-Tszı
Doğum tarixi e.ə. 313
Doğum yeri Çjao
Vəfat tarixi e.ə. 230 illər
Vəfat yeri Chu
Vikipediya məqaləsi

Syun-Tszı (çin 荀子) (E.ə. 298 — E.ə. 238) — Çin filosofu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaqlıq isə ümumiyyətlə bağışlanma tələb etmir. O sanki külək kimidir, heç nədən asılı deyil. Onu olduğu kimi qəbul etmək, onun ziyanında qorunaraq və xeyrində fayda tapmağa çalışaraq yaşamaq lazımdır.
  • Başqasının səhvini bağışlamamqla, özün səhvə yol verirsən.
  • Bütün itilər getdikcə öz itiyini itirir, yalnız kütlər getdikcə daha da kütləşir.
  • Əksər pis əməlləri insan ona görə həyata keçirmir ki, onun bundan xoşu gəlir və ya bunlar ona xeyir gətirir, sadəcə o, düşünür ki, ondan məhz belə əməllər gözləyirlər.
  • Əgər bütün dünyada səliqə-sahman istəyirsənsə, ilk növbədə öz evindən başla.
  • Əgər sən hamı kimi düşünürsənsə, sən artıq səhv edirsən. Çünki hamı fərqli cür düşünür.
  • Əgər sən hamının əvəzinə düşünürsənsə, sən yenə də səhv edirsən. Hərənin öz qayğıları var.
  • Əgər sən sual verirsənsə, demək artıq cavabın yarısı sənə məlumdur.
  • Güclü insanı zəifdən necə fərqləndirmək olar? Əgər güclü insan həyatından narazıdırsa, o, iradları özünə yönəldir, əgər zəif insan həyatından narazıdırsa, onda onu şikayətləri digər insanlardan olur.
  • Gül, ona toxunana qədər gözəldir.
  • Hamı kim olmaq istəyirsənsə, heç kim ola bilməyəcəksən.
  • Həm böyük, həm də balaca insan eyni anda eyni bir məqsədə doğru gedə bilər, balaca insanın niyyəti məqsədə çatmaq, böyük insanın niyyəti isə daha da irəli getməkdir.
  • Hökmdarların müdrikliyi onların əldə etdiyi görkəmli nailiyyətlər ilə deyil, baş verməsinə yol vermədikləri axmaq səhvlər ilə ölçülməlidir.
  • Xeyirxahlıq müdafiəsizdir və ona görə də o, bu günə qədər mövcuddur.
  • İdeyalara və tanrılara xidmət etmək daha asandır, onlar canlı insanlardan qat-qat daha sadədirlər.
  • İnsan hər şey haqqında düşünə bilər, amma yalnız tam əmin olduğu şeyləri etməlidir.
  • İnsanların ən çox bilmək istədikləri şey, həyatdan əslində nə istəmələridir.
  • İnsanların sənə necə münasibət bəslədiyinə fikir vermə — fikrini sənin onlarla necə münasibət qurmağına yönəlt.
  • Kim mənim səhvlərimi düzgün göstərirsə, o mənim müəllimim, kim mənim düz hərəkətlərimə doğru qiymət verirsə, o mənim dostum, kim mənə yaltaqlanırsa, o düşmənimdir.
  • Qəzəbindən qışqıran insan gülməli, incidiyi halda susan isə qorxuludur.
  • Müdrik böyük varlıqlar haqqında çox düşünən deyil, xırda şeylər haqqında az fikirləşən insandır.
  • Nə qədər ki, sən əsl düşündüyünü demirsən və ya tam inanmadığın bir şeyi dinləyirsən və ya tamamı ilə sənə uyğun olmayan bir işi görürsən – onda yaşayan da tam sən deyilsən.
  • Özünəməxsus tərzdə və öz əvəzində düşün, amma yadda saxla ki, başqalarını düşünməməklə, sən ilk növbədə özünü düşünmürsən.
  • Saf niyyətlə gələni mərasimlə, bəd niyyətlə gələni isə cinayət qanunları ilə qarşılamaq lazımdır.
  • Tənbəl insanlara kömək etməklə, sən onları boğazından asılmış yük olmağa kömək edirsən.
  • Vacib olan heç nə təcili deyil. Təcili olan hər şey yalnız çaxnaşmadır. Lovğalanmaq –özünə inamsızlıq əlamətidir. Kobudluq isə acizlik əlamətidir. Onların xeyirli olmasına ümid etmək isə -axmaqlıq göstəricidir.
  • Vicdanlılıq mükafatlanır, amma pulların buna heç bir aidiyyəti yoxdur.
  • Yeni bir gerçəyə çatmaq üçün, köhnə yalandan uzaqlaşmaq lazımdır.
  • Zalımlığa göz yummaqla, daha bir zalımlığa rəvac verirsən. (Pisliyi bağışlamaqla, sən başqa pirliyə kömək edirsən).
  • Zənginliyin olmaması hələ yoxsulluq demək deyil. Yoxsulluq –zənginliyə olan hərislikdir.

İstinadlar

[redaktə]