Məzmuna keç

Qiymət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Başqalarının ləyaqətini könüllü və sərbəst tanımaq və qiymətləndirmək üçün özünüzə sahib olmalısınız. Artur Şopenhauer
  • Dəyərli məsləhət qızıl qiymətindədir. Alessandro Mandzoni
  • Dünyada hər şeyə qiymət qoymaq olar, lakin müəllimin əsərinə qiymət qoymaq olmaz. Sokrat
  • Dünyanın mənə necə yüksək qiymət verdiyini bilirəm, bununla belə, özümü qumluqda oynayan uşaq kimi hiss edirəm. İsaak Nyuton
  • Əgər bu həyatda mütləq qiymət bilmək lazımdırsa, yalnız öz qiymətini bil. Boşver! Necəsə hər yuxu günəşlə sonlanır. Bob Marli
  • İnsana gördüyü işlərin müqabilində qiymət verilir. Çarlz Darvin
  • Kim mənim səhvlərimi düzgün göstərirsə, o mənim müəllimim, kim mənim düz hərəkətlərimə doğru qiymət verirsə, o mənim dostum, kim mənə yaltaqlanırsa, o düşmənimdir. Syun-Tszı
  • Qiymət - ödədiyiniz; dəyər - isə əldə etdiyinizdir. Uorren Baffett
  • Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan. Həsən bəy Zərdabi
  • Mən adamlara qiymət verəndə təkcə gözlərimə inanmıram. Seneka
  • Özünü olduğundan az göstərmək, alçaqkönüllülük deyil axmaqlıqdır; özünə dəyərindən az qiymət qoymaq qorxaqlıqdır. Özünü oldugundan çox göstərmək də, çoxu dəfə qürurdan deyil axmaqlıqdandır. Mişel de Monten