Təcavüzkar

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bəşəriyyətin qarşısında duran ən çətin problem bizim təcavüzkar instinktlərimizdir. İbtidai icma dövründə sağ qalmaq üçün bu instinktlərin yaranması zərurət idi və Darvinin təbii seçimi ilə irəli sürülən genetik kod səviyyəsində başımıza damğalanmışdı. İndi sahib olduğumuz bütün nüvə silahları ilə birlikdə təkamülün bizi instinktlərdən xilas etməsini gözləyə bilmərik. Stiven Hokinq

Ə[redaktə]

  • Əfəndilər! Amansız bir ultimatum qarşısında qalmışıq. Buradan təslimdən bəhs edirlər. Fəqət, əfəndilər, təslim nə demək? Kimə təslim oluruq? Bizə deyirlər ki, sərhədimizi keçən ordunun başında Nəcati adlı bir türk komandanı durur. Bizi inandırırlar ki, Rusiyadan gələn bu təcavüzkar ordu ölüm-dirim savaşı aparan Türkiyəni xilas etməyə gedir. Əfəndilər! Türkiyə Azərbaycanın xilaskarıdır. Amali-milliyətimizin hörmətləndirdiyi müqəddəs bir məmləkətdir. Onun xilasına gedən bir qüvvəni biz məmnuniyyətlə yola salarıq. Fəqət bir şərtlə ki, bu qüvvə bizim azadlığımızı, müstəqilliyimizi çeynəməsin. Halbuki, əfəndilər, bizdən soruşmadan torpağımıza keçən hər hansı bir qüvvə dostumuz deyil, düşmənimizdir. Gələn rus ordusudur. Onun istədiyi 1914-cü il hüdudlarını almaqdır. Anadolunun imdadına getmək bəhanəsilə yurdumuza gələn işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim etmək ultimatumunu qəbul etməyə ehtiyac yoxdur. Bu ultimatumu kəmali-nüfrətlə rədd edirik.[1] Məhəmməd Əmin Rəsulzadə
    • Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 27 aprel 1920-ci il tarixli son iclasındakı nitqindən

İstinadlar[redaktə]

  1. Cəmil Həsənli - Ağ ləkələrin qara kölgəsi