Məzmuna keç

Taun (roman)

Taun
La peste
Janr absurdizm
Müəllif Alber Kamyu
Orijinal dili fransız dili
Yazılma ili 1947
Nəşr ili 1947
Nəşriyyat Éditions Gallimard
Əvvəlki Resistance, Rebellion, and Death

TaunAlber Kamyunun əsəridir.

Əsərdən sitatlar

[redaktə]

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adam ancaq öz bildikləri və xatirələri ilə yaşayır və onları qazanc sayırsa, arzulardan təcrid olunursa bu çətin bir həyat olmalıdır.
  • Anası ilə o bir-birini həmişə beləcə sükut içində sevəcəklər. Günlərin birində ya anası, ya da onun özü dünyadan köçəcək və onlar heç vaxt bir-birini sevdiklərini dilə gətirə bilməyəcəklər.
  • Bəlanı insan təyin etmir və adam fikirləşir ki, o mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olur.
  • Bəzən adam çəkdiyi əzabdan da xəbərsiz olur.
  • Bir halda ki, həyat məsələsini ölüm həll edir, bəlkə elə allahın özünə də sərf edir ki, adamlar ona inanmasın, əllərini göyə açıb kömək gözləməkdənsə, var qüvvələrini toplayıb, ölümlə mübarizəyə girişsinlər.
  • Bu məsələni anlayıram, o birisini qəbul etmirəm" demək olmaz, insan gərək anlaşılmayanı da öyrənib qəbul etməyə çalışsın.
  • Əgər o hər şeyə qadir olan bir allaha inanmış olsa, xəstələri müalicə etməz və onları Allahın ixtiyarına verərdi. Allaha inandığını güman edənlərin heç biri, lap Panelunun özü də tam inama malik deyil.
  • Hamı eyni tale ilə yaşayır və eyni hissləri keçirirdi. Ən böyük hiss isə ayrılıq və əsir düşmə hissi idi, qorxu və etirazı yaradan da elə o idi.
  • Hər şeyi inkar etməmək naminə hər şeyə inanacaq.
  • Həyat qaynarlığı və ölüm sükutu – bu da bir dərs idi.
  • İlk həftələr adamlar ayrı düşdükləri məhəbbətin uzaq, gözəl bir kölgəyə döndüyündən şikayətlənirdilərsə, sonralar həmən kölgənin də uzaqlaşıb rəngini və gözəlliyini itirdiyini duydular.
  • Kök salmaqda olan ümidsizlik adəti ümidsizliyin özündən də pisdir.
  • O taundan öyrəndiyi bir dərsi başqalarına da çatdırıb demək istəyirdi ki, insanın gözəlliyi eybəcərliyindən artıqdır.
  • Onlar səmanın boşluğundan başqa heçnə görə bilmir, boşluqdan asılıb qalır, sonra isə tauna bürünüb yatırdılar.
  • Sevgilisinin xəyalı ilə söhbət edən adam başqa fikrə macal tapmadan torpağın sükutuna qovuşur, başqa heç nəyə vaxtı qalmır.
  • Taun adamlar arasında bərabərliyi bərpa etməkdənsə haqsızlığı daha da artırmışdı. Doğrudur, ölümdə bərabərlik qalırdı, amma belə bərabərliyi heç kim arzulamırdı.
  • Yadına sal ki, bir qol vurmaq üçün neçə fənd qurub, neçə top ötürməli olursan.

İstinadlar

[redaktə]