Vespasian
Görünüş
Vespasian | |||
Doğum tarixi | 17 noyabr b.e. 9 | ||
Doğum yeri | Falacrine | ||
Vəfat tarixi | 23 iyun b.e. 79 | ||
Vəfat yeri | Aquae Cutiliae | ||
Dəfn yeri | Roma | ||
|
Tit Flavi Vespasian (17 noyabr 9 – 23 iyun 79) — Roma imperatoru, Flavilər sülaləsinin banisi. Yəhudi padşahlığında Roma əleyhinə üsyanı (66–73) yatırmışdı. Vespasian əyalət əyanlarının bir çox nümayəndəsini senata daxil etmişdi. Sələflərindən fərqli olaraq əyalət adamlarına Roma və latın vətəndaşlığı hüququnu daha çox verir, yeni vergilər qoyur, ordunu azaldır, bununla imperiyanın ictimai əsasını möhkəmlədirdi. 72–74-cü illərdə Klavdi tərəfindən Roma əyalətinə çevrilən Anadolu ölkəsi Likiyanın torpaqları Pamfiliya əyalətinə birləşdirmişdi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D
[redaktə]- Dərhal yerləşdirin, postament budur. (Vespasiana dövlət pulundan istifadə edərək ona yüksək qiymətə nəhəng bir heykəl ucaltmaq istədiklərini bildirdikdə, o, ovucunu onlara tərəf uzatdı və öz ifadəsi ilə cavab verdi.)
H
[redaktə]- Heç kim imperatorla danışdıqdan sonra kədərlənməməlidir.
İ
[redaktə]- İmperator ayaq üstə ölməlidir.
Ö
[redaktə]- Ölən düşmənin cəsədindən həmişə şirin iy gəlir.
P
[redaktə]- Pulun qoxusu yoxdur.
S
[redaktə]- Sərvət yaxşı alınarsa və yaxşı xərclənərsə yaxşıdır.
Ü
[redaktə]- Üsyanı yayılmazdan əvvəl yatır.
V
[redaktə]- Təəssüf ki, mən tanrıya çevrildiyimi hiss edirəm.
- Roma imperatorlarının əksəriyyəti öldükdən sonra ilahiləşdirilirdi.