Məzmuna keç

Vikisitat

Vikisitat layihəsinin loqotipi

Vikisitat (ing. Wikiquote) — Aforizmlər, məşhur adamların söylədikləri, atalar sözləri, qanadlı, mnemonik ifadələr və devizlər saxlanan kataloqdur. Burada mənbəyi göstərilmiş sitatları müəllifin icazəsi olmadan istifadə etmək mümkündür. Həmin adamlar tanınmış şəxslər olduqda, onların məqalələrindən Vikipediyadakı eyni adlı məqalələrə keçid verilir.

Vikisitat Vikimedia Fonduna məxsus olub, MediaViki proqramı üzərində işləyən viki layihələrindən biridir. Layihə 10 iyul 2003-cü ildə yaradılıb. Azərbaycan dili versiyası 2005-ci ildə fəaliyyətə başlamışdır. Çox vaxt Azərbaycanca Vikisitatda ən çox ziyarət edilən səhifə "Azərbaycan atalar sözləri"dir.