Məhəmməd Tağı Sidqi: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
|||
Sətir 22: | Sətir 22: | ||
* İnsan əvvəl cəhalətinin və bilməməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil edib, bilmədiyinin təhsilinə çalışıb, çox şey öyrənər. |
* İnsan əvvəl cəhalətinin və bilməməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil edib, bilmədiyinin təhsilinə çalışıb, çox şey öyrənər. |
||
* İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir. |
* İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir. |
||
* İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır. |
* İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.<ref>[[Ziyəddin Məhərrəmov]]. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.</ref> |
||
* İşlək adama ən böyük cəza bekar qalmaqdır. |
* İşlək adama ən böyük cəza bekar qalmaqdır. |
||
== M == |
== M == |
||
* Meyvəli ağaca daş atan çox olduğu kimi, elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur. |
* Meyvəli ağaca daş atan çox olduğu kimi, elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur. |
10:32, 15 mart 2019 tarixindəki versiya
Məhəmməd Tağı Sidqi (1853-1903) - Azərbaycan maarif xadimi.
A
- Adamın yaxşı dostları olsa, ömrü zindanda da xoş keçər.
- Ağıllı idarə olunan insan həyatı - ən xoşbəxt, ən yüksək əxlaqlı həyatdır. [1]
B
- Bədbəxtliyin çoxu aclıqdan və qəzəbdən, paxıllıqdan və qərəzkarlıqdan olur.
- Bir adama yaxşılıq edib əvəzini gözləmək, bu gün əkdiyin ağacı sabah çıxarıb atmaq kimidir.
D
- Dünyada əziz vaxtını bihudə keçirmək müsibətdir.
F
- Fəlakət bekarçılıqda isə, şəfqət səy və qeyrətdədir.
- Fəzilət, elm və mərifətdən məhrum olanlar üçün ölüm nemətdir.
X
- Xəyanət heç zaman gizlin qala bilməz, çünki o bir qəlp puldur, tanımayanların arasında xərclənər.
İ
- İnsan cəmiyyətdə yalnız hər kəsə yaxşılıq etmək, abadlıq işi görmək, xalqla yaxşı rəftar etməklə yüksəlir.
- İnsan əvvəl cəhalətinin və bilməməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil edib, bilmədiyinin təhsilinə çalışıb, çox şey öyrənər.
- İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
- İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.[2]
- İşlək adama ən böyük cəza bekar qalmaqdır.
M
- Meyvəli ağaca daş atan çox olduğu kimi, elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur.
S
- Sirr insanda əmanət olduqdan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tamam aləmə faş olmuş kimidir.[3]
V
- Vədəsinə vəfa eləməyən adamın dostları da ona düşmən olur.
İstinadlar
- ↑ Aforizmlər və hikmətli sözlər, Bakı,2005
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. - səh. 522.